kriptocoin – sahibinin bilgi sayarında və ya əvvəlki qeyd ilə birbaşa əlaqəsi olan, blok olunmuş məlumatların qeydidir.
İngilis mənşəli coin - virtual (rəqəmsal) vəsaitlərin kəmiyyət vahidi hesab olunur.
Kriptovalyuta internet şəbəkəsinin qlobal xarater daşıdığı bir dövrdə, maliyyə sistemində innovativ bir yenilikdir. Qeyd etmək gərəkdir ki, rəqəmsal valyutaya olan maraq, onun ödəniş vasitəsi kimi yaxın gələcəkdə ən ideal valyuta olacağını da, istisna etmir.
Kriptoalyuta sistemi necə işləyir?
Kriptovalyutalar əvvəl də qeyd etdiyimiz kimi “blockchain” adlanan xüsusi texnologiyadan istidafə edir. Ümumilikdə blokçeyn siyasi,iqtisadi,hüquqi və digər sahələrdəki əməliyyatlarla bağlı dataların dijital olaraq saxlanılması və hər kəs tərəfindən əlçatarlılığını təmin edən “qeyd dəftəri” funksiyasını yerinə yetirir. Blokçeyn texnologiyası şifrəli məlumatların zincir halqalar olaraq bir-birinə bağlanıb oxşar bloklar halında toplanması sisteminə əsaslanır. Bu texnologiya hər hansı şəxs və ya qurum tərəfindən idarə edilmir və bir zincirə bağlı bloklardakı məlumatların dəyişdirilməsi mümkün deyildir. Kriptovalyutaların timsalında dedikdə isə burada baş tutan hər maliyyə vəsaitinin köçürülməsi əməliyyatı bu dijital dəftərlərdə,bloklarda qeyd olunur. Buna sadə bir misal gətirək,tutaq ki, Asif öz maşınını 1 bitcoin qiymətində Vasifə satdı. Bu əməliyyat yerinə yetirildikdə dijital bir dəftərə “ Vasif Asifə 1 bitcoin göndərdi” yazılır.Bunun kimi pul transferləri bloklara qeyd edilir və bunlardan zincir əmələ gəlir hansını ki,blockchain adlandırırıq. Bu və bunun kimi bitcoin yarandıqdan etibarən günümüzə qədər həyata keçirilən bütün köçürmə əməliyyatları hansılar ki,təxminən 156 Gb ölçüsünündə bir fayldır,qeydə alınmışdır və hər kəsə açıqdır. Hər kəsə açıq olması isə güvənsizliyə əsas vermir. Çünki bu qeydlər hər kəs tərəfindən aparılır,hər hansı bir mərkəz tərəfindən deyil.Diləyən, istəyən hər kəs qeyd apara bilər. Transfer həyata keçərkən göndərərnin hesab nömrəsi,alanın hesab nömrəsi və göndərilən məbləğ bütün dünyadakı dəftərlərə yazılır. Əlbəttə ki,belə bir əməliyyat icra etmək üçün hər şeydən əvvəl mütləq bir hesab açılmalıdır. Buna “Dijital pul qabı” da deyə bilərik. Pul qabının təhlükəsizliyi isə biri şəxsi digəri isə ümumi olmaqla iki açarla qorunur. Şəxsi açar yalnız istifadəçinin özü tərəfindən bilinib istifadə edilə bilər. Açarı bəzən elektron imzaya da bənzədirlər. Bu açarlar yalnız mühafizə məqsədiylə deyil, həm də istifadəçinin şəxsiyyətinin müəyyənləşdirilməsində və ya yoxlanılmasında isifadə edilir. Klassik bank hesablarında olduğu kimi blokchain sistemində də bir maliyyə vəsaitini iki dəfə xərcləmək mümkün deyil. Bu kimi fırıldaqların qarşısı blokchain texnologiyası tərəfindən hesabdakı(dijital pul qabındakı) cari məbləği,hesaba(dijital pul qabına) mədaxil və məxaricləri davamlı hesablamaqla alınır. Əvvəl də qeyd etdiyimiz kimi,sistem mərkəzləşdirilməmiş,pərakəndə bir virtual mühitdir. Çox sayda transferlər eyni zamanda icra oluna bilər ki,bu da öz növbəsində çoxsaylı riyazi problemlərin həllini tələb edir.Məhz qeydlərdəki bu qarmaqarışıqlığını aradan qaldırmaq üçün “hash funksiyası”dan istifadə edilir. Hash funksiyası nə deməkdir? Hash funksiyası vasitəsiylə biz müxtəlif uzunluqdakı verilənləri sabit uzunluqlu verilənə yəni koda çevirə bilərik ki,bu prosesi kifayət qədər asanlaşdırır. Bitcoin dünyasında isə bu funksiyanın bir növü olan “256 bit Secure Hash Algorithm” başqa cür “SHA-256” istifadə olunur.
Dünyanın kriptovalyuta bazarında sürətli qiymət artımı və əməliyyatların çoxalması davam edir. Bitcoin, umumilikdə isə kriptovalyutalar gün-gündən bahalaşır. Belə ki, məzənnəyə baxsaq, əsas kriptovalyuta sayılan bitkoinin qiyməti son sutka (20.12.2020) ərzində daha 3% artaraq 24 min dolları keçib. Bitkoin öz tarixində ilk dəfə olaraq 24 075 dollara satılıb. Ekspertlər hesab edir ki, 24-25 min dollarlıq həddi keçəndən sonra bitkoinin 30 min dollaradək bahalaşma ehtimalı var. Bitkoinlə paralel olaraq digər kriptovalyuta - Litecoin (LTC) də sürətlə bahalaşır. Son bir həftə ərzində bu valyutanın qiyməti 50%-dən çox bahalaşaraq 79 dollardan 118 dollara yüksəlib. Təkcə son sutka ərzində Litecoin (LTC) 10%-ə yaxın bahalaşıb və 107,7 dollardan 118 dollara yüksəlib. Bəs bitcoinlər niyə getdikcə daha çox dəyər qazanır? Bildiyimiz kimi qızılın bu qədər dəyərli olmasının səbəbi onun aztapılan,nadir metallardan olması ilə bağlıdır. Lakin qızılın dəqiq miqdarı bilirmir və hələdə tapılmağa və hasil olunmağa davam edir. Pul da qızıl kimidir yəni onun tədavülündə hər hansı bir sərhəd müəyyən olunmuyub. Lakin bitcoin qızıl və puldan fərqli olaraq müəyyən bir limitə sahibdir. Yəni toplam olaraq nə qədər bitcoin yaradılacağı bizə indidən məlumdur. Dəqiq rəqəmlə desək,dünyada toplam 21 milyon ədəd bitcoin olacaqdır. Hazırda isə dövriyyədə 18 milyon ədəd bitcoin mövcuddur. Proqnozlara görə sonuncu bitcoin 2140-cı ildə tədavülə buraxılacaqdır. Bu səbəb bitcoinin dəyərinin artımına səbəb olur.
Qaydalar / Tənzimləmələr
Hər hansı bir investisiya alətində olduğu kimi, qanunlar kriptovalyutaların inkişafı və istifadəsi ilə bağlı rəqabətdədir. Bu sahəni hədəf alan müxtəlif hüquqi məsələlərdə müəyyən fasilələrlə müxtəlif hadisələr baş verir. Kriptovalyutalar, valyutalar kimi tanınmalımı, yoxsa qəbul edilməlimi, sərt tənzimləmək və ya tamamilə qadağan edilməklə bağlı tez-tez yeni xəbərlər izləyirik.
Tənzimləmə ilə bağlı qərarlar dərhal qiymətlərə təsirini göstərir. Məsələn, Yaponiya 2017-ci ilin aprelində Bitkoini leqallaşdıracağını elan edəndə Bitkoinin qiyməti bir gündə 30 faiz artaraq 1130 dollara çatdı.
Tənzimləmə ilə bağlı mənfi xəbərlər isə ani olaraq qiymətləri aşağı sala bilər. Mənfi xəbərlər, xüsusilə böyük bazardan, Çin bazarında, qiymətlərə mənfi təsir göstərir.
2018-ci ilin fevral ayında Çinin kriptovalyutalar ilə əlaqəli saytları bloklaması Bitcoin-də 15 faiz, Ether-də 20 faiz dəyərsizləşməyə səbəb oldu.
Kriptovalyutalar tənzimləmələrin təsir etdiyi yeganə investisiya aləti deyil. Səhmlər də hökumətin qərarlarından təsirlənə bilər.
Spekulyasiyalar
Spekulyativ investorlar, kriptovalyutalardan pul qazanmaq arzusu ilə sürətli əməliyyatlar edərək bazara mənfi təsir göstərə və qısa müddətli dalğalanmalara səbəb ola bilərlər.
Treyderlər, xüsusən “balinalar” haqqında danışırlar, bunlar müəyyən bir kriptovalyutada spekulyativ ticarət edən və bazarlara mənfi təsir göstərən treyderlərdir.
Kiber hücumlar
Bitcoin-nin ilk illərindən bu günə qədər kiber hücumları həmişə kriptovalyutalar üçün böyük bir problem olmuşdur. Sistemdə, birjalarda və ya cüzdanlarda baş verən hər hansı bir haker hücumu bazarda ciddi qiymət dəyişmələrinə səbəb olub.
Kriptovalyuta texnologiyası daha mürəkkəb hala gəlsə də, hakerlər hələ də yaxşı işlər görə bilər, buna görə də bu xoşagəlməz halların davam etməsi ehtimalı var. Beləliklə, kiberhücumlar təəssüf ki, həmişə kriptovalyuta qiymətlərini aşağı salmaq imkanına malikdir.
Yeni kriptovalyuta növləri
Kriptovalyutalar bazarında, xüsusən də son iki ildə yeni kriptovalyutalar dövriyyəyə çıxarıldı və satışa davam edir. Bazarda olan kriptovalyuta sayı artıq 2000-dən bir qədər çoxdur. Pul bir kriptovalyutadan digərinə axdığı üçün qiymətlərə mənfi təsir göstərir.
Böyük itkilərin qarşısını almaq üçün yeni kriptovalyutalara investisiya qoymamışdan öncə ətraflı araşdırma aparmalısınız. Çünki bazarın qısa tarixi onsuz da uğursuz ICO hekayələri ilə doludur.
Tələb və təklif
Kripto pul qiymətlərinə təsir edən amillər arasında tələb və təklif də var. İstənilən mal və ya xidmətin qiymətinə təsir edən tələb və təklif, kriptovalyutalar bazarına da vacib təsir göstərir.
Bir çox kriptovalyutalara məhdud sayda tələb var. Müəyyən bir kriptovalyutaya aşağı və ya məhdud bir təklif ilə tələbin artması onun qiymətini daha da yüksəldə bilir. Əksinə, təklifin yüksək olduğu, lakin tələbin zəif olduğu bir vəziyyətdə qiymət enişi olur.
Ayrıca, yeni kriptovalyutanın meydana çıxması bazarda mövcud təklif və tələb balansını dəyişdirə bilər.
Bütün bunları ümumiləşdirsək deyə bilərik ki, xüsusi qaydalar və tənzimləmələr, spekulyasiyalar, kiberhücumlar, yeni kriptovalyutaların yaranması və tələb-təklif kriptovalyutaların kəskin qiymət dəyişikliyinə səbəb olan əsas amillər arasındadır.
Hazırda bitcoin kimi 1300 dən çox virtual valyuta mövcuddur və hər keçən gün sayları artmaqdadır.
Azərbaycanda ilk kriptovalyuta birjası yaradılıb. 24 Aprel 2020-ci ildə fəaliyyətə başlayan birjada ən məşhur 3 kriptovalyutanı - Bitcoin (BTC), Ethereum (ETH) və Ripple (XRP) manatla alıb satmaq mümkündür. Azərbaycan balaca bir yerdir. Yəni böyük işlər üçün balaca bir kontingent var. Ümumi əhali sayının 18 yaşdan yuxarı 50-55 yaş arası götürdükdə bu, heç 3 milyon kontingent etmir. Bunu nəzərə alaraq dünyada ilk yüzlükdə olan kriptovalyutalardan hələlik üçünün alış və satışını təşkil edirik. Bunlar bitcoin (BTC), ethereum (ETH) və ripple (XRP). XRP əsasən banklar arası transfertlər üçün daha mükəmməl variant hesab olunur. Bazarın tələb və təklifinə uyğun olaraq kriptovalyutaların növünü artıra bilərikAzərbaycan balaca bir yerdir. Yəni böyük işlər üçün balaca bir kontingent var. Ümumi əhali sayının 18 yaşdan yuxarı 50-55 yaş arası götürdükdə bu, heç 3 milyon kontingent etmir. Bunu nəzərə alaraq dünyada ilk yüzlükdə olan kriptovalyutalardan hələlik üçünün alış və satışını təşkil edirik. Bunlar bitcoin (BTC), ethereum (ETH) və ripple (XRP). XRP əsasən banklar arası transfertlər üçün daha mükəmməl variant hesab olunur. Bazarın tələb və təklifinə uyğun olaraq kriptovalyutaların növünü artıra bilərik
Dostları ilə paylaş: |