174
ilə bacara bilməyəcək. İnformasiyanın işlənib hazırlanması , saxlanması və
işlədilməsi üçün xüsusi vasitə lazımdır.
İnsan tarixində gələcək eranı nəinki informasiya cəmiyyəti, eyni
zamanda bilik cəmiyyəti, infoməkan adlandırmağa başlamışlar. Troffel aqrar
sənaye inqilabı yaşamış insanların, informasiya inqilabının astanasında
olduğunu
nəzərə alaraq, 3 inqilab nəzəriyyəsini elmi dövriyyəyə daxil etdi.(5)
İnformasiya cəmiyyəti adı ilk dəfə olaraq Yaponiyada yaranıb. Bu
elmi-texniki iqtisadi tədqiqatlar üzrə yapon dövləti tərəfindən ölkənin
iqtisadiyyatının gələcək inkişafında əsas yer tutdu. Bu termini təklif edən
mütəxəssislər cəmiyyətin xüsusiyyətlərini izah edir, bunun əsasında
informasiya yüksək səviyyədə dövr edir. İnformasiya xidmətindən istifadə
qiyməti o qədər də yüksək deyil və onu hər kəs istifadə edə bilər.
Amerika mütəxəssisi F.Maxlup 60-cı illərin əvvəlində informasiyanı,
sənaye məhsulu və istehsalı kimi başa düşülə biləcəyini irəli sürmüşdü. Bu
haqda
sonralar idarəetmə
sahəsinin
təşkilində
kağızsız texnologiya
konsepsiyası siyasətini təklif edən B.M.Qluşkov da yazmışdır. Lakin məhz
yaponlar, sənaye informasiya ideyasının fəal təbliğatçıları olmuşdular və
məhz onlar dünya bazarında rəqabət mübarizəsində istifadə etmişdilər. Dünya
bazarında yüksək yer tutan yapon cihazları, hesablama maşınları olmadan
informasiya cəmiyyəti üçün texnomühit yaratmaq mümkün deyil. 80-cı illərdə
yüksək inkişaf etmiş ölkələrdə informasiya biznesi sürətlə inkişaf etmişdir.
İnformasiya cəmiyyətinə keçid insanların informasiyadan istifadə etməsinə
köməklik göstərir.
İnformasiya cəmiyyətinin xüsusiyyətlərindən biri sənaye cəmiyyətində
itmiş fərdi əməyin qiymətini artırmaqdır. Avtomatlaşdırılmış iş yerləri
şəbəkəsinin inkişafı bir çox mütəxəssislərə evdən çıxmamaq şərti ilə yaradıcı
cəmiyyətdə iştirak etmək imkanı verir. Təhsil sferasında da böyük dəyişiklər
gözlənilir.(5)
Azərbaycanda İnformasiya cəmiyyətinin qurulması dövlət siyasətinin
əsas prioritetlərindən biri kimi qəbul edilmişdir. İnformasiya cəmiyyətinin
qurulmasının əsas vəzifələrinə İC-nin hüquqi əsaslarının yaradılması, insan
amilinin inkişafı, vətəndaşların məlumat almaq, onu yaymaq və istifadə etmək
hüquqları, elektron hökumətin, elektron ticarətin formalaşması, ölkənin
iqtisadi, sosial və intellektual potensialının möhkəmləndirilməsi, informasiya
və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması, müasir
informasiya-kommunikasiya infrastrukturunun yaradılması, vahid milli
elektron
informasiya
məkanının
formalaşdırılması,
informasiya
təhlükəsizliyinin təmini, elektron geriliyinin aradan qaldırılması kimi
məsələlər daxildir.
İnformasiya cəmiyyətinin əsas məqsədi bütövlükdə cəmiyyətin və ayrı-
ayrı şəxslərin informasiya tələbatını ödəmək üçün müasir informasiya
176
ədəbiyyatla baglı olan oxuculara adətən bu bölmənin əməkdaşı yardım
göstərir. Şöbə tərəfindən 5 biblioqrafik göstərici tərtib edilmiş və tibb
kitabxanaları şəbəkəsinə paylanmışdır. Biblioqrafiya şöbəsində 585 nüsxə
jurnal, 287 kitab, 50 metodik vəsait, 185 avtoreferat təsvir olunmuşdur. Təsvir
olunan kartoçkaların 7624 kartoçka elmi işlənərək indeksasiya olunmuş və
kataloqlara düzülmüşdür. 130 şifahi sorgu ölkəşünaslıq kataloqu vasitəsilə
təmin olunmuşdur. 2010-cu il üzrə biblioqrafik –informasiya xidməti və
kütləvi işlərin sayı aşagıdakı cədvəldə verilmişdir.(4)
Dostları ilə paylaş: