Aygün KƏRĠMOVA
filologiya üzrə fəlsəfə doktoru
Agunxalilgizi@rambler.ru
TƏHSĠLĠN ĠNKĠġAFININ MƏRHƏLƏLƏRĠ
Açar sözlər: mərhələ, elm, təhsil, informasiya, bilik.
Key words: stage, science, education, information, knowledge.
Ключивое слова: этап, наука, образование, информация, знание.
Doğrudan da, əgər elmi informasiya həddindən artıq çoxalırsa, insanın
intellektual imkanı əsasən yerində saydığı halda, elm gündən-günə
mürəkkəbləşirsə belə söhbətlər tamamilə təbiidir.
Elmin son həddi barədə mübahisələr yalnız müasir dövrdə ortaya
çıxmamışdır. Bu haqda əvvəllər də danışılmışdır. Məsələn, XIX əsrdə
mexnikanın sürətli inkişafından sonra durğunluq yarandığı və mexanisizmin
elmi düşüncə tərzinə hakim kəsildiyi bir şəraitdə bundan sonra elmin yenə
inkişaf etməsi imkanı şübhə altına alınırdı. Elmin real inkişaf yolu isə göstərdi
ki, burada hər bir böhran həddindən sonra dünyanın yeni elmi mənzərəsinə,
yeni təfəkkür tərzinə keçidlə əlaqədar sıçrayışlı inkişaf başlanır və s. Lakin
müasir dövrdə elmin hüdudu ilə əlaqədar şübhələr daha çox sosial amillərin
təhlili nəticəsində yaranır. Bəs sonrakı inkişaf nəyin hesabına təmin
ediləcəkdir?
Dəlillərə istinad edən tədqiqatçılar unudurlar ki, elmi işçilərin sayının
artması elmin inkişafını təmin edən yeganə amil deyil. Bu gün elmin tətbiqi
sayəsində istehsalatda ekstensiv inkişaf xəttindən intensiv inkişaf xəttinə
keçildiyi kimi, elmin öz inkişafında da intensiv xəttə keçid təmin edilərsə, elmi
işçilərin sayını artırmağa ehtiyac qalmaz.
İnformasiya tutumunun məhdudluğuna gəlincə, burada elektron-
hesablama maşınlarının yaddaşı insanın köməyinə gəlir. Elm özü öz gələcək
inkişafı üçün yol açır.
Hətta texniki tərəqqi sahəsində, təbii enerji ehtiyatları sahəsində qarşıya
çıxan bir sıra prinsipial çətinliklərin də əlacı yalnız elmin tərəqqisində
axtarılır.
Lakin elmin inkişaf imkanları şübhə doğurmadığı halda, bu inkişafın
həmişə məhz müsbət nəticələrə gətirəcəyini hökm etmək mümkün deyil.
Təsadüfi deyil ki, yeni elmi nailiyyətlərin tətbiqi, ikinci təbiətin yaradılması
sahəsindəki fəaliyyət zamanı müəyyən cəhətlərin nəzərdən qaçırıldığı və
bunun bəşəriyyət üçün böyük təhlükəsi yalnız müasir dövrdə aşkar edilmişdir.
İnsan təbiəti dəyişdirərkən milyon illər ərzində formalaşmış olan təbii ahəngi,
181
qaydanı pozduğuna fikir verməmişdir. O yalnız təbiət, bunun müqabilində,
qisas aldığı vaxt ayrılmış və səhvlərini düzəltməyə başlamışdır (6, 18).
Elm elə böyük nüfuz qazanmışdır ki, insan ekoloji problemi də məhz elmin öz
nailiyyətləri sayəsində həll edəcəyinə inir. Elm doğrudan da, bu problemi həll
etmək iqtidarındadır. Lakin yalnız bir şərtlə ki, elmdən planlı və
məqsədəuyğun surətdə, ehtiyatla istifadə edilsin, təkcə bugünkü nəticələr və
şəxsi mənfəət deyil, həm də planetin gələcəyi, bütün bəşəriyyətin taleyi nəzərə
alınsın. Bu isə artıq yeni təfəkkür deməkdir.
İnsan gələcək haqqında düşünərkən elmi-texniki tərəqqiyə böyük
ümidlər bəsləyir. Bəs elmi-texniki tərəqqi insanı hara apar.
Biz elmi texniki tərəqqinin mənfi tərəfləri də var ancaq bu hal o vaxt
labüddür ki, insan elmi-texniki tərəqqini deyil, elmi-texniki tərəqqi insanı
aparır.
Biz elmi-texniki tərəqqiyə, onun gələcəyinə və insan həyatında roluna böyük
ümidlə baxiırıq. Lakin bir şərtlə ki, elmi-texniki tərəqqi son məqsədə çevrilməsin
və insan öz ixtiyarını elmin, texnikanın əlinə verməsin. Əksinə, elmi də,
texnikanı da çilovlayaraq onlardan yüksək bəşəri ideallara çatmaq üçün bir
vasitə kimi istifadə etsin (7, 112).
Müasir dövrdə insan özünə elmin vasitəsilə, lakin dialektik təfəkkür
əsasında, zəka işığında yol açmalıdır. Məgər zəka elmdən kənar bir şeydirmi?
Zəka, heç şübhəsiz, elmlə bağlıdır. Lakin təkcə elmlə yox, həm də əxlaq və
incəsənətlə, insanın min illərdən bəri formalaşmış olan mənəvi idealları ilə,
humanist fəlsəfi fikirlə və nəhayət, onun ən ali metodu olan dialektika ilə
bağlıdır. Zəka – bütün bunların vəhdəti, insanın intellektual, emosional və
mənəvi-əxlaqi inkişaf istiqamətlərinin birləşdiyi zirvədir. Bu gün yeni təfəkkür
adlandırdığımız düşüncə tərzi də məhz dialektik zəka, sözün böyük mənasında
kamal deməkdir. Cahanda kamalın qalib gəlməsi üçün əsas şərtlərdən biri isə
elmi-texniki tərəqqinin humanistləşdirilməsi, onun insanın mənəvi ideallarına
tabe edilməsidir.
Antik dövrdə praktik biliklər elmdən, elm isə fəlsəfədən hələ tamamilə
ayrılmamışdı. Ona görə də, bütün biliklərin mərkəzində, istər aşkar, istərsə də
qeyri-aşkar şəkildə insan dayanırdı. Protaqorun sözü ilə desək, insan hər şeyin
meyarıdir.
Orta əsr Şərqində elm praktik biliklərdən ayrılaraq fəlsəfə və ilahiyyat ilə
daha çox bağlandı. Bu dövrdə elmin humanitarlaşması onun təbii zəmindən
ayrılması ilə nəticələndi.
İntibah dövründəki praktik biliklər də orta əsr Şərq elmiylə bağlıdır.
Yeni dövrdə Elmi tədqiqatların istiqaməti texniki tələblərə uyğunlaşdırıldı
və tədricən vahid elmi-texniki proses formalaşmağa başladı. Elmin texnika ilə
daha çox əlaqələnməsi və riyaziləşməsi onu ilkin sinkretik başlanğıcdan daha
da uzaqlaşdırdı. Rasionalizm və texnisizm meyllərinin təzyiqi ilə elmdə
182
humanitar çalarlar solğunlaşdı və elmdən insana qarşı, onun emosional və
əxlaqi-mənəvi ideallarına qarşı istifadə edilməsi ehtimalı artdı. Elmin insan
mənəvi ahəngindən kənara çıxaraq onunla ziddiyyətə girməsi Qərb
sivilizasiyasının süqutunun təməlini qoydu.
Bu gün ABŞ-ın ulduz müharibələrinə hazırlıq sahəsindəki texniki
tədbirləri artıq insan nəzarətindən çıxaraq kompüterlərin nəzarətinə əsaslanır
ki, bu da insanın özünü elmi-texniki tərəqqinin ixtiyarına verməsi deməkdir.
Elmi-texniki tərəqqinin insanın hara apara biləcəyini isə biz artıq yuxarıda
izah etmişik. Yaranmış vəziyyətin real təhlükəsini bütün tərəqqipərvər
qüvvələrin nəzərinə çatdırmaq və bəşəriyyəti bu təhlükədən xilas etmək bu
gün dünya sosializm sisteminin tarixi vəzifələrindən birinə çevrilmişdir.
Qlobal miqyaslı yeni təfəkkürə keçidi zəruri edən mühüm səbəblərdən biri
məhz elmi-texniki tərəqqidə insan amilinin ön plana çəkilməsinə, onun
humanistləşdirilməsinə, elmin hərbi sənayeyə və ümumiyyətlə, istehsala tətbiqinin
mənəvi meyar süzgəcindən keçirilməsinə olan ehtiyacdır. Ona görə də,
ölkəmizdə yenidəqurmanın həyata keçirilməsi bir tərəfdən elmi-texniki
tərəqqinin sürətləndirilməsini və onun praktik tətbiqinin intensivləşdirilməsini
tələb edirsə, digər tərəfdən də, bu hadisənin yekun istiqamətinin insanın
yüksək mənəvi ideallarına tabe edilməsini nəzərdə tutur (2, 154).
Elm və texnikanın bəşəriyyət üçün daha çox müsbət, yoxsa mənfi
nəticələr törətdiyi barədə mübahisələr yeni deyil. Elmə müxtəlif münasibət, xüsusən
iki kənar mövqedən münasibət ictimai fikir tarixində dərin köklərə malikdir.
Hələ XVIII əsrdə Volterlə Russo arasındakı mübahisələr həmin məsələyə əks
münasibətlərin klassik nümunəsi sayıla bilər. Fəlsəfi cərəyanlardan pozitivizm
və ekzistehsializm arasındakı başlıca fərqlərdən biri də məhz onların elmə
münasibətdə bir-birinə əks olan kənar mövqelər tutmalarıdır.
"Elmi tərənnüm edən" pozitivizm insanın mənəvi fəaliyyətin digər sahələrinə
etinasızlıq göstərdiyi kimi, "incəsənəti tərənnüm edən" ekzistensializm də elmə
yalnız onun törətdiyi mənfi nəticələr prizmasından baxır. Elmə bu cür təzadlı
münasibət müasir dövrdə ssientizm və antissientizm kimi bir-birinə əks
cərəyanların mövqeyində daha aşkar surətdə üzə çıxır (1, 106).
Elmin, elmi-texniki tərəqqinin nailiyyətləri artdıqca bu məktəblər bir-birinə
əks olan iki cəbhəyə ayrılırlar.
Texnikaya və onun sosial nəticələrinə münasibət baxımından da fəlsəfi
konsepsiyaları bir-birinə əks olan mövqelərə bölünərək texnisizm və antitexnisizm
mövqelərindən çıxış edirlər. Lakin ilk baxışda bir-birinə zidd olan bu cür kənar
mövqelər əslində eyni məqsədə xidmət edir, müasir cəmiyyətin sosial
ziddiyyətlərini pərdələmək niyyətini güdür. Belə ki, antissientizm və antitexnisizm
mövqeləri cəmiyyətin bütün uğursuzluqlarının təqsirini elm və texnikanın üzərinə
atmaqla daxili sosial ziddiyyətləri gizlətməyə çalışır.
183
Ssientizm və texnisizm mövqeləri (xüsusi halda texnoloji determinizm,
postindustrializm və s.) isə elm və texnikanın inkişafına kapitalist ölkələrini
böhrandan xilas edə bilən vasitə, ümid mənbəyi kimi baxır. Belə çıxır ki, elm və
texnikanın yüksək inkişaf səviyyəsi hətta daxili sosial ziddiyətləri də aradan
qaldırmaq imkanına malikdir. Bununla da, elmi-texniki tərəqqi ictimai
inkişafın vasitəsi yox, məqsədi kimi qələmə verilir (4, 24).
Əslində elmə xilaskar kimi baxmaq, yalnız ondan kömək gözləmək
məqsədi üçün deyil. Hər şey onun qabaqcadan insan tərəfindən necə
proqramlaşdırılmasından asılıdır.
Müasir elmin böyük imkanlarına heç kim şübhə etmir. Elmin inkişafı və
tətbiqi nəticəsində əvvəllər sehr, möcüzə sayılan hadisələr, insanın əsrlər boyu
arzusunda olduğu süni vasitələr indi real həyat həqiqətlərinə çevrilir.
Əsrimiz raket əsridir, – deyirlər. Lakin raketlər bizi yalnız o vaxt işıqlı
sabaha aparır ki, onun sükanında humanist mənəviyyat, yeni təhsil paradiqması
dayanmış olsun! Sabah elmin necə idarə olunacağı, ondan hansı məqsədlər üçün
istifadə ediləcəyi bu gün təhsilin məzmununda texiniki və humanitar aspektlərin
tarazlaşdırıla bilməsindən asılıdır.
Yəqin buna görədir ki, XXI əsrdə təhsil sistemində yeni paradiqmaya keçid
ilk növbədə təhsilin humanitarlaşdırılması ilə əlaqələndirilir. Professor Yaqut
Neymətov yazır: «Təhsilin humanitar paradiqmasının mənası peşə təlimi ilə
təhsilin üzvi vəhdətindədir. Axı təhsilin məqsədi şəxsiyyətin inkişafından
ibarətdir, təlim isə bu məqsədə çatmağın vasitəsidir. Əgər peşə təhsili öz
məqsədinə çevrilsə biz vasitə ilə məqsədi qarışıq salmış olarıq»
Elmin məqsəd və funksiyalarını, mənəvi aspektlərini bilmək təhsil
siyasətinin formalaşması üçün çox önəmlidir. Çünki təhsilin məzmununda elmi-
texniki biliklərə birtərəfli qaydada geniş yer verilməsi və onların insanın daha
böyük amallar uğrunda mübarizəsində ancaq bir vasitə olduğunun öyrədilməməsi,
gənclərin bu amallardan xəbərsiz qalması təhsilin ali məqsədindən uzaqlaşmağa
gətirib çaxara bilər (5, 100).
Dostları ilə paylaş: |