Ədəbiyyat Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.2-ci nəşri – Bakı, 2002, s.
Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. – Bakı, 2003,
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. – Bakı, 1989.
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.
Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. – Bakı, 2000.
Xarakter haqqında məlumat Xarakter yunanca naxış, iz deməkdir. Xarakterin spesifik xüsusiyyətləri aşağıdakılardır. Rəftar və davranışda biruzə verir.
Tipik şəraitdə davranış tərzini müəyyənləşdirir.
Davamlı fərdi xüsusiyyətlərin məcmuyudur.
Xarakter xasiyyət kimi də səciyyələnir. Xarakter insanın ən çox görünən tərəflərindən biridir. O emosiyalarla (xarakterin emosinal əlamətləri), iradə ilə (xarakterin iradi əlamətləri), və templə sıx bağlıdır. Xarakterin əsasında insanın münasibətləri durur. İnsanlar məhz ətraf aləmə insanlara və özlərinə olan münasibətlərə görə bir-birindən fərqlənirlər. Bu baxımdan xarakter fərdidir, xarakter eyni zamanda bütövdür və tipik şəraitdə rəftar və davranışda biruzə verir.
Xarakterin tərifi: Xarakter şəxsiyyət üçün tipik şəraitdə davranış tərzini şərtləndirən fəaliyyət ünsiyyətdə əmələ gələn rəftar və davranışda biruzə verən davamlı, fərdi, psixoloji xüsusiyyətlərin məcmuyudur.
Xarakter insanın motivasiya sahəsi ilə sıx bağlıdır. Belə ki, motivasiya sahəsi xarakterin formalaşmasına əsaslı təsir təsir göstərir. Şəxsiyyətin motivasiya sahəsinin özülünün dünyagörüş və əqidə təşkil edir.
Deməli,xarakter dünyagörüş və əqidədən bilavasitə asılıdır. Xarakter şəxsiyyəti rəftar və davranışa təhrik edir, yaxud çəkindirir.