Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


II Mövzu . Şəxsiyyət haqqında əsas nəzəriyyələr



Yüklə 136,29 Kb.
səhifə4/46
tarix15.12.2022
ölçüsü136,29 Kb.
#74903
1   2   3   4   5   6   7   8   9   ...   46
Şəxsiyyət-psixologiyası-II-kurs-TSPX

II Mövzu .

Şəxsiyyət haqqında əsas nəzəriyyələr


Plan
  1. Şəxsiyyət haqqında klassik nəzəriyyə.

  2. Şəxsiyyət haqqında klinik nəzəriyyələr

  3. Şəxsiyyət haqqında eksperimental nəzəriyyə.


  4. Şəxsiyyət haqqında koqnitiv nəzəriyyə.

  5. Şəxsiyyətin biheviorist nəzəriyyəsi.

  6. Şəxsiyyətin humanist nəzəriyyəsi.



Ədəbiyyat


  1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.2-ci nəşri – Bakı, 2002,

  2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. – Ba­­­kı, 2003,

  3. Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri. Bakı, 1989.

  4. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.

  5. Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. Bakı, 2000.

Məlum olduğu kimi, şəxsiyyət və onun psixologiyası dərin köklərə malikdir. Şəxsiyyət psixologiyası sahəsində nəzəri tədqiqatlar öz əsaslarını qədim dünyanın mütəfəkkirlərinin işlərindən almışdır. Lakin şəxsiyyət psixologiyası bir eksperimental elm kimi XX əsrin birinci onilliyindən meydana gəlmiş və bu sahədə geniş əhatəli tədqiqatlar aparılmışdır. Şəxsiyyətin eksperimental tədqi­qi­nin əsası A.F.La­zurski, Q.Olport, R.Kettel tərəfindən qoyulmuşdur.
Şəxsiyyət haqqında aparılmış çoxsaylı tədqiqatlar bu sahədə müxtəlif baxış və nəzəriyyələrin meydana gəlməsinə səbəb olmuşdur. Həmin nəzəriyyələri qruplaşdırmış olsaq təxminən aşağıdakı əsas nəzəriyyələri qeyd edə bilərik: klassik nəzəriyyə, klinik nəzəriyyə, eksperimental nəzəriyyə, koqnitiv nəzəriyyə, bihevioristik nəzəriyyə, humanistik nəzəriyyə. Həmin nəzəriyyələr və onların qısa xarakteristikası ilə tanış olaq.


Şəxsiyyət haqqında klassik nəzəriyyə.


Şəxsiyyət haqqında klassik nəzəriyyə qrupuna Z.Freydin psixoanalitik nəzəriyyəsini, K.Yun­qun analitik nəzəriyyəsini, A.Adlerin fərdi psixologiya nəzəriyyəsini aid etmək olar.
Avstriya psixoloqu və psixiatoru Ziqmund Freydin (1856 – 1939) yaratdığı psixoanaltik nəzəriyyə freydizm adı ilə məşhurdur. Z.Freyd şəxsiyyətin fəallığının mənbəyini onda heyvan əcdadlarından irsən alınmış instiktiv təhriklərdə görürdü. Bununla da Freyd psixi hadisələrə yeni anlayış – şüursuzluq anlayışı gətirmişdir. Onun fikrincə şəxsiyyətin strukturunda üç komponent mövcuddur: O (id), mən (eqo), yüksək – mən (super-eqo). Z.Freyd birinci komponenti (id) şüursuzluq, ikincini (eqo) şüur, üçüncünü isə (super- eqo) yüksək şüurluluq kimi götürür.
Şəxsiyyətin klassik nəzəriyyələri qrupuna yuxarıda qeyd etdiyimiz kimi İsveçrə psixoloqu Karl Yunqun (1875 – 1961) analitik nəzəriyyəsi də daxildir. K.Yunqa görə şəxsiyyət dörd əsas elementi özünə daxil edir: şüur, şəxsi şüursuzluq, şüursuzluq və kollektiv şüursuzluq. Bir şüurluluğa qarşı üç şüursuzluq dayandığı halda, K.Yunq buna xüsusi əhəmiyyət verir. O belə hesab edir ki, insan təkcə özünün gizli tendensiyaları ilə deyil, eyni zamanda istəkləri, məqsədləri, arzuları və qiymətdəri ilə də müəyyən edilir.
Yunq ekstroversiya və introversiya anlayışlarını şəxsiyyətin tipologiyasının əsası kimi psixologiyaya daxil etmiş, ekstrovertiv və introvertiv tipləri xarakterizə etmişdir. Ekstrovertiv şəxsiyyət özünün bütün maraqlarını xarici aləmə yönəltdiyi halda, introvertiv şəxsiyyətdə bu maraqlar, bütün həyat energiyası özünə, özünün daxili aləminə yönəldilmiş olur.
Nəhayət, şəxsiyyət haqında klasik nəzəriyyələrdən biri də, əvvəl qeyd etdiyimiz kimi, Avstriya psixoloqu Alfred Adlerin (1870- 1937) fərdi psixologiya nəzəriyyəsidir.Onun fikrincə insanda ən əsas onun təbii instinktləri deyil, «birlikhissidir». Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkişaf etdirilməlidir.



Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin