Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


Şəxsiyyət haqqında klinik nəzəriyyələr



Yüklə 136,29 Kb.
səhifə5/46
tarix15.12.2022
ölçüsü136,29 Kb.
#74903
1   2   3   4   5   6   7   8   9   ...   46
Şəxsiyyət-psixologiyası-II-kurs-TSPX

Şəxsiyyət haqqında klinik nəzəriyyələr


Şəxsiyyət haqqında psixoloji nəzəriyyələr içərisində klinik nəzəriyyə də özünəməxsus yer tutur. Bunlara K.Xorninin nevroz nəzəriyyəsini, E.Frommun konsepsiyasını, Q.S.Sallivenın interpersonal nəzəriyyəsini, E.Eriksonun eqo-psixologiyasını aid etmək olar.
Amerika psixoloqu Kartin Xorni (1885- 1952) insan şəxsiyyətinin əsasında anadangəlmə narahatlaq hissini qoymuşdur. Onun fikrincə uşaq həmin hisslə doğulur. Doğulduğu gündən uşaq üzvü səviyyədə narahatlaq hissi keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətin daxili xassəsi kimi özünü göstərməyə başlayır.
Şəxsiyyətin klinik nəzəriyyəsi konsepsiyasında Erik Frommun (1900 – 1980) da xidmətləri az olmamışdır. O, Almaniyada anadan olmuş, fəaliyyətə başlamış, sonra Amerikaya, oradan da Meksikaya getmişdir. Froma görə ictimai inkişaf şəxsiyyətin daha çox fərdiləşməsi ilə azadlığına gətirib çıxarır. Onun fikrincə yeni azadlıq inamsızlıq, öz gücünü duymamaq, şübhə, tənhalıq və həyəcanın meydana gəlməsi ilə bağlıdır. Buradan da şəxsiyyətin «azadlıqdan qaçması» meydana gəlir.
Mazaxist tipə malik olan adam, Frommun fikrincə, cəmiyyətdə daim uğursuzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özünü günahkar sayır.
Sadist tip öz uğursuzluqlarının günahını özündə deyil, başqa adamlarda, cəmiyyətdə görür. O, adamları və dünyanı düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır.
Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcud şəraitə uyğunlaşır.
Tənha tip (otşelnik) həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.
Şəxsiyyətin klinik nəzəriyyəsinin digər nümayəndəsi Amerika psixoloqu Q.S.Salliven (1892- 1949) olmuşdur. O, əsasən K.Xorninin istiqamətini qəbul etmişdir. Onun fikrincə psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər deyil, subyektlərin birgə fəaliyyətinin məhsulu olan şəxsiyyət olmalıdır. Salliven şəxsiyyətin inkişafının mexanizmini Aşa­ğıdakı şəkildə nəzərdə tutur: 1) incəliyə, əzizlənməyə tələbat, 2) həyəcandan qaçmaq cəhdi.
Nəhayət, şəxsiyyətin klinik nəzəriyyəsində özünəməxsus yer tutan psixoloqlardan biri də Erik Erikson (1902- 1994) olmuşdur. E.Erikson Almaniyada doğulmuş, 1927- 33- cü illərdə Venada Freydlə birlikdə işləmiş, 1933- cü ildən ABŞ-a köçmüşdür. O, eqo-psixologiya konsepsiyası yaradıcı­larından biri olmuşdur.



Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin