Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


Şəxsiyyətin eksperimental nəzəriyyəsi



Yüklə 136,29 Kb.
səhifə6/46
tarix15.12.2022
ölçüsü136,29 Kb.
#74903
1   2   3   4   5   6   7   8   9   ...   46
Şəxsiyyət-psixologiyası-II-kurs-TSPX

Şəxsiyyətin eksperimental nəzəriyyəsi.


Şəxsiyyətin eksperimental nəzəriyyəsi də psixologiya tarixində özünəməxsus yer tutmuşdur. Burada birinci növbədə diqqəti cəlb edən Q.OlportQ.Merreyin persionoloji nəzəriyyəsidir. Amerika psixoloqu Qordon Olport (1897- 1967) şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk təşəbbüskarlarından biri olmuşdur. Onun fikrincə insan «açıq sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarla qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də onlardan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır.
Şəxsiyyətin eksperimental nəzəriyyələri içərisində Amerika psixoloqu A.Kellinin (1905- 1966) «Şəxsiyyətin konstruktorlar» konsepsiyası da xüsusi yer tutur. Onun fikrincə şəxsiyyətin psixi proseslərinin təşkili onun gələcək hadisələri qabaqcadan necə sezməsindən, düşünməsindən asılıdır.

Şəxsiyyət haqqında koqnitiv nəzəriyyələr


Şəxsiyyətin əsas nəzəriyyələri içərisində koqnitiv nəzəriyyə də mühüm yerlərdən birini tutur. Bunlardan ən çox diqqəti cəlb edəni Amerika psixoloqu L.Festinqerin koqnitiv dissonans nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə əgər fərdin şüurunda eyni bir obyektə və hadisəyə dair məntiqi cəhətdən bir-birinə zidd olan bilik qarşılaşırsa, onda fərd bir növ diskomfortluq hissi keçirir və o həmin hissdən yaxa qurtarmağa çalışır.


Şəxsiyyətin biheviorist nəzəriyyəsi
Şəxsiyyətin biheviorist nəzəriyyəsi də psixologiya tarixində özünə müvafiq yer tutmuşdur. Bu sahədə B.F.Skin­nerin (1904-1990) nəzəriyyəsi xüsusilə diqqəti cəlb edir. B.Skinner müasir Amerika biheviorist psixologiya məktəbinin nümayəndəsi olmuşdur. O, neobiheviorizmin əleyhinə çıxmış, psixologiya yalnız stimul, reaksiya və həmin reaksiyanın möhkəmləndirilməsinin zahiri müşahidə olunan qanunauyğunluqlarını qeyd etməklə kifayətlənmişdir.

Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin