Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim



Yüklə 136,29 Kb.
səhifə7/46
tarix15.12.2022
ölçüsü136,29 Kb.
#74903
1   2   3   4   5   6   7   8   9   10   ...   46
Şəxsiyyət-psixologiyası-II-kurs-TSPX

A.Bandur və D.Dollardın sosial təlim nəzəriyyələri də şəxsiyyətin biheviorist nəzəriyyələri içərisində özünəməxsus yer tutmuşdur.


Şəxsiyyətin humanist nəzəriyyəsi
Nəhayət, humanist nəzəriyyə də şəxsiyyət haqqında psixoloji nəzəriyyələr içərisində özünə sanballı yer tutmuşdur. Bunlardan K.Rocersin və A.Masloununözünüaktuallaşdırma nəzəriyyəsi və R.Meyyin ekzistensional psixologiyası xüsusi diqqət doğurur. Həmin nəzəriyyə tərəfdarları şəxsiyyətə cəmiyyətdəki həyat və fəaliyyət prosesində yaranan hər hansı bir psixoloji törəmə kimi, insan təcrübəsinin inkişafı, ictimai davranış formalarının mənimsənilməsi məhsulu kimi baxırlar.
Humanist psixologiyanın ən ifrat nümayəndələrindən biri amerikan psixoloqu Abraham Maslau (1908- 1970) olmuşdur. O, şəxsiyyət tələbatlarının ierarxik quruluşunu vermişdir. ən aşağı səviyyədə olan fizioloji tələbatlardan başlayaraq ən ali tələbat olan özü­nü aktuallaşdırmaya qədər ierarxik yüksəliş baş verir:

  • Fizioloji (üzvü) tələbatlar

  • Təhlükəsizliyə tələbat

  • Mənsubiyyətə və məhəbbətə tələbat

  • Hörmətə olan tələbat

  • İdrak tələbatları

  • Estetik tələbatlar.

  • Özünüaktuallaşdırmaya tələbat

Nəhayət, şəxsiyyətin humanistik nəzəriyyələrinə R.Meyyin (1909- 1994) ekzistensional psixologiya nəzə­riyyəsidə daxildir. Bu nəzəriyyə humanistik psixolo­giyanın istiqamətlərindən birini təşkil edir.

III Mövzu
Şəxsiyyətin formalaşması məsələləri.
Plan

  1. Şəxsiyyətin inkişafının hərəkətverici qüvvəlləri.

  2. Şəxsiyyətin formalaşmasında bioloji amillərin rolu.

  3. Şəxsiyyətin formalaşmasında sosial amillərin rolu.

  4. Şəxsiyyətin psixi inkişafının biogenetik və sosiogenetik konsepsiyası.

  5. Şəxsiyyətin formalaşmasında tərbiyənin rolu.



Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin