Kurs: II fənn: Şəxsiyyət psixologiyası Müəllim


Ədəbiyyat Bayramov Ə.S., Əlizadə Ə.Ə



Yüklə 136,29 Kb.
səhifə8/46
tarix15.12.2022
ölçüsü136,29 Kb.
#74903
1   ...   4   5   6   7   8   9   10   11   ...   46
Şəxsiyyət-psixologiyası-II-kurs-TSPX

Ədəbiyyat


  1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya.2-ci nəşri – Bakı, 2002,

  2. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Sosial psixologiya. – Ba­­­kı, 2003,

  3. Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri.Bakı, 1989.

  4. Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991.

  5. Əliyev R.İ. Şəxsiyyət və onun formalaşmasının etnopsixoloji əsasları. Bakı, 2000.



  1. Şəxsiyyətin inkişafının hərəkətverici qüvvəlləri.

Şəxsiyyətin inkişafının ilkin şərtləri dedikdə, hər şeydən əvvəl.ətraf mühitin ümumi amillərini nəzərə almaq lazımdır. İnsanın hansı iqlim şəraitində, harada-dağlıq yerdə və ya dəniz sahilində və s –də yaşamasından asılı olaraq onun həyat tərzinədə,mənzil şəraitində özünəməxsus cəhətlər əmələ gəlir. Bu amillər şəxsiyyətin formalaşması üçün müəyyənedici əhəmiyyətə malik deyildir, lakin onların nəzərə alınması şəxsiyyətin formalaşması prosesinin daha ətraflı nəzərə alınmasını göstərir.


Şəxsiyyətin inkişafının ilkin təbii şərtləri kimi onun orqanizminin xüsusiyyətləri, əsasən mərkəzi sinir sisteminin xüsusiyyətləri daha mühüm əhəmiyyətə malikdir. Diqqət edin: burada söhbət təkcə sinir sisteminin xüsusiyyətlərindən deyil, bütövlükdə orqanizmin xüsusiyyətlərindən,onun strukturundan və fəaliyyət üsullarından gedir.

Şəxsiyyətin formalaşmasında bioloji amillərin rolu.

İnsan bioloji varlıq kimi doğulur, buna görə də irsiyyət qanunu ona öz təsirini göstərir. İrsiyyətin maddi daşıyıcıları genlərdir. İrsən fiziki əlamətlər (qamət, sifət quruluşu, gözün və saçın rəngi və s.), habelə fizioloji əlamətlər (sinir sisteminin tipi, sinir hüceyrələrinin miqdarı və s.) nəsildən-nəslə keçir.


Bəzi empirik faktlar əsasında qabiliyyətlərin irsən keçməsi haqda müəyyən rəylər irəli sürülür. Məsələn, dünya şöhrətli bəstəkarlardan Baxın 16, Ü.Hacıbəyovun 4 nəslinin öyrənilməsi əsasında bu nəsillərdə çoxlu musiqiçi olduğu müəyyən edilmişdir. Lakin bu fikri təkzib edən digər faktlar da vardır. Belə ki, A.S.Puşkinin 256 nəvə, nəticə və kötükcəsi içərisində heç bir şair və yazıçı olmamışdır.


Yüklə 136,29 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin