Kurs işinin planı Giriş



Yüklə 233,47 Kb.
səhifə12/13
tarix12.05.2022
ölçüsü233,47 Kb.
#57625
1   ...   5   6   7   8   9   10   11   12   13
referat 3670

Nəticə və Təkliflər.

    • Hər bir müəssisənin rentabelli fəaliyyətinin əsasında onun maliyyə təminatı da­ya­nır. Zəruri maliyyə təminatını ödəmədən, qarşıya qoyulmuş strateji məqsədlərə nail olmaq qeyri-mümkündür. Bu baxımdan da, hər bir təsərrüfat subyektinin başlı­ca vəzifəsi lazımi maliyyə vəsaitlərini cəlb etməkdən ibarətdir;

    • Təcrübə sübut edir ki, maliyyə vəsaitlərinin əldə edilməsi nə qədər zəruridirsə, bu vəsaitlərin səmərəli idarə olunması da bir o qədər vacibdir. Ona görə də, vəsaitlərin əl­də edilməsi və səmərəli idarə olunması məsələlərinə kompleks şəkildə yanaşılması daha məqsədəuyğundur;

    • Məlum olduğu kimi müəssisə maliyyəsinin əsasını müəssisənin öz vəsaitləri və müxtəlif istiqamətlərdən cəlb olunmuş kreditlər təşkil edir. Ona görə də, maliyyənin təş­kilində hər iki istiqamətə diqqətlə yanaşılması vacibdir. Birinci istiqamət müəssi­sə­nin fəaliyyəti ilə əlaqədardırsa, ikinci istiqamət müəssisədaxili amillərlə yanaşı, bir sıra xarici mühit amillərindən də asılıdır;

    • Maliyyənin təşkili əlavə vəsaitlərin cəlb edilməsi ilə yanaşı, həm də onun səmə­rə­li idarə olunmasını əhatə etdiyi üçün vəsaitlərin cəlb edilməsi, müəssisənin idarə olunması, vəsaitlərdən səmərəli istifadə və s. kimi məsələlərə kompleks yanaşılması daha əlverişli hesab edilir;

    • Maliyyənin təşkilində vacib amillərdən biri də maliyyə və ya investisiya mühi­tidir. Müəssisə, mövcud qanunvericilik çərçivəsində bu mühiti maksimum şəkildə əlverişli vəziyyətdə formalaşdırmalıdır. Bu, həm mövcud resurslardan daha səmə­rəli istifadəyə imkan verər, həm də yeni-yeni mənbələrdən vəsaitlərin cəlb olun­ma­sını stimullaşdıra bilər;

    • Müəssisə maliyyəsinin kredit təminatının ödənilməsində başlıca məsələlərdən biri də maliyyə-kredit münasibətlərinin yaxşılaşdırılması və müəssisənin krediti qay­­tarabilmə qabiliyyətidir. Məhz bunları nəzərə alaraq, müəssisə, xüsusilə xarici mühit amillərinə məsuliyyətlə yanaşmalı, özünü etibarlı tərəfdaş kimi tanıda bilmə­li­dir. Əks təqdirdə, müəssisə maliyyəsində müəyyən çatışmazlıqlar qaçılmaz olur;

    • Maliyyənin təşkili və idarə edilməsi müəssisənin strateji məqsədləri ilə uzla­ş­dı­rıl­­malıdır. Belə ki, maliyyə resurslarının idarə olunması strateji planların reallaş­ma­sı­na xidmət etməlidir. Bu isə o deməkdir ki, maliyyənin təşkili və idarə edilməsi planlaşdırmaya əsaslanır. Başqa sözlə desək, dəqiq və əhatəli planlaşdırma olma­dan, səmərəli maliyyə idarə edilməsi də qeyri-mümkündür. Bu baxımdan da, ma­liy­­yənin təşkili və idarə edilməsinə planlaşdırmanın bir tərkib hissəsi kimi yana­şıl­ması mümkündür.



Yüklə 233,47 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin