KURS İŞİNİN YERİNƏ YETİRİLMƏ ARDICILLIĞI
1. AVTOMOBİLİN DARTICI HESABI
1.1. ÜMUMİ QAYDA
Dartıcı hesabın məqsədi avtomobilin verilmiş dartıcı-sürət xüsusiyyətlərini təmin edəcək parametrlərinin təyinidir. Dartıcı hesabda əsasən üç növ parametrlərdən istifadə edilir: verilmiş, seçilmiş və hesablanmış.
Verilmiş parametrlər:
Layihə rəhbəri tərəfindən verilir.
Seçilmiş parametrlər:
- avtomobilin tam kütləsi və onun oxlar arasında paylanması;
- mühərrikin və transmissiyanın növü;
- mühərrikin maksimal gücündə dirsəkli valın bucaq sürəti;
- transmissiyanın f.i.ə.;
- təkərlərin radiusu;
- avtomobilin alın səthinin sahəsi və havanın müqavimət əmsalı;
- mühərrikin fırlanan hissələrinin və təkərlərin ətalət momentləri.
Bu parametrlərin qiyməti mövcud avtomobil modellərinə görə avtomobil texnikasının inkişaf istiqaməti nəzərə alınmaqla sorğu ədəbiyyatlarından və digər mənbələrdən seçilir.
Hesablanacaq parametrlər:
- mühərrikin xarici sürət xarakteristikasının parametrləri;
- transmissiyanın ötürmə ədədləri.
Dostları ilə paylaş: |