Kütləvi qırğın silahları haqqında qısa anlayış



Yüklə 81 Kb.
səhifə4/8
tarix30.12.2021
ölçüsü81 Kb.
#21112
növüMühazirə
1   2   3   4   5   6   7   8
Zərbə dalğası – partlayış mərkəzindən hər tərəfə səsdən iti sürətlə yayılan bərk sıxılmış hava qatından ibarətdir. Zərbə dalğasının zədələyici təsirini xarakterizə edən əsas parametrlər dalğanın ön həddindəki izafi təzyiq, dalğanın surət təzyiqi və izafi təzyiqin təsir müddətidir. İzafi təzyiq yaranmış maksimal atmosfer təzyiqi ilə zərbə dalğasından əvvəlki normal atmosfer təzyiqinin fərqinə bərabərdir. Izafi təzyiq hər kv. sm. kq. qüvvə ilə ifadə olunur və KP (kilopaskalla) ölçülür.

Zərbə dalğası nəticəsində binalar, qurğular, tikililər dağılır, insanlar isə müxtəlif dərəcəli zədələr alırlar. İzafi təzyiqin miqdarından asılı olaraq zədələr aşağıdakı növlərə bölünür:

– yüngül zədələnmə - izafi təzyiq 20 – 40 kPa bərabər olanda baş verir. Bu zaman yüngül kontuziya, qol və qıç nahiyələrinin burxulması və eşitmə qabiliyyətinin müvəqqəti itirilməsi baş verir;

– orta zədələnmə – izafi təzyiq 40 – 60 kPa bərabər olanda baş verir. Belə hallarda bədənin ümumi kontuziyası, qol və qiç nahiyələrinin bərk burxulması, burun və qulaqlardan qanaxma baş verir;

– ağır zədələnmə – izafi təzyiq 60 – 100 kPa bərabər olanda baş verir. Bu zaman qol və qıç nahiyələrinin sınması, daxili orqanların zədələnməsi, burun və qulaqlardan şiddətli qanaxma baş verir.

– ən ağır zədələnmə – izafi təzyiq 100 kPa - dan yüksək olanda baş verir. Bu zaman sümüklərin sınması, daxili orqanların dağılması, daxili qanaxma və beyin silkələnməsi baş verir və ölümlə nəticələnir.

Zərbə dalğasının önündə izafi təzyiq 10 kPa – dan artıq olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarakterinə görə belə sahələr 4 növə ayrılır: tam dağıntı zonası, güclü dağıntı zonası, orta dağıntı zonası və zəif dağıntı zonası.

1. Nüvə partlayışı mərkəzinə ən yaxın sahələrə tam dağıntı zonası deyilir. Bu sahənin hüdudları daxilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq olur. Burada istehsalat və yaşayış binaları tamamilə dağılır, partlayış mərkəzinin lap yaxınlığında isə sığınacağların bir qismi uçulur. Küçələrdə başdan - başa uçqunlar əmələ qəlir və sığınacaqların giriş yolları uçqunlarla tutulur.

2. İzafi təzyiqin təsirinə 50 kPa-dan – 30 kPa-dək məruz qalmış sahələr güclü dağıntı zonası adlandırılır. Buradakı bina və qurğular əsasən dağılır, sığınacaqlar və yeraltı kommunal-enerqetika şəbəkələrinin əksəriyyəti salamat qalır.

3. İzafi təzyiqin təsirinə 30 kPa-dan – 20 kPa-dək məruz qalmış sahələr orta dərəcəli dağıntı zonası adlandırılır. Bu zonanın hüdudları daxilindəki binalar orta dərəcədə dağılır, yeraltı sığınacaq və şəbəkələr salamat qalır. Küçələrin müxtələf yerlərində uçqunlar yarana bilər.

4. İzafi təzyiqin təsirinə 20 kPa- dan –10 kPa-dək məruz qalmış sahələr zəif dağıntılar zonası adlandırılır. Bu zaman binanın ikinci dərəcəli elementləri yəni qapı və pəncərələri, artırmaları və daxili arakəsmələri dağılır, küçələrdə tək - tək uçqunlar yaranır.

Zərbə dalğasının zədələyici təsiri partlayışın qücündən, partlayışın növündən, partlayış mərkəzindən olan məsafədən və yerin relyefindən asılı olur. 20 kilotonluq nüvə partlayışı zamanı zərbə dalğası 1km məsafəyə 2 saniyə, 2km məsafəyə 5 saniyə, 3km məsafəyə 8 saniyə ərzində çatır.

Zərbə dalğasından ən etibarlı mühafizə üsulu mühafizə qurğularında yerləşməkdir, həmçinin xəndəklərdən, yeraltı zirzəmilərdən və yerin relyefindən də müəyyən qədər istifadə etmək mümkündür.


Yüklə 81 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin