2-ci tədris sualı. Nüvə silahının zədələyici amilləri
Nüvə partlayışı enerjisinin təqribən 50% – zərbə dalğasının, 35% –işıq şualanmasının, 10% – ərazinin radioaktiv çirklənməsinin, 4% – nüfuzedici rasiasiyanın və 1% – elektromaqnit impulsunun yaranmasına sərf olunur.
Zərbə dalğası. Nüvə partlayışının ilk anından sonra havada şar şəkilli işıq sahəsi əmələ gəlir. Əmələ gəlmiş şarın daxilində partlayış məhsullarının istiliyi 10 milyon dərəcəyə, təzyiqi isə bir neçə milyard atmosferə çatır. Bunun nəticəsində şarı əhatə edən hava sərhəddində təzyiqin və temperaturun kəskin fərqi əmələ gəlir. Partlayış məhsulları məhdudlaşmış şarın səthindən sürətlə ətrafa yayılmağa başlayır və nəticədə havada zərbə dalğası yaranır.
Dostları ilə paylaş: |