XIV C.Məmmədquluzadə və Ana Dilimiz
Azərbaycan ədəbiyyatı tarixində böyük demokrat ,yazıçı və publisist kimi
tanınan C.Məmmədquluzadə
demişdir:”Vətən,Vətən,Vətən!Dil!Dil!Dil!Millət!Millət!Millət.Dəxi bu dairələrdən
kənar bəşər üçün özgə nicat yolu yoxdur.”
Ana dili məsələsi Mirzə Cəlil yaradıcılığını əsas cəhətlərindən birini təşkil
etmişdir.
XX əsrin əvvəllərində ədəbi dil sahəsində mübarizə ,əsas iki xətt üzrə
gedirdi.Bir tərəfdən realist-maarifpərvər , digər tərəfdən burjua ədəbiyyatının
nümayəndələri Azərbaycan xalq dili uğrunda mübarizə aparırdılar.Burjua
ədəbiyyatının nümayəndələri osmanlı dilini irəli çəkirdilər.
Böyük demokrat , natiq C.Məmmədquluzadə yaradıcılığa başladığı gündən
deyirdi : “Elə yazmaq lazımdır ki , ümumkütlə asanlıqla başa düşsün .” Ana dilini
sevmək , onu yad , əcnəbi tərəfindən , əcnəbi təsirlərdən qorumaq yazıçının
yaradıcılıq fəaliyyətinin başlıca məqsədinə çevrilmişdir. “Molla Nəsrəddin
jurnalının baş məqaləsindən başlayaraq bu məramını açıq şəkildə bəyan edərək
deyirdi:”…. Salınız yadınıza o günləri ki,ananız beşikdə sizi yırğalaya-yırğalaya sizə
ana dilində lay-lay deyirdi.Hərdənbir ana dilində danışmaqla keçmişdəki gözəl
günləri yad etməyin nə eybi var?!
Doğma dilinə sonsuz hörmət və sevgi yazıçını xalqa o qədər yaxınlaşdırmışdır
ki,o hekayə və felyotonlarında sözlərin sırasını ümum-xalq dilində - canlı
danışıqda olduğu kimi qurur,hətta bəzən ədəbi dil normalarından kənara çıxırdı.
C.Məmmədquluzadə ana dili məsələsinə o qədər önəm vermişdir ki,
yaradıcılığına diqqətlə nəzər saldıqda məsələnin ya ayrıca , yaxud da ona yaxın
bir mövzu ətrafında inkişaf etdiyini görürük.Məsələn:Molla Nəsrəddin
jurnalında tez tez belə səpkili yazılara rast gəlmək olur.”Hər millətin
özünəməxsus ana dili var ki,onun məxsusi malıdır. Ana dili xalqın mənəvi
diriliyidir.Ananın südü bədənin mayası olduğu kimi ananın dili də ruhun
qidasıdır.Hər kəs öz anasını və vətənini sevdiyi kimi , ana dilini
də sevir”…
C.Məmmədquluzadə yaradıcılığı boyu bu amalına sadiq qalmış , ana dilini ,
doğma Azərbaycan dilini böyük məhəbbətlə sevmişdir.Ədibin
“Azərbaycan “
məqaləsində milli oyanış və siyasi İntibahın milli dil vasitəsilə həyata keçirilməsi
qənaətinə gələn yazıçı deyirdi:”Bəzi vaxt otururam və papağımı qabağıma qoyub
fikrə gedirəm.Özümdən soruşuram ki:
-Mənim anam kimdir ?
-Öz-özümə cavab verirəm ki:
-Mənim anam rəhmətlik Zəhrabəyim ana idi
-Dilim nə dilidir ?
-Azərbaycan dilidir…”
XV. Dilin konstitusiyası və ya konstitusiyanın dili
Azərbaycan xalqının milli varlığını , maddi-mənəvi mövcudluğunu sübut edən ən
qiymətli məxəzlərdən bir onun dilidir. Azərbaycan dili çox qədim tarixə malik bir dildir .
Azərbaycan dili vaxtilə xalqlararası
danışıq dili kimi də fəaliyyət göstərmişdir.
Həyatımızın müxtəlif sahələri ilə bağlı olan konstitusion qanunlara necə riayət
edilməlidirsə,qrammatik qanunların aliliyi də eyni də gözlənilməlidir.Qrammatikasız dil
“qanadsız quşa” bənzər.Lomonosov qrammatika haqqında bu fikri
söyləmişdir:”Qrammatikasız oratoriya kütdür, poeziya pəltəkdir,fəlsəfə əsassızdır,tarix
xoşagəlməzdir,hüquq-
şunaslıq şübhəlidir”.
Dilin konstitusiyası
Ölkənin , millətin idarəçilik qanunları konstitusiya ilə tənzimləndiyi kimi , dilin
idarəçiliyi də qrammatik qayda və qanunlarla həyata keçirilir.Bir sözlə deyə bilərik
ki,
qrammatika dilin kontitusiyasıdır.
Qanunların rəsmiləşdirilməsi onun işləkliyini təmin etməklə həyata keçirildiyi kimi dilin
konstitusiyası da ilk növbədə,onun cəmiyyətdə özünə layiq yer tutması ilə yaradılır.Dildə
canlı bir,orqanizmdir.Bütün canlı varlıqlar öz mövcudluğunu müəyyən bir vasitə isə isbat
etdiyi kimi,dilə də həyata vəsiqə almasını cəmiyyət daxilində kommunikativ vəzifəsi ilə
şərtləndirir.Azərbaycan dili uzun zaman şeir dili kimi inkişaf etmiş və naliyyət
göstərmişdir.Haqlı olaraq belə bir fikir mövcuddur ki, bədii üslub öz funksional imkanlarının
genişliyinə görə müəyyən müddət ədəbi dili təmsil etmişdir.
Azərbaycan dilinin dövlət dili kimi işlənmə tarixinin ilk dövrləri
XVI
əsrə təsadüf
edir.Tariximizin ilk müstəqil dövləti olan Səfəvi dövləti iqtidari tərəfindən ilk dəfə dilimiz
dövlət dili səviyyəsinə yüksəldildi.
1919-1920 ci illərdə Azərbaycan Demokratik Cümhuriyyəti türk dilini rəsmi dövlət dili elan
etdi.Sovet çevrilişindən sonra 30-cu illərə qədər dövlət dili yenə türk dili adlandırıldı.
1936-cı
ildən dövlət dili
Azərbaycan dili
adlandırıldı
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 1992-ci ilin 22 dekabrında verilən
fərmanla Azərbaycan Respublikası dövlət dili yenidən
türk dili
adlandırıldı .
•
1995-ci ilin 12 noyabrında qəbul edilmiş konstitusiyada dövlət dili ilə bağlı qanun və
fərmanlar verildi.2002-ci ilin senyabrın
30-da 3 fəsil 20 maddədən ibarət “Dövlət
dili haqqında” qanun qəbul edildi
2003-cü il yanvarın 2-də isə”Azərbaycan Resp-nın dövlət dili haqqında fərman
imzalandı.
Unutmayaq :Konstitusiyamızın(1995-ci ilin noyabrın 12-si ) 21-ci maddəsində yazılır: “
Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir “ . Azərbaycan Respublikası
Azərbaycan dilinin inkişafını təmin edir.