L – NİTQİn nöVLƏRİ VƏ formalari



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix24.03.2022
ölçüsü0,89 Mb.
#54119
1   ...   16   17   18   19   20   21   22   23   24
Nitq-mədəniyyəti-üzrə-II-kurs-tələbələri-üçün-Ziba-Səfərova-tərəfindən-hazırlanan-elektron-mühazirələr

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                  

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

                      

 

XIV  C.Məmmədquluzadə və  Ana Dilimiz 

     


Azərbaycan ədəbiyyatı tarixində böyük demokrat ,yazıçı və publisist kimi 

tanınan C.Məmmədquluzadə 

demişdir:”Vətən,Vətən,Vətən!Dil!Dil!Dil!Millət!Millət!Millət.Dəxi bu dairələrdən 

kənar bəşər üçün özgə nicat yolu yoxdur.”



 

    Ana dili məsələsi Mirzə Cəlil yaradıcılığını əsas cəhətlərindən birini təşkil 

etmişdir.

XX əsrin əvvəllərində ədəbi dil sahəsində mübarizə ,əsas iki xətt üzrə 

gedirdi.Bir tərəfdən realist-maarifpərvər , digər tərəfdən burjua ədəbiyyatının 

nümayəndələri Azərbaycan xalq dili uğrunda mübarizə aparırdılar.Burjua 

ədəbiyyatının nümayəndələri osmanlı dilini irəli çəkirdilər. 

    Böyük demokrat , natiq C.Məmmədquluzadə yaradıcılığa başladığı gündən 

deyirdi : “Elə yazmaq  lazımdır ki , ümumkütlə asanlıqla başa düşsün .” Ana dilini 

sevmək , onu yad , əcnəbi tərəfindən , əcnəbi təsirlərdən qorumaq yazıçının 

yaradıcılıq fəaliyyətinin başlıca məqsədinə çevrilmişdir. “Molla Nəsrəddin 

jurnalının baş məqaləsindən başlayaraq bu məramını açıq şəkildə bəyan edərək 

deyirdi:”…. Salınız yadınıza o günləri ki,ananız beşikdə sizi yırğalaya-yırğalaya sizə 

ana dilində lay-lay deyirdi.Hərdənbir ana dilində danışmaqla keçmişdəki gözəl 

günləri yad etməyin nə eybi var?! 

   Doğma dilinə sonsuz hörmət və sevgi yazıçını xalqa o qədər yaxınlaşdırmışdır 

ki,o hekayə və felyotonlarında sözlərin sırasını ümum-xalq dilində - canlı 

danışıqda olduğu kimi qurur,hətta bəzən ədəbi dil normalarından kənara çıxırdı. 

C.Məmmədquluzadə ana dili məsələsinə o qədər önəm vermişdir ki, 

yaradıcılığına diqqətlə nəzər saldıqda məsələnin ya ayrıca , yaxud da ona yaxın 

bir mövzu ətrafında inkişaf  etdiyini görürük.Məsələn:Molla Nəsrəddin 

jurnalında tez tez belə səpkili yazılara rast gəlmək olur.”Hər millətin 

özünəməxsus ana dili var ki,onun məxsusi malıdır. Ana dili xalqın mənəvi 

diriliyidir.Ananın südü bədənin mayası olduğu kimi ananın dili də ruhun 

qidasıdır.Hər kəs öz anasını və vətənini sevdiyi kimi , ana dilini 

də sevir”…  

    


C.Məmmədquluzadə yaradıcılığı boyu bu amalına sadiq qalmış , ana dilini , 

doğma Azərbaycan dilini böyük məhəbbətlə sevmişdir.Ədibin

 

“Azərbaycan “ 



məqaləsində milli oyanış və siyasi İntibahın milli dil vasitəsilə həyata keçirilməsi 


 

qənaətinə gələn yazıçı deyirdi:”Bəzi vaxt otururam və papağımı qabağıma qoyub 

fikrə gedirəm.Özümdən soruşuram ki:

 

-Mənim anam kimdir ? 



-Öz-özümə cavab verirəm ki: 

-Mənim anam rəhmətlik Zəhrabəyim ana idi 

-Dilim nə dilidir ? 

-Azərbaycan dilidir…” 

 

           



  

            

 

 

 

 

 

 

 

 

 

 

 

                       XV. Dilin konstitusiyası və ya konstitusiyanın dili 


 

     Azərbaycan xalqının milli varlığını , maddi-mənəvi  mövcudluğunu  sübut edən ən 

qiymətli məxəzlərdən bir onun dilidir. Azərbaycan dili çox qədim tarixə malik bir dildir . 

Azərbaycan dili vaxtilə xalqlararası 

danışıq dili kimi də fəaliyyət göstərmişdir. 

   Həyatımızın müxtəlif sahələri ilə bağlı olan konstitusion qanunlara necə riayət 

edilməlidirsə,qrammatik qanunların aliliyi də eyni də gözlənilməlidir.Qrammatikasız dil 

“qanadsız quşa” bənzər.Lomonosov qrammatika haqqında bu fikri 

söyləmişdir:”Qrammatikasız oratoriya kütdür, poeziya pəltəkdir,fəlsəfə əsassızdır,tarix 

xoşagəlməzdir,hüquq- 

şunaslıq şübhəlidir”. 

 

Dilin konstitusiyası 



 

Ölkənin , millətin idarəçilik qanunları konstitusiya ilə tənzimləndiyi kimi , dilin 

idarəçiliyi də qrammatik qayda və qanunlarla həyata keçirilir.Bir sözlə deyə bilərik 

ki,  


qrammatika dilin kontitusiyasıdır.

 

    Qanunların rəsmiləşdirilməsi onun işləkliyini təmin etməklə həyata keçirildiyi kimi dilin 



konstitusiyası da ilk növbədə,onun cəmiyyətdə özünə layiq yer tutması ilə yaradılır.Dildə 

canlı bir,orqanizmdir.Bütün canlı  varlıqlar öz mövcudluğunu müəyyən bir vasitə isə isbat 

etdiyi kimi,dilə də həyata vəsiqə almasını cəmiyyət daxilində kommunikativ vəzifəsi ilə 

şərtləndirir.Azərbaycan dili uzun zaman şeir dili kimi inkişaf etmiş və naliyyət 

göstərmişdir.Haqlı olaraq belə bir fikir mövcuddur ki,  bədii üslub öz funksional imkanlarının 

genişliyinə görə müəyyən müddət ədəbi dili təmsil etmişdir.  

    Azərbaycan dilinin dövlət dili kimi işlənmə tarixinin ilk dövrləri 

XVI 

əsrə təsadüf 

edir.Tariximizin ilk müstəqil dövləti olan Səfəvi dövləti iqtidari tərəfindən ilk dəfə dilimiz 

dövlət dili səviyyəsinə yüksəldildi. 

    1919-1920 ci illərdə Azərbaycan Demokratik Cümhuriyyəti türk dilini rəsmi dövlət dili elan 

etdi.Sovet  çevrilişindən sonra 30-cu illərə qədər dövlət dili yenə türk dili adlandırıldı.

1936-cı

 

ildən dövlət dili 



Azərbaycan dili

 adlandırıldı  

    Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra 1992-ci ilin 22 dekabrında verilən 

fərmanla Azərbaycan Respublikası dövlət dili yenidən 

türk dili 

adlandırıldı . 

• 

1995-ci ilin 12 noyabrında qəbul edilmiş konstitusiyada dövlət dili ilə bağlı qanun və 



fərmanlar verildi.2002-ci ilin senyabrın 30-da  3 fəsil 20 maddədən ibarət “Dövlət 

dili haqqında”  qanun qəbul edildi  

 

2003-cü il yanvarın 2-də isə”Azərbaycan Resp-nın dövlət dili haqqında fərman 



imzalandı. 


 

    Unutmayaq :Konstitusiyamızın(1995-ci ilin noyabrın 12-si ) 21-ci maddəsində yazılır: “ 

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir “ . Azərbaycan Respublikası 

Azərbaycan dilinin inkişafını təmin edir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 



 

 

 



 


 

 

Document Outline

  • X   Rəsmi-əməli üslub və bu üslubun əsas xüsusiyyətləri
  • XI  Məişət üslubu.Bu üslubda nitqin                sərbəstliyi,təbiiliyi və yığcamlığı

Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin