Laborant
Bölmə 1. Kliniki laborator müayinə üsulları.
1) Laborant nəyi bacarmalıdır?
A) Sadalananların hamısını
B) Qan yaxmasını hazırlamağı
C) Sidiyin mikroskopik müayinəsi üçün çöküntünü hazırlamağı
D) Biomaterialların fiziki-kimyəvi müayinəsini aparmağı
E) Reaktivləri hazırlamağı
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları.
Bakı.1996 səh 4 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова.
Клинические лабораторные исследования. Москва «Медицина» 1984 səh 9-10 В.С.
Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям по методам
клинических лабораторных исследований. Москва « Медицина» 1989 səh 8
2) Laboratoriyada müayinə materialını digərləri ilə qarışıq salmamaq üçün nə etmək
lazımdır?
A) Toplamaq
B) Sentrifuqalaşdırmaq
C) Ardıcıl yığmaq
D) Qızdırmaq
E) Nömrələmək (kodlaşdırmaq)
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları.
Bakı.1996 səh. 4. В.С. Ронин, Г.М. Старобинец. Руководство к практическим занятиям
по методам клинических лабораторных исследований. Москва « Медицина» 1989
səh 13
3) Laboratoriyada hansı kimyəvi maddələrlə işləmək təhlükəlidir?
1. NaOH
2. NaCl
3. HCl
4. HNO3
5. Na2CO3
6. H2SO4
A) 1, 2, 5, 6
B) 2, 3, 4, 5
C) 2, 4, 5, 6
D) 1, 3, 4, 6
E) 1, 3, 4, 5
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları.
Bakı.1996 səh 5
4) Laboratoriyada müayinə materialını müayinədən sonra nə etmək lazımdır?
A) Gətirilən qabla atmaq
B) Zərərsizləşdirmək
C) İki gün saxlamaq
D) Suya tökmək
E) Kağıza büküb atmaq
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları.
Bakı.1996 səh 5
Dostları ilə paylaş: |