702) Qaynatmaqla sterilizasiya hansı aparatda aparılır?
A) Sterilizatorda
B) Paster peçində
C) Kox aparatında
D) Avtoklavda
E) Şamberlan süzgəcində
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi
mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 55
703) Hansı bakteriyalara basillər deyilir?
A) Spor əmələ gətirən anaerob bakteriyalara
B) Spiralvarilərə
C) Spor əmələ gətirən aerob bakteriyalara
D) Spor əmələ gətirməyən mikroorqanizmlərə
E) Sarsinlərə
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı .1995. Səh. 15
704) Seroloji müayinə aparmaq üçün venadan nə qədər qan götürülür?
A) 0,3ml
B) 0,5ml
C) 1ml
D) 2-3ml
E) 5ml
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan
tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 25
Dostları ilə paylaş: