210) Normada mədə şirəsinin pH nə qədərdir?
A) pH-4,5-5,0
B) pH-1,5-2,5
C) pH-5,5-6,0
D) pH-3,5-4,5
E) pH-6,0-6,5
Kəskin turş reaksiyalıdır. pH – 1,5-2,5. Mədə şirəsinə selik qarışmadıqda onda daha yüksək hidrogen ionları olur, yəni turşuluq çoxalır – pH - 0,8-1,0 olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 39 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 SƏH 46
211) Normada 1 sutka ərzində nə qədər mədə şirəsi ifraz olunur?
A) 4,5-5,0 1
B) 3,8-4,0 1
C) 2,0-2,5 1
D) 3,0-4,0 l
E) 3,0-3,5 1
Sağlam adamlarda mədə şirəsinin tərkibi və miqdarı qida rejimindən asılıdır və müəyyən sərhəd daxilində azalıb-çoxalır. Adi qida rejimi zamanı 1 sutka ərzində həzm prosesində 2-2,5 litr mədə şirəsi ifraz olunur. Acqarına mədədə 20-40 ml mədə şirəsi olur.
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 39 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 47
Dostları ilə paylaş: |