394) Zülallar orqanizmdə hansı funksiyanı yerinə yetirmirlər?
A) Ehtiyata toplanmaq
B) Katalitik
C) Energetik
D) Qoruyucu
E) Nəqliyyat
Zülallar orqanizmdə bir çox funksiyalar yerinə yetirirlər. Lakin karbohidratlardan və lipidlərdən fərqli olaraq zülallar orqanizmdə ehtiyata toplanmırlar. Qeyd olunmuşdur ki, qida ilə oqranizmə nə qədər zülal daxil olursa bir o qədər zülalların son parçalanma məhsulları orqanizmdən xaric olunur. Uzun müddət ac qaldıqda bir müddət zülal tarazlığı saxlanılır, lakin bu zaman orqanizmdə zülalların miqdarı azalır.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.178-179
395) İnsan orqanizminin bədən kütləsinin 1/5 hissəsini (20%) təşkil edən maddələr hansılardır?
A) Su
B) Zülallar
C) Mineral elementlər
D) Vitaminlər
E) Lipidlər
İnsan orqanizminin bədən kütləsinin 1/5 hissəsini (20%) zülallar, 1/50 hissəsini (2%) karbohidratlar, 1/10-1/5 hissəsini (10-20%) lipidlər təşkil edir
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.23
396) Orqanizmdə oksigen (O2) və karbon (CO2) qazlarını daşıyan zülallar hansılardır?
A) Transferrin
B) Retinol
C) Albuminlər
D) Lipoproteidlər
E) Hemoqlobin
Qanın zülallarının müəyyən bir qrupu müxtəlif birləşmələrlə birləşib onları daşımaq qabiliyyətinə malikdirlər. Orqanizmdə oksigeni və karbon qazını daşıyan hemoqlobin zülalı belə nəqliyyat zülallarına aiddir.
Ədəbiyyat: М.В.Ермолаев, Л.П.Ильичева. Биологическая химия. «Медицина», 1989 стр.24
Dostları ilə paylaş: |