102) Hematokrit nədir?
A) Plazmada zülalın miqdarı
B) Eritrositlərin miqdarı
C) Formalı elementlər ilə plazma arasındakı nisbət
D) Leykositlərin,eritrositlərə olan nisbəti
E) Zərdabın miqdarı
Hematokrit – qanın formalı elementlərinin həcmi ilə plazma həcmi arasındakı nisbətdir. Üsul sentrifuqalaşmanın köməyi ilə qanın plazma və eritrositlərə(formalı elementlərə) ayrılmasına əsaslanır.
Ədəbiyyat: А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 178, 179
103) Qanın laxtalanma prosesi neçə fazada gedir?
A) 1
B) 3
C) 2
D) 6
E) 5
Qanın laxtalanma prosesini göstərilən fazalara bölürlər: I faza: Protrombokinaza + trombotropin---trombokinaza, II faza: Protrombin +kalsium + trombokinaza---trombin, III faza: Fibrinogen+ trombin---fibrin
Ədəbiyyat: Rəsulova Z.F, Cəfərova G.Ə. Kliniki diaqnostik laborator müayinə üsulları. Bakı.1996 səh 109, 110 А.Я.Любина, Л.П.Ильичева, Т.В. Катасонова, С.А.Петросова. Клинические лабораторные исследования. Москва « Медицина» 1984 səh 183
Dostları ilə paylaş: |