Laboratoriya işi №5 ÜÇfazali si


İşin yerinə yetirilmə ardıcıllığı



Yüklə 1,39 Mb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü1,39 Mb.
#41842
1   2   3
ÜÇFAZALI SİNXRON GENERATORUN YÜKSÜZ İŞ REJİMİNİN TƏDQİQİ

İşin yerinə yetirilmə ardıcıllığı

  1. Laboratoriya stendinin 2 № -li aqreqatında quraşdırılmış sinxron maşının quruluşu ilə tanış olmalı və maşının pasportundakı texniki göstəriciləri yazmalı:

Nominal gərginlik, V 220

Nominal tezlik, hs 50

Rotorun dövrlər sayı, dövr/dəq 3000

Nominal gücü, kVt 1,0

Nominal stator cərəyanı, A 3,0

Nominal güc əmsalı 0,8

Nominal f.i.ə 0,7

Nominal təsirləndirici cərəyan, A 2,0

Maksimal təsirləndirici cərəyan, A 6,0


  1. Sinxron maşını generator rejimində tədqiq etməli. Bunun üçün stendin “sinxron maşın”yazılmış panelin üzərində şəkil 5-8 –dəki elektrik sxemini şəkil 5-8 də təsvir olunmuş kontakt sxeminə uyğun yığmalı. I generatorun rotorunu paralel təsirlənən sabit cərəyan mühərriki vasitəsilə fırlandırmalı. Mühərrikin şəbəkəyə qoşulma sxemi tədqiq edilən sinxron maşının sxemi göstərilmiş panel üzərində yığılır.

  2. Sabit cərəyan mühərrikini işə salmaq üçün onu şəbəkəyə qoşmalı. Ona görə sol panel üzərində “şəbəkəni qoşmaq” yazılmış düyməni sıxmalı. Mühərrikin işə salmazdan əvvəl lövbər dolağına ardıcıl qoşulmuş Rn işəsalma reostatını dövrəyə tam daxil etməli. Bu məqsədlə sağ panel üzərində “mühərrikin işə salınması” yazılmış işəsaldığı reostatın dəstəyi I vəziyyətinə çevrilməli. Mühərrikin təsirlənmə dövrəsindəki RC reostatının müqaviməti isə ən böyük qiymətdə olmalıdır. Bunun üçün panel üzərində “Təsirlənmə cərəyanını tənzimləyən” dəstəyi axıra kimi sağa döndərməli. Sinxron generatorun rotor dolağı dövrəsindəki reostatın müqaviməti ən böyük qiymətdə olması üçün orta“Təsirlənməni tənzimləyən” yazılmış dəstəyi axıra kimi sola döndərməli. Sonra sağ panel üzərində “Вкл” yazılmış düyməni sıxmalı. Lövbər gərginliyini göstərən (altında “lövbər gərginliyi” yazılmış) voltmetrin göstərişinə nəzarət etməli və sol panel üzərində “Установка напряжение станция эл. машин” yazılmış iki düymə vasitəsilə gərginliyin 220 V nizamlamalı. “Mühərrikin işə buraxılması” dəstəyini tədricən 7 vəziyyətinə çevirməli. Beləliklə, sabit cərəyan mühərrikin işə salınmış olur. Ona panel üzərində “Təsirlənməni tənzimləyin” yazılmış dəstəyi asta-asta sola döndərərək lövbərin dövrlər sayını (aqreqat 2-nin sürətini) göstərən cihazın (taxometr) göstərişinə nəzarət etməli.

Lövbərin dövrlər sayını n=3000 dövr/dəq qiymətinə nizamlanmalı. Bu zaman sabit cərəyan mühərrikinin valı ilə mexaniki əlaqədə olan sinxron generator da həmin sürətlə fırlanacaqdır.

4. Sinxron generatorun dövrlər sayının n=3000dövr/dəq qiymətində E(IT) yüksüz işləmə xarakteristikasını çıxarmalı.

Sinxron generatoru təsirləndirmək üçün rotor dolağına 24 V sabit gərginlik verməli. Bu məqsədlə orta panel üzərində “Sinxron maşının təsirlənməsi” yazılmış hissədə “Вкл”düyməsini sıxmalı.

S onra “Sinxron maşının stator dolağı” nın dövrəsindəki “Вкл” düyməsini sıxaraq stator dolağına voltmetr və sinxroskopu qoşmalı. Generatorun stator dolağındakı Ug gərginliyini Uş şəbəkə gərginliyinə bərabərləşdirmək üçün dolağındakı IT təsirləndirici cərəyanı tənzim etməli. Bunun üçün “Sinxron maşın” yazılmış orta panel üzərindəki tənzimləndirici cərəyanı sıfırdan generatorun sıxaclarındakı gərginlik U=1,25 Unom qiymət alana kimi dəyişib, 6-7 qiymət üçün ölçmə aparmalı. Birinci nöqtəni sinxron generatorun təsirləndirici dolaq dövrəsinin açıq halında çıxarmalı.

Ölçmənin nəticəsini cədvəl 5-1 -ə yazmalı

Cədvəl 5-1



Ölçmənin nömrəsi

1

2

3

4

5

6

7

















































Ölçmədən alınan qiymətlər əsasında müvafiq asılılığı qurmalı.

  1. Sinxron generatorun üçfazlı şəbəkə ilə paralel işləməsi üçün sinxronlaşdırmalı.

Sinxron generatorun sıxaclardakı gərginliyin şəbəkə gərginliyinə bərabərləşdirməli: Ug=Uş

Sinxron generatorun stator dolağında induksiyalanan e.h.q nin fc tezliyini fş şəbəkə tezliyinə bərabərləşdirməli. Bu məqsədlə generatoru fırlandıran sabit cərəyan mühərrikin lövbərinin dövrlər sayının dəyişməsi onu qidalandıran mənbəyin gərginliyini dəyişməklə əldə edilir. Ona görə sol panel üzərində “Установка напряжение л.машины” yazılmış iki düymədən birini sıxmalı və sinxronoskopa nəzarət etməli. Sinxronlaşma anında sinxronoskopunun əqrəbi onun şkalası üzərində nişanlanmış xəttin üzərində dayanacaqdır. Bu zaman “Sinxron və asinxron maşının şəbəkəyə qoşmaq” yazılmış panel üzərində “ВКЛ” düyməsini aızıb, generatoru şəbəkəyə paralel qoşuruq.



  1. Sinxron generatorun U şəkilli xarakteristikasını çıxarmalı, yəni generatorun gərginliyini U=const və gücün P=const qiymətlərində I yük cərəyanı ilə IT –nin I(IT) asılılığını çıxarmalı. Bu məqsədlə:

  1. IT təsirlənmə cərəyanını dəyişdirməklə üçfazlı vatmetrin göstərişlərinə əsasən P=0,5PH=const qiyməti üçün generarotun minimal I yük cərəyanını təyin etməli. Bu qiymət asılılığının birinci nöqtəsi olacaqdır.

  2. IT təsirlənmə cərəyanını artıraraq, 2-3 qiymət üçün, yük cərəyanının Inom qiymətə qədər qaldırmalı. Eyni qaydada IT təsirlənmə cərəyanını başlanğıc qiymətdən azaldaraq, 2-3 qiymət üçün I yük cərəyanını qeyd etməli. Təcrübə aparılarkən generatorun şəbəkəyə verdiyi güc: P=0,5PH qiymətinin sabit qalması üçün generatoru hərəkətə gətirən sabit sabit cərəyan mühərrikinin təsirlənmə cərəyanını dəyişdirməli.

Ölçmədən alınan qiymətləri cədvəl 5-2 –yə yazmalı.

Cədvəl 5-2



Ölçmənin nömrəsi

1

2

3

4

5

6

7

U V






















IT A






















I A






















cosφ






















P Vt





















Cədvəl 5-3



Ölçmənin nömrəsi

Ölçmələr

Hesablama

U

I

IT

P

cosφ

V

A

A

Vt




1
















2
















3
















4
















5
















6
















7















Ölçmələr və hesablamalar nəticəsində P=0,5PH=const şərti üçün eyni koordinat sistemində I(IT) və cosφ(IT) asılılıqlarını qurmalı.



  1. Yük cərəyanının və yük əmsalının sinxron generatorun şəbəkəyə verdiyi gücdən asılılığını çıxarmalı. Bunun üçün

Cədvəl 5-4

Ölçmənin nömrəsi

Ölçmələr

Hesablama

U

I

P

cosφ

V

A

Vt




1













2













3













4













5













6













7












Təsirlənmə cərəyanının nominal və sabit ITH=2A=const qiymətində intiqal mühərrikin təsirləndirici cərəyanını azaltmalı. Generator I yük cərəyanını dəyişərək (nominal qiymət ətrafında) 6-7 qiymət ölçmə aparıb generatorun sıxaclarındakı gərginliyi, yük cərəyanını və şəbəkəyə ötürülən P gücünü qeyd etməli. Ölçmənin nəticəsini cədvəl 5-3 –də yazmalı.

Ölçmələr və hesablamalar nəticəsində eyni koordinat sistemində I(P) və cosφ(P) asılılıqlarını qurmalı.

Qeyd: Təcrübə qurtardıqdan sonratəsirlənmə cərəyanın nominal ITH=2A qiymətilə sinxron generatorun yükünü sıfra kimi endirməli (P=0).

“Sinxron və asinxron mühərrikin şəbəkəyə qoşulması” hissədə “ВКЛ” yazılmış düyməni sıxaraq asinxron mühərriki dayandırmalı. “sinxron maşın” yazılmış orta panel üzərində təsirlənmə cərəyanının tənzimləyən reostatın dəstəyini sola döndərməli və təsirlənmə cərəyanının sıfra qədər azaltmalı. “Sinxron maşının təsirlənsirilməsi” yazılmış hissədə “Вкл” düyməsini sıxmalı. Nəhayət sinxron generator fırlandıran sabit cərəyan mühərrikini qida mənbəyindən ayırmaq üçün “Sabit cərəyan maşını” yazılmış panel üzərindəki “Выкл” düyməsini sıxmalı.


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin