7) Krupoz pnevmoniya zamanı bəlğəmdə nə aşkar olunur?
A) Piy infiltrasiyası ilə alveolar makrofaqlar
B) Eritrositlər
C) Fibrin sapları
D) Hər biri
E) Leykositlər
Ədəbiyyat: Камышников В.С. Справочник по клинико-биохимической лабораторной диагностике, Минск, 2000
8) Mərcanşəkilli elastik liflər nə zaman bəlğəmdə aşkar olunur?
A) Bronxial astma
B) Bronxopnevmoniya
C) Xərçəng
D) Aktinomikoz
E) Kavernoz vərəm
Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999.
9) Kurşman spiralları və Şarko Leyden kristalları hansı xəstəlik zamanı bəlğəmdə aşkar edilir?
A) Hər birində
B) Xərçəng
C) Vərəm
D) Krupoz pnevmoniya
E) Bronxial astma
Ədəbiyyat: Назаренко Г.И., Кишкун А.А. Kлиническая оценка результатов лабораторных исследований. Москва, «Медицина», 2002
10) Bronxit zamanı bəlğəmdə nə aşkar olunur?
A) Sadalanan elementlər hamısı
B) Eozinofillər
C) Silindrik səyriyici epitel qrupları
D) Mərcanşəkilli elastik liflər
E) Kazeoz nekroz
Ədəbiyyat: Камышников В.С. Справочник по клинико-биохимической лабораторной диагностике, Минск, 2000
11) Erlix tetradasına nə aiddir?
A) Bütün sadalanan elementlər
B) Kirəcləşmiş elastik liflər
C) Vərəm mikobakteriyaları
D) Kirəcləşmiş detrit
E) Xolesterin kristalları
Ədəbiyyat: Камышников В.С. Справочник по клинико-биохимической лабораторной диагностике, Минск, 2000
12) Bəlğəmdə xolesterin kristalları nə vaxt aşkar edilir?
A) İlkin vərəm ocağının dağılması zamanı
B) Bronxitdə
C) Bronxial astmada
D) Hər birində
E) Krupoz pnevmoniyada
Ədəbiyyat: Камышников В.С. Справочник по клинико-биохимической лабораторной диагностике, Минск, 2000
Dostları ilə paylaş: |