829) Nəcisin hansı komponentləri opistorxun yümurtalarına bənzəyir?
A) Göbələk sporları
B) Bitki liflərin fraqmentləri
C) Nişasta qranulları
D) Bitki tükçükləri
E) Həzm olunmuş əzələ lifləri
Ədəbiyyat: Cəlilova S.A. Nəcisin kliniki müayinəsi. Bakı, 2001, 85 s.
830) Ən böyuk ölçülü yumurtalar hansı aşağıdakılardan hansına məxsusdur?
A) Fassiolaya
B) Tükbaşa
C) Askaridaya
D) Bizquyruğa
E) Opistorxa
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları, Bakı, 1997. 156 s
831) Ən kiçik ölçülü yumurtalar aşağıdakılardan hansına məxsusdur?
A) Ankilostomaya
B) Opistorxa
C) Enli lent qurdunda
D) Toksokaraya
E) Askaridaya
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları, Bakı, 1997. 156 s
832) Nəcisin mikroskopik müayinəsi zamanı askaridanın yumurtalarının hansı növləri aşkar olunur?
A) Mayalanmamış
B) Mayalanmış
C) Zülal qişası ilə
D) Zülal qişası olmayan
E) Hər biri
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları, Bakı, 1997. 156 s
833) İnsanın nəcisində hansı helmintin yumurtalarını aşkar etmək olmur?
A) Enli lent qurdun
B) Opistorxun
C) Toksokaranın
D) Nekatorun
E) Kiçik lent qurdun
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları, Bakı, 1997. 156 s
834) Laboratoriyada rezin əlcəklərlə işləmədikdə hansı helmintozla dəridən yoluxmaq olar?
A) Şistosomozla
B) Askaridozlar
C) Enterobiozla
D) Stronqiloidozla
E) Trixosefalyozla
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları, Bakı, 1997. 156 s
835) Sidiyin müayinəsi zamanı terminal tikanı olan iri helmint yumurtaları aşkar olunub. Bunlar hansı helmintə xasdır?
A) Ankilostomaya
B) Tükbaşa
C) Bizguyruğa
D) Sidik-cinsiyyət şistomasına
E) Askaridaya
Ədəbiyyat: Cəlilova S.A. Sidiyin kliniki müayinəsi. Bakı, 1997, 195 s
Dostları ilə paylaş: |