911) Faqositozun əsas fazaları hansılardır?
A) Antigenin həzm olması və işlənməsi üçün digər immunokompetent hüceyrələrə təqdim olunması
B) Bütün sadalananlar düzdür
C) Faqositoz obyektinə tərəf faqositin hərəkəti (müsbət xemotaksis)
D) Faqosomun lizosom ilə birləşməsi və faqolizosomun əmələ gəlməsi
E) Obyektlə birləşməsi (adqeziya), obyektin tutulması, faqosomun əmələ gəlməsi
Ədəbiyyat: Əyyubova A.A., Nəsrullayeva G.M. Klinik immunologiya, Bakı, 2007
912) Faqositozun aktivliyinin göstəricisi hansıdır?
A) Faqositozun yekunlaşma indeksinin təyini
B) Mütləq faqositar göstərici – 1 litr qanda olan faqositlərin uda biləcəyi mikrobların sayı
C) Bütün sadalananlar düzdür
D) Faqositoz bacarığı olan neytrofillərin faizi (faqositoz faizi)
E) Udulmuş mikrobların orta rəqəmi (faqositar rəqəm)
Ədəbiyyat: Караулов А.В. Клиническая иммунология. Москва, 1999
913) Faqositoz defektləri nə zaman müşahidə olunur?
A) Xemotaksisin pozulması
B) Bütün sadalananlar düzdür
C) Faqositlərin udulma və həzm etmə funksiyalarının pozulması zamanı
D) Neytropeniyalarda
E) Miyeloperoksidazanın defisiti
Ədəbiyyat: Караулов А.В. Клиническая иммунология. Москва, 1999
914) Immunoqlobulinlər nəyin məhsuludur?
A) Leykositlərin
B) Limfositlərin
C) Heç bir cavab düz deyil
D) Plazmatik hüceyrələrin
E) Makrofaqların
Ədəbiyyat: Lebedev K.A., Ponyankina J.D. Kliniki praktikada immunoqramma. Moskva, 1990
915) İlkin cavab zamanı əvvəlcə hansı immunoqlobulinlər əmələ gəlir?
A) İgE
B) İgM
C) İgD
D) İgA
E) İgG, İgD
Ədəbiyyat: Əyyubova A.A., Nəsrullayeva G.M. Klinik immunologiya, Bakı, 2007
916) İmmunoqlobulinlər harada təyin edilmir?
A) Heç birində
B) T – limfositlərin üzərində
C) Qanın plazmasında
D) B – limfositlərin üzərində
E) Orqanizmin sekretor mayelərində
Ədəbiyyat: Əyyubova A.A., Nəsrullayeva G.M. Klinik immunologiya, Bakı, 2007
Dostları ilə paylaş: |