192) Xroniki miyeloleykoz zamanı leykoqramma üçün nə xarakterik deyil?
A) Limfositlərin və plazmoblastların sayının artması
B) Düzgün cavab yoxdur
C) Miyelositlərə qədər sola meyillilik
D) Bazofil-eozinofil kompleksi
E) Miyeloblastların artması
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
193) Xroniki monositar leykoz zamanı qan üçün nə xasdır?
A) Leykositoz
B) Bütün sadalananlar
C) Mütləq monositoz
D) Yetişmiş və yetişməmiş qranulositlərin eyni miqdarı
E) Miyeloblastlara qədər sola meyillilik
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
194) Tük hüceyrəli leykoz üçün aşağıdaki hansı kliniki laborator göstəricilər
xarakterikdir?
A) Bütün sadalananlar düzdür
B) Anemiya
C) Leykopeniya, limfositoz
D) Splenomeqaliya
E) Sümük iliyinin fibrozu
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
195) Xroniki limfoleykoz zamanı digər leykozlardan fərqli olaraq daha tez-tez nə müşahidə olunur?
A) Autoimmun hemolitik anemiya
B) Pernisioz anemiyalar
C) Aplastik anemiya
D) Düzgün cavab yoxdur
E) Dəmir defisitli anemiyalar
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
196) Kəskin leykoz zamanı periferik qanın xarakterik göstəriciləri hansılardır?
A) Eritrositlərin və trombositlərin normal miqdarı, leykoqrammada meyilliksiz leykopeniya
B) Anemiya, trombositopeniya, blast formalı leykositoz
C) Mötədil anemiya və trombositopeniya, limfositozla leykositoz
D) Mötədil anemiya, trombositoz, miyelositlərə qədər sola meyilli hiperleykositoz
E) Eritrositoz, trombositoz, neytrofilyozla müşayət olunan az miqdarda leykositoz
Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005
Dostları ilə paylaş: |