Laboratoriya işi ixtisası üzrə test tapşıriqları


) Beta-talasemiya zamanı nə müşahidə olunur?



Yüklə 0,88 Mb.
səhifə57/165
tarix18.08.2022
ölçüsü0,88 Mb.
#63192
1   ...   53   54   55   56   57   58   59   60   ...   165
laboratoriya

327) Beta-talasemiya zamanı nə müşahidə olunur?
A) Qlobinin beta-zəncirlərinin sintezinin azalması
B) Qlobinin qamma zəncirlərinin sintezinin artması
C) Hemoqlobin sintezinin azalması
D) Qlobinin beta-zəncirlərinin sintezinin artması
E) Qlobinin alfa zəncirlərinin sintezinin azalması


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005.


328) Alfa-talassemiya zamanı nə müşahidə olunur?
A) Qlobinin alfa zəncirlərinin sintezinin azalması
B) Hemoqlobin sintezinin azalması
C) Qlobinin beta-zəncirlərinin sintezinin azalması
D) Hemoqlobinuriya
E) Qlobinin alfa zəncirlərinin sintezinin artması


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005


329) Eritrositar enzimopatiyalar üçün nə xarakterikdir?
A) Bütün sadalananlar düzdür
B) Qlobin sintezinin pozulması
C) Qlobinin dəyişən quruluşu
D) Hemin dəyişən quruluşu
E) Ferment sistemlərinin defisiti


Ədəbiyyat: Клиническая лабораторная аналитика. (Под редакцией В.В.Меньшикова) М: Лабинформ-РАМЛД, 1999


330) Sümük iliyi hüceyrəli, indeks L/E=1/6. Eritrokariositlər arasında bazofil sitoplazmalı, zərif xromatin quruluşlu nüvəsi olan nəhəng ölçülü hüceyrələr (25mkm-dən çox) mövcuddur. Neytrofillərin inkişafı ləngdir, onların arasında nəhəng miyelositlər və metamiyelositlər, hiperseqmentli neytrofillər, iri ölçülü meqakariositlər var. Verilmiş sümük iliyinin mənzərəsi hansı xəstəliyə xasdır?
A) B12-defisit anemiyalar üçün
B) Dəmir-defisitli anemiyalar
C) Kəskin eritromiyeloza
D) Eritrositar enzimopatiyalara
E) Bütün sadalanan xəstəliklərə


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005.


331) Sümük iliyi punktatında tapılıb: miyelokariositlər 15min\mkl, limfositlər 65%, tək-tək qranulositlər və eritroblastlar, plazmatik hüceyrələrin, lipofaqların daxil olan boz rəngli piqment ilə yüksək faizi. Meqakariositlər aşkar olunmayıb. Bu sümük iliyinin mənzərəsi nəyə xarakterikdir?
A) Xroniki miyeloleykoza
B) Bütün sadalananlara
C) Kəskin leykozun aplastik fazası üçün
D) Aplastik anemiyalara
E) Parsial qırmızı hüceyrəli aplaziyalara


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005.


332) 52 yaşlı kişi, sümüklərdə ağrılardan şikayətlənir, qanda monositoz (20%), EÇS-80 mm/s rentgenoqrammada kəllə sümüklərinin xırda çoxsaylı qüsurları. Döş sümüyü punktatında plazmatik hüceyrələrin 50% qədər artıb. Təxmini diaqnoz nədir?
A) Miyelom xəstəliyi
B) Anemiya
C) Aqranulositoz
D) Mikrosferositoz
E) Kəskin leykoz


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005


333) 10 yaşlı oğlan uşağı kəskin leykozla şübhə ilə daxil olub. Vəziyyəti ağırdır, dərisi sarımtıl avazıyıb, qalavari kəllə, ikterik skleralar, bərk damağın yüksək vəziyyəti, qara ciyər və dalaq böyüyüb. Qanın analizi: nəzərə çarpan normoxrom anemiya, mikrosferositoz, retikulositoz (8%), leykositlər 19 min/mkl qədər, miyelositlərə qədər sola meyillik 3%, trombositlərin sayı normada. Miyeloqrammada eritroblastoz. Təxmini diaqnoz nədir?
A) Mikrosferositar hemolitik anemiya
B) Kəskin leykoz
C) Miyelom xəstəliyi
D) İnfeksion mononukleoz
E) Aplastik anemiya


Ədəbiyyat: Руководство по гематологии: в 3 т. Под редакцией А.И.Воробьева. 3-е изд. М.:Ньюдиамед, 2002, 2003, 2005



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   165




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin