560) Ferment reaksiyasının sürəti nədən asılıdır?
A) Kofaktorun olmasından
B) Hərarətdən
C) Hər birindən
D) pH-dan
E) Substarın qatılığından
Ədəbiyyat: Камышников В.С. Справочник по клинико-биохимической лабораторной диагностике, Минск, 2000
561) Qan götürüldükdə fermentin aktivliyi hansı aşağıdakı səbəbdən dəyişə bilər ?
A) Mikrohemoliz
B) Uzun müddətli venoz durğunluq
C) Hemostaz sisteminin aktivləşməsi
D) Zədələnmə
E) Hər birinin
Ədəbiyyat: Клиническая биохимия (под редакцией В.А.Ткачука), Москва, 2004
562) Qan saxlandıqda fermentlərin aktivliyi nədən dəyişə bilər?
A) Saxlama müddətinə görə
B) Hər biri düzgündür
C) Proteolitik proseslərin aktivləşməsi nəticəsində
D) Mühitin turşuması nəticəsində
E) Hərarətdən asılı olaraq
Ədəbiyyat: Клиническая биохимия (под редакцией В.А.Ткачука), Москва, 2004
563) Qara ciyər üçün hansı ferment orqanospesifik deyil?
A) Sorbitoldehidrogenaza
B) Histidaza
C) 5¹-nukleotidaza
D) Urokinaza
E) AST
Ədəbiyyat: Клиническая биохимия (под редакцией В.А.Ткачука), Москва, 2004
564) Optimal şəraitdə fermentin aktivliyinin təyini üçün nəyi standartlaşdırmaq lazımdır?
A) Hərarəti
B) Buferin qatılığını
C) Hər birini
D) pH
E) Substratın qatılığının çoxalması
Ədəbiyyat: Березов Т.Т., Коровкин Б.Ф. Биологическая химия. М.,Медицина, 1998
565) Miokard infarktı zamanı nəyin aktivliyi artır?
A) Alfa-amilaza
B) LDQ-5
C) Xolinesteraza
D) Kreatinkinaza
E) Qələvi fosfataza
Ədəbiyyat: Комаров Ф.И., Коровкин Б.Ф., Меньшиков В.В. Биохимические исследования в клинике, Москва, 2001
Dostları ilə paylaş: |