Qar uçqunu (marxal). Marxal dağların yamacları boyu aşağı hərəkət edərək qarşısına çıxan hər şeyi dağıdan nəhəng qar kütləsindən ibarətdir. Marxallar nisbi hündürlüyü 40 metrdən, mailliyi 25 dərəcədən və qar örtüyünün hündürlüyü 30 sm-dən çox olan yamaclarda baş verə bilər. Qar uçqunlarının surəti saniyədə onlarla metrə, həcmi milyon kub metrə, maneələrə göstərdiyi təzyiq hər kvadrat metrdə 100 tona çatır. Marxalın yaranma səbəbləri – qarın intesiv yağması (qarın qalınlığının 20-30 sm-ə çatması) və ya qar örtüyünün aşağı səthinin yavaş-yavaş əriyərək yumşalmasıdır. Respublikanın ən çox marxal təhlükəli dağları Gədəbəy, Daşkəsən, Kəlbəcər, Ordubad rayonlarının ərazisində yerləşir. Bu rayonlarda marxallar baş verərsə, geniş ərazidə sənaye və kənd təsərrüfatı obyektlərinə xeyli ziyan dəyər və insan tələfatına səbəb ola bilər.
Epidemiyalar.Respublikanın ərazisində taun xəstəliyinin 3 təbii mənbəyi, habelə tulyaremiya və vəba xəstəliyinin yayılma təhlükəsi olan sahələr müəyyən edilmişdir.
Zaqafqaziyanın düzəngah-dağətəyi təbii taun mənbəyi olub, sahəsi 500 min hektardır. Bura, Qazax, Akstafa, Tovuz, Göy-göl, Şəmkir, Salyan, Goranboy, Yevlax, Ağdaş kənd rayonları, habelə Mingəçevir şəhəri, Bakının Qaradağ və Xəzər rayonları aiddir.
Arazyanı təbii taun mənbəyinə aid edilən Naxçıvan şəhərinin, Ordubad, Culfa, Şərur və Babək rayonlarının ümumi sahəsi 260 min hektardır.
Zaqafqaziyanın yüksək dağlıq taun mənbəyinə isə, sahəsi 100 min hektar olan Laçın, Kəlbəcər, Şahbuz rayonları daxildir.
Dostları ilə paylaş: |