Lane kirkland adina təQAÜd proqrami polşa-Amerika Azadlıq Fondu



Yüklə 27.6 Kb.
tarix16.06.2017
ölçüsü27.6 Kb.


LANE KIRKLAND ADINA TƏQAÜD PROQRAMI


Polşa-Amerika Azadlıq Fondu

Proqramın təsisçisi



Demokratiya Üçün Təhsil Fondu

Proqramın administratoru


Azərbaycan, Gürcüstan, Rusiya, Qazaxstan, Qırğızıstan, Ukrayna, Belarus, Ermənistan və Moldovadan olan namizədlər üçün

Polşada 2016/2017 tədris ili üçün növbəti Lane Kirkland Təqaüdünə müsabiqəni açıq elan edir.
Proqram ölkədə və regionda ali təhsilli gənc liderlərin yetişməsinə, demokratiyanın, iqtisadiyyatın və vətəndaş cəmiyyətinin inkişafına maraq göstərməlidir.

Proqram 2 (iki) semestr Polşa ali təhsil ocaqlarında və 2-4 həftə dövlət idarələrində və ya privat sektorda həyata keçir.


Bu proqramda qaydalar ölkələrdən asılı olmayaraq qarşılıqlı hörmət prinsipi əsasında qurulur.
Proqram çərçivəsində maliyyələşdirilən ixtisasların siyahısı:

  • İqtisadiyyat və İdarəetmə

  • Administrasiya/menecment (biznes, QHT, mədəniyyət, ətraf mühit, sağlamlıq)

  • Dövlət idarəetməsi

  • Hüquq

  • Sosial elmlər (sosial psixologiya, sosiologiya)

  • Siyasi elmlər və beynəlxalq münasibətlər

  • Siyasi İnkişaf və humanitar yardım


KIMLƏR MÜRACIƏT EDƏ BILƏR?

Kirkland programı 2016/2017-cü akademik tədris ili üçün aşağıdakı sahələri təmsil edən şəxslər üçün açıqdır:


• Ekspertlər, siyasətçilər, dövlət işçiləri
• Sahibkarlar, menecerlər
• QHT rəhbərləri, mədəniyyət təmsilçiləri və aktiv vətəndaşlar
• Tədqiqatçılar, universitet mühazirəçilər,  alimlər
• Jurnalistlər.
Kriteriyalar:

  • Adları çəkilmiş ölkələrin birində daim yaşamalı və həmin ölkənin vətəndaşı olmalıdı (qeyd: Polşada daim yaşamaq hüququnu əldə etmiş vətəndaşlar Kirkland təqaüd proqramına müraciət edə bilməz)

  • Ali təhsilini bitirmiş (magistr dərəcəsi)

  • Yaş həddi 35 (əsaslandırılmış halda 40 yaş)

  • Polşa dilini bilməli akademik ildə dərslərdən bəhrələnmək məqsədilə, eyni zamanda diplom işini yazmaq üçün və ya ingilis dili bilikləri, namizəd konkret təhsili həmin dildə göstərdiyi halda (bu halda elementar polyak dili qəbul olunur)

  • Iş təcrübəsi minimum 2 il.



ÜSTÜNLÜK TƏŞKIL EDƏN NAMIZƏDLƏR:

  • Namizəd öz icmasında professional və sosial sahədə aktiv olmalıdır.

  • Namizədlər konkret nailiyyətlərə malik olmalıdır.

  • Namizədlər Polşada təhsil almış olmamalıdır.


TƏLƏB OLUNAN SƏNƏDLƏR:

  1. Elektron forma tamam doldurulmalıdır.

  • Şəxsi məlumat anketi

  • Layihəni əsaslandırmaq - Kirkland proqramında iştirakının detallı izahı və gələcək planları Polşada qaldığınız dövrü əhatə edən və programı bitirdikdən sonra olan planlarınız (4000-6000 işarə məsafə ilə birgə).

  1. İki rekomendasiya məktubu namizədin əldə etdiyi nailiyyətlər haqqında və namizədin əldə edəcəyi gələcək inkişafı haqqında, professional sahədə inkişafı programdan sonra (polyak, rus və ya ingilis dilində)

  2. Diplomun surəti ali təhsili bitirdiyi haqqda (və yaxud elmi namizədliyi haqda dilomun surəti) elektron poçt vasitəsilə göndərilməlidir.


QEYDİYYAT:

Seçim üç mərhələdən ibarətdir 45 nəfərə yaxın yüksək göstərici əldə etmiş namizədlər:

I mərhələ - elektron ərizə formasının qiymətləndirilməsi

II mərhələ - təkliflərin maddı qiymətləndirilməsi

III mərhələ - müsahibə (13.04-30.04.2016 planlaşdırılır).
Mart ayının sonunda III mərhələyə keçmiş namizədlər elektron poçt vasitəsi ilə məlumat əldə edəcəklər.

Müsabiqənin yekun nəticəsi elektron poçt vasitəsilə aprel ayinda namizədlərə ünvanlanacaq.



NAMIZƏDLƏRIN MÜRACIƏT PROSEDURLARI:

Ərizə forması aşağıdakı link vasitəsi ilə əldə edə bilərsiz:



www.kirkland.edu.pl
Ərizə forması on-line rejimində doldurulur .

Tamamlanmış ərizə forma sistem tərərfindən təsdiqlənərək ekranda göstərilir, ərizə forması çap olunmalıdır.


Rekomendasiya məktubları və ali təhsil haqqında diplomun sürəti elektron poçt vasitəsilə qeyd olunmuş ünvana göndərməyiniz xahiş olunur: kirkland@kirkland.edu.pl
Kirkland təqaüd müsabiqəsinə son müraciət:
1 mart 2016 il.
Son təqdim olunma vaxtından keçmiş ərizələrə baxılmayacaq.
MALIYYƏ ŞƏRTLƏRI:

Təqaüd: 1800 PLN aylıq. Proqram çərçivəsində ödənilən digər xərclər: təhsil xərcləri, Polşada yaşayış yeri ilə təmin, sığorta, ikiistiqamətli yol xərci Polşaya, viza xərcləri.


TƏQAÜD PROGRAMI:

  • Programmın açılışı (sentyabrın yarısı 2016)

  • Informasiya-hazırlıq kursu (10 gün)

  • Dərslər (II semestr) ən böyük Polşa ali müəssisələrində Varşava, Krakov, Poznan, Vroclav, Lublin şəhərlərində

  • Diplom və semestr işinin hazırlanması

  • Dörd inteqrasional-açılış görüşləri bütün təqaüdçülərin iştirakı ilə

  • Liderlərin fəaliyyətinin inkişafına dərslər

  • Praktika (2-4 həftə) adətən tədris ilinin yekunda

  • Təqaüd proqramının yekun mərasimi – diplomların təqdimatı (iyun ayının sonu 2017 Varşava)

Programın rəhbəri Lane Kirkland (1922-1999) Amerika Həmkarlar İttifaqının Uzun müddət rəhbəri (AFL-CİO), Polşa-Amerika Fondunun yaradılmasında təşəbbüsçülərindən biri İdarə Heyyətinin üzvü idi. 80-ci illərdə “Həmrəylik” hərəkatını dəstəkliyir. O, digər mərkəzi avropa və Şərqdə digər millətlərin azad və demokratik dəstəkləyirdi. O ən yüksək fərqlənmə medalı “Azadlıq Medalı” və Polşa “Ağ Qartal Order”i ilə təltif olunmuşdur.



Ə

LAQƏ:

D


emokratiya Üçün Təhsil Fondu

http://www.edudemo.org.pl


Kirkland Proqramı

Hoża 59 m. küçəsi 1A, 00-681 Varşava

E-mail: kirkland@kirkland.edu.pl

www.kirkland.edu.pl




POLŞA-AMERİKA AZADLIQ FONDU (PAAF) - Proqram təsisçisi

Fond öz fəaliyyətini 2000-ci ildə başlamışdır. Fondun əsas məqsədi demokratiya,vətəndaş cəmiyyəti, fərdi və sosial inkişaf üçün bərabər imkanlar, bazar iqtisadiyyatının inkişafı, eləcə də Mərkəzi və Şərqi Avropa keçid ölkələri arasında Polşa təcrübə mübadiləsinin gücləndirilməsidir. Fond öz fəaliyyətini fondun gəlirindən maliyyələşdirir, hansının əsas maliyyələşdirmə mənbəyi Polşa-Amerika Təşəbbüs Fondudur. Hal-hazıradək PATF-u 250 mln ABŞ dollar programı maliyyələşdirmişdir. 2000-ci ildən Fond öz programlarına 100 mln ABŞ dolları ayırmışdı.

Fondun elan etdiyi layihələr müxtəlif qeyri hökümət təşkilatları tərəfindən icra edilib, Fond tərəindən hazırlanmış kriteriyalara uyğun olaraq. Layihələr aşağıdakı tematik sahələri əhatə edir: təhsil, demokratik ölkədə vətəndaş hüquqları, icma inkişafı, Polşa təcrübə mübadiləsi kimi layihihələr.
Lane Kirkland təqaüd programı PAFW uzunmüddətli layihələrindən biridir, Program Stypendialnym. Lane’a Kirklanda jest długofalowym przedsięwzięciem PAFW, 2000-ci ildə yaradılmış, 2001-ci ildən Fulbright Komissiyası tərəfindən icra edilən. Fond haqqında əlavə məlumat internet səhifımizdən əldə edə bilərsiz: http://www.pafw.pl
DEMOKRATİYA ÜÇÜN TƏHSİL FONDU (DTF)


Müstəqil, qeyri-kommersiya, qeyri-hökumət təşkilatı və bir ictimai faydalı təşkilat statusuna malik olan fondun administrasiyası 1989-cu ildə Polşa müxalifət fəalları və Amerika Müəllimlər Federasiyası (American Federation of Teachers) pedaqoqlarının təşəbbüsü ilə qurulub. DTF-nin məqsədi demokratiya ideyalarına töhvə verən təhsil fəaliyyətləri aparmaq, həmçinin demokratiya və demokratik institutların iş fəaliyyətini hazırlamaqdır. Fond vətəndaş cəmiyyətini qurmaq səylərində yerli icmaları dəstəkləyir və müxtəlif millətlərdən, dinlərdən və siyasi görüşləri olan insanlarla əməkdaşlığı yerli ənənələrin və mədəniyyətin təməli üzərində qurur.

Polşada və xaricdə fəaliyyət göstərir: Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazda.


Fondun fəaliyyət sahələri:


  1. məktəbin ictimailəşməsi və demokratikləşmə

  2. vətəndaş fəaliyyəti və məsuliyyəti

  3. qlobal həmrəyliyk

Fond və onun proqramları haqqında əlavə məlumatı aşağıdakı internet səifəsindən əldə edə bilərsiniz: www.edudemo.org.pl







Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə