Layihə International Alert və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa



Yüklə 0.9 Mb.
Pdf просмотр
səhifə1/9
tarix16.07.2017
ölçüsü0.9 Mb.
  1   2   3   4   5   6   7   8   9

 

 

Layihə International Alert  və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa 



əməkdaşlığı (EPNK) tərəfindən həyata keçirilib.   

 

 



 

 

SÜLH PROSESLƏRİNƏ İCTİMAİ MÜDAXİLƏ 



VƏ ÇOXKANALLI DİPLOMATİYA 

MEXANİZMLƏRİ: 

Şimali İrlandiya nümunəsi 

May 2014-cü il. 

Bu layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir 


 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

International  Alert  təşkilatı  Avropa  Birliyinə  bu  araşdırmanın  aparılmasına  dəstək  olduğu  üçün 



minnətdarlığını  bildirir.  International  Alert  həmçinin  adları  sadalanan  strateji  sponsorlara 

göstərdikləri  dəstəyə  görə  minnətdarlığını  bildirir:  Böyük  Britaniyanın  Beynəlxalq  İnkişaf  Nazirliyinə 

(UKAID);  İsveçin  İnkişaf  Sahəsində  Beynəlxalq  Əməkdaşlıq  Agentliyinə  (SIDA);  Niderland  Xarici  İşlər 

Nazirliyinə; İrlandiya Xarici İşlər və Ticarət Nazirliyinə. 

 

Bu  hesabatda  ifadə  olunmuş  fikirlər  yalnız  müəlliflərə  aiddir  və  International  Alert,  EPNK, 



sponsorlarımızın mövqeyi və ya siyasətilə üst-üstə düşməyə bilər. 

© International Alert 2014-cü il. 

Bütün  müəlliflik  hüquqları  qorunur.  Bu  nəşrin  istənilən  hissəsi  müəllifin  tam  adı  və  götürüldüyü  ilkin  mənbə 

göstərilmədən  yayımlana,  ya  da  istənilən  formada  və  istənilən  vasitə  ilə,  o  cümlədən  elektron,  mexaniki, 

surətçıxarma, köçürmə vasitələri, istənilən digər yaddaş sistemləri və informasiya  ötürücüləri  vasitəsilə  və ya 

istənilən başqa yollarla istifadə oluna bilməz. 

Üz qabığındakı foto: Parlament binaları, Stormont, Şimali İrlandiya Assambleyasının yeri © Mike 

Boyland/iStockphoto

 


 

 



 

Mündəricat

 

Müəlliflər haqda 



 

 

 



 

 

 



 

 

 



Giriş 


 

 

 



 

 

 



 

 

 



 

 



Biz necə bu vəziyyətə düşdük?   

 

 



 

 

 



 

 



1. Bombalardan bülletenlərə: siyasi institutlar və Şimali İrlandiya münaqişəsinin transformasiyası 

 

 



 

 

 



 

 

 



 

 

 



 

14 


2. Rəsmi diplomatiya və xarici aktorların Şimali İrlandiya münaqişəsinin nizamlanmasında rolu 

 

 



 

 

 



 

 

 



 

 

 



 

25 


3. Şimali İrlandiyadakı qarşıdurmalarda diasporun rolu və münaqişənin transformasiyasına  

    onun cəlb olunma mexanizmi  

 

 

 



 

 

 



 

38 


 

4. Şimali İrlandiya münaqişəsində KİV-in rolu 

 

 

 



 

 

 



51 

5. Şimali İrlandiyanın vətəndaş cəmiyyəti sülh axtarışında 

 

 

 



 

64 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 



Müəlliflər haqda 

Qeqam  Baqdasaryan  jurnalistika  və  siyasətlə  məşğul  olub.  1998-ci  ildə  yaradılan  və  Dağlıq  Qarabağda  azad 

KİV-in mərkəzinə çevrilmiş qeyri-hökumət təşkilatı olan “Stepanakert Press-Klubu”nun rəhbəridir. 2004-2008-ci 

illərdə  populyar  “Demo”  müstəqil  qəzetinə  rəhbərlik  edib.  Hazırda  erməni  və  rus  dillərində  nəşr  olunan 

“Analitikon” aylıq analitik jurnalının baş redaktorudur. 



Əvəz Həsənov – “Humanitar Araşdırmalar” Cəmiyyətinin direktorudur. Bu qeyri-hökumət təşkilatı insan haqqı 

və  azadlıqlarının  qorunması  yolu  ilə  demokratik  dəyişikliklərə  nail  olmağa  və  vətəndaş  cəmiyyəti 

quruculuğunda  vətəndaşların  bilavasitə  iştirakına  yardımçı  olmağa  çalışır.  Vətəndaş  cəmiyyətinin  ən  fəal 

nümayəndələrindən biri olan Əvəz Həsənov “Azərbaycanda insan haqları” jurnalının redaktorudur. O həmçinin 

Ermənistandan olan tərəfdaşlarla görüş və dialoqlarda mütəmadi iştirak edir. 

Mikael Zolyan – Ermənistandan olan tarixçi və siyasi analitik, Henri Bell Fondunun Cənubi Qafqaz üzrə regional 

proqramının təqaüdçüsüdür. Hazırda V.Bryusov adına Yerevan Dövlət Linqvistika Universitetində dərs deyir və 

QHT  olan  “Yerevan  Press-Klubu”nda  işləyir.  Mikael  Zolyanın  elmi  maraq  dairəsinə  millətçilik,  etnik  qruplar, 

etno-siyasi  münaqişələr,  demokratikləşmə  prosesləri  və  ictimai  hərəkatlar  daxildir.  O,  Ermənistan  və  ölkə 

hüdudlarından kənarda nəşr olunmuş bir sıra məqalələrin müəllifidir. 

Masis  Mailyan  –  Dağlıq  Qarabağda  qeyri-hökumət  tərəfdaşlığının  və  analitik  mərkəzin  xarici  siyasət  və 

təhlükəsizlik  üzrə  İctimai  Şurasının  (FSPC)  sədridir.  Böyük  siyasi  və  diplomatik  təcrübəyə  malik  olan  Masis 

Mailyan Track I danışıqlarında, Track II forumlarında, siyasi ekspertlərin iştirakı ilə Qafqaz regionuna və erməni-

türk  münasibətlərinə  həsr  olunmuş  diskussiyalarda  iştirak  edib.  Dağlıq  Qarabağ  münaqişəsi  və  regional 

problemlərə həsr olunmuş çoxsaylı məqalələrin və analitik hesabatların müəllifidir. 

Gülşən  Paşayeva  –  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Strateji  Araşdırmalar  Mərkəzinin  direktor 

müavinidir.  Əvvəllər  BMT-nin  Azərbaycan  Respublikasındakı  missiyasında  işləmiş,  YUNİFEM-in  (hazırda  BMT- 

Qadınlar) “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” regional 

layihəsinin milli  əlaqələndiricisi (2001-2006) və BMT-nin İctimai İnformasiya Departamentinin  İctimai əlaqələr 

üzrə məsul şəxsi vəzifəsində çalışmışdır (2007–2009). Gülşən Paşayeva 1996-cı ildən 2001-ci ilə qədər QHT olan 

“Konfliktologiya problemləri üzrə tədqiqat mərkəzi"nə rəhbərlik edmiş və Azərbaycanın müxtəlif dövlət və özəl 

universitetlərində  dərs  demişdir.  Dr.  Paşayeva  münaqişələrin  həlli  və  təhlükəsizlik,  gender  və  dil  siyasəti 

məsələləri üzrə ixtisaslaşmışdır. 70-dən çox nəşrin müəllifidir. 

 


 

 



Giriş 

International  Alert  təşkilatı  Cənubi  Qafqazda  münaqişələrin  transformasiyası  ilə  1990-cı  illərin  ortalarından 

məşğul  olur.  Dağlıq  Qarabağ  münaqişəsi  kontekstində  biz  qarşılıqlı  etimadın  yaradılması  sahəsinə  münaqişə 

tərəflərinin  bütün  mümkün  cəmiyyət  sektorlarının  potensialının  artırılmasına,  münaqişəyə  alternativ 

narrativləri  nəzərdən  keçirməyə  və  qərar  qəbul  edən  şəxslər  arasında  sülhün  təbliğinə  çalışırıq.  International 

Alert təşkilatı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli naminə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində 

digər münaqişə kontekstlərinin müqayisəli təhlilini aparmaq məqsədilə münaqişə regionundan olan ekspertlər 

qrupunu bir araya toplamışdır. 

 

Digər  münaqişələrin  öyrənilməsi  müxtəlif  səviyyələrdə  və  müxtəlif  məqsədlərlə  həyata  keçirilə  bilər  – 



münaqişənin  səbəblərinin,  dinamikasının,  hərəkətverici  qüvvələrinin  aydınlaşdırılmasından  tutmuş,  münaqişə 

tərəflərinin  mövqeyinin  öyrənilməsinə  və  spesifik  həll  yollarının  araşdırılmasına  qədər.  Hazırkı  layihədə  bu 

məqsədlərdən  heç  biri  araşdırma  fokusu  deyil.  Digər  münaqişələrin  təhlilinə  biz  vətəndaş  sülh  yaradıcılığı 

mövqeyindən  yanaşırıq.  Yəni  sülh  proseslərində  vətəndaş  cəmiyyətinin  iştirakını  və  çoxkanallı  diplomatiyanın 

rolunu, bilavasitə siyasi rıcaq və resursları olmayan institutlar və konkret mexanizmlər vasitəsilə münaqişənin 

transformasiyası üzrə səyləri öyrənməyə çalışırıq. Layihənin digər önəmli tərəfi münaqişənin transformasiyası 

ilə  bağlı  yeni  ideyaların  və  baxışların  əhalinin  ən  müxtəlif  qruplarında  geniş  müzakirə  olunmasını 

stimullaşdırmaqdan və icmalarla birbaşa dialoqlara yeni yanaşmaların inkişaf etdirilməsindən ibarətdir. 

 

Ekspert qrupunun ilk təşəbbüsü vətəndaş cəmiyyətinin sülhyaratma səyləri ilə bağlı mövcud qavrayışının təhlil 



edilməsindən ibarət oldu. Bu araşdırmanın nəticəsi kimi “Sülh perspektivinin yaxınlaşdırılması: Dağlıq Qarabağ 

münaqişəsi  kontekstində  vətəndaş  sülhyaratma  prosesinin  20  illiyi”  nəşri  ərsəyə  gəldi.  Bu  nəşr  özlüyündə 

vətəndaş  cəmiyyətinin  iyirmi  illik  sülhyaratma  səylərinin  kollektiv  şəkildə  dərk  edilməsinə  dair  yenilikçi  bir 

cəhddir.   

 

İlk müştərək işi digər münaqişələrin gələcək müqayisəli araşdırması üçün istiqamət nöqtəsi kimi qəbul edərək, 



qrup Şimali İrlandiyadakı sülh prosesi kontekstində ictimai iştirak və çoxkanallı diplomatiyanın mexanizmlərini 

öyrənmişdir.  Ekspertlər  münaqişənin  dərin  nəzəri  təhlilini  aparmış  və  eləcə  də  Londona,  Belfasta  və  Dublinə 

səfər  edərək,  bir  sıra  ekspertlərlə,  vətəndaş  cəmiyyəti  liderləri  ilə,  katolik  və  protestant  icmalarının 

nümayəndələri  ilə,  silahlı  qarşıdurmada  iştirak  etmiş  insanlarla,  danışıqlarda  iştirak  etmiş  siyasətçilərlə, 

bugünkü millət vəkilləri ilə görüşmüşlər. Bu işin nəticələri hazırkı araşdırmanın əsasını təşkil edir. 

 

International  Alert  ekspert  qrupunun  üzvlərinə,  eləcə  də  London,  Belfast  və  Dublində  tədqiqata  töhfə 



verənlərə  və  xüsusən  proqram  çərçivəsində  öz  bilik  və  vaxtını  əsirgəməyən  Klem  Makkartniyə  öz 

minnətdarlığını bildirir. 



 

 



Biz necə bu vəziyyətə düşdük? 

Klem Makkartni 

Şəxsi fikir 

Münaqişələrin  əksəriyyətini kənardan, bu münaqişələrin tam ortasında  olmadan anlamaq çətindir. Münaqişə 

tərəfləri  bir  sıra  transformasiya  və  dəyişikliklərə  məruz  qalırlar  və  ilk  baxışdan  bir-birlərindən  o  qədər  də 

fərqlənmirlər.  Münaqişənin  özülündə  dayanan  məsələlər  çox  vaxt  o  qədər  bəsit  olur  ki,  bunlardan  ötrü  qan 

tökmək məntiqsiz görünür. Hətta münaqişədə istifadə olunan terminlər də öz məna yükünü mütəmadi olaraq 

dəyişir  və  bu  terminlərin  özü  münaqişə  səbəbinə  çevrilir.  “Axı  niyə  onlar  özlərini  yetkin  insanlar  kimi  apara 

bilmirlər  və  əmin-amanlıqda  yaşamağı  öyrənmirlər?!”  –  bütün  bunlara  baxanda  məhz  bu  sualı  vermək 

istəyirsən. Bu mənada Şimali İrlandiya münaqişəsi digər münaqişələrdən heç nə ilə fərqlənmir. 

Hətta  münaqişə  tərəfləri  özləri  də  bəzən  onu  dəyərləndirməkdə,  izahını  tapmaqda  çətinlik  çəkirlər.  Onlar 

münaqişəyə dair öz versiyalarını “quraşdırırlar” və münaqişə tarixini hazırkı davranışlarına, təklif etdikləri həll 

yollarına  haqq  qazandıracaq  şəkildə  öz  baxışlarına  uyğunlaşdırırlar.  Əksərən  bu  cür  versiya-narrativlər 

özlüyündə  faktları  inkar  etmir,  amma  bu  faktlara  yüklənən  məna  tamamilə  fərqli  ola  bilər.    Avstriyalı 

konfliktoloq  Frits  Qlasl

1

 münaqişə  eskalasiyasının  doqquz  vəziyyətini  təsvir  edən  model  təklif  edib.  Bu  model 



ilkin  mərhələdə  tərəflərin  münaqişənin  mərkəzində  dayanan  məsələlər  ətrafındakı  mübahisəsindən  bu 

məsələlərin nədən ibarət olduğu haqda mübahisəsinə necə keçdiyini göstərir. Beləliklə, onlar öz narrativlərini  

müdafiə  etmək  üçün  rəqabətə  girirlər,  çünki  istədikləri  versiya  qəbul  olunsa,  arzuladıqları  nəticəni  əldə 

edəcəklər.  Eyni  zamanda  bu  digər  tərəf  və  ya  tərəflərlə  məntiqi  və  emosional  baxımdan  balansın  əldə 

edilməsinə imkan vermir. 

Şimali İrlandiyada  Belfastlı keçmiş politologiya  üzrə professor Con Uayd

2

 Şimali İrlandiya  münaqişəsinə dair o 



dövrdə  elmi  ədəbiyyatında  rast  gəlinən  əsas  dəyərləndirmələri  müəyyənləşdirmişdir.  Müəyyən  siyasi 

subyektlər  tərəfindən  istifadə  olunan  bu  versiya-narrativlər  sinfi,  identiklik  və  ya  müstəmləkəçilik/post-

müstəmləkəçilik  nəzəriyyələrinə  əsaslanır  və  əlbəttə  ki,  çox  vaxt  hər  üç  komponentin  ayrı-ayrı  aspektlərini 

özündə birləşdirir. 

Hədəf auditoriyasından və müəyyən interpretasiya nəticəsində əldə edə biləcəkləri üstünlüklərdən asılı olaraq, 

tərəflər narrativlərini dəyişdirməyi davam edirlər. Əgər münaqişə tərəfləri bu yolla bir çox şeyləri özləri üçün 

asanlaşdırırlarsa, kənar şəxslərin məsələni anlamaqda çətinlik çəkməsi təəccüblü deyil. Nəticədə onlar əslində 

vəziyyətin əsas xüsusiyyətlərini əks etdirməyən məqamları yanlış olaraq məsələnin məğzi hesab edə bilərlər. 

Yohan  Qaltunqun  modelini  uyğunlaşdırmış  isveçli  münaqişə  və  sülh  məsələləri  üzrə  professor  Peter 

Vallensteen

3

 münaqişənin  üç  elementini  və  sülh  quruculuğunda  bu  elementlərin  üç  analoqunu  irəli  sürür: 



münaqişənin  yaradılması  (və  ya  bunun  əksi,  sülhün  yaradılması),  bunun  əsasında  tərəflərin  konsepsiyaları  və 

bir-birinə münasibəti formalaşır; mübahisə doğuran məsələlərin uyuşmamaqlığı (və ya uyuşmaqlığı); tərəflərin 

destruktiv və ya konstruktiv davranışı. 

                                                           

1

  F. Glasl (1999). Confronting conflict. Bristol: Hawthorn Press 



2

  J. Whyte (1991). Interpreting Northern Ireland. Oxford: Clarendon Press. 

3

  P. Wallensteen (1988). ‘Understanding conflict resolution: A framework’, in P. Wallensteen Peace research:  



Achievements and challenges. London: Westview Press 

 

 



Bütün  bunları  kətilin  üç  ayağı  kimi  təsəvvür  etmək  olar.  Əgər  ayaqlardan  biri  olmasa,  kətil  yıxılacaq.    Amma 

münaqişə anlayışı daha dinamikdir. Əgər bir ayağı götürüb digər iki elementi saxlasaq, onda tezliklə yeni ayaq 

əmələ  gələcək  və  münaqişənin  qalmasına  kömək  edəcək.  Əgər  cari  problemlər  həll  olunursa,  amma  tərəflər 

arasındakı münaqişəli münasibət olduğu kimi qalır və onların davranışı yenə də düşmənçilik xarakteri daşıyırsa, 

o zaman köhnə problemlərin yerinə yeniləri gəlir. 

Bu  yanaşmanı  nəticədə  Şimali  İrlandiya  münaqişəsinə  yol  açmış  vəziyyətə  tətbiq  etdikdə,  1969-cu  ildən 

başlayaraq “iğtişaşlar” dönəminə qədər tendensiyaların necə inkişaf etdiyini anlamaq olar. 

Bəlkə də hər bir maraqlı tərəfin öz marağı kimi qəbul etdiyi şeyləri necə müdafiə etdiyini göstərərək, bunu daha 

yaxşı anlatmaq mümkün olar. Aşağıda münaqişə tərəflərinin, onların maraqlarının və bu maraqların təşviqi və 

müdafiəsinə yönəlmiş davranışlarının təhlili təqdim edilmişdir.  Bu mənim öz təhlilimdir və mövcud olan heç bir 

münaqişə narrativi ilə üst-üstə düşmür. 

Münaqişənin tarixi zəmini 

Münaqişənin  əsas  tərəfləri  İrlandiyanın  yerli  əhalisi  keltlər,  Britaniya  dövləti,  İngiltərə  və  Şotlandiyadan 

köçənlər idi ki, sonuncuları da mənşələrindən, xristianlığın hansı təriqətinə tapınmalarından, iqtisadi və siyasi 

vəziyyətlərindən asılı olaraq müxtəlif qruplara bölmək olar.  

Onların  maraqlarının  təşviq  olunması  çox  vaxt  digər  qrupların  maraqlarının  məhdudlaşdırılması  hesabına  baş 

verirdi. Hərçənd bəlkə də bu heç də həmişə məqsədyönlü şəkildə olmurdu. Tərəflər çox vaxt qorxunun və ya 

şəxsi rahatlıq istəyinin diqtəsilə hərəkət edirdilər və bu addımların digər qruplara necə təsir edəcəyi haqda az 

düşünür, ya da heç düşünmürdülər. Amma qavrayış – çox vaxt isə reallıq da ondan ibarət idi ki, “sıfır məbləğilə” 

rəqabət  münasibətləri  çərçivəsində  hər  bir  qrupun  maraqları  digər  qrupların  maraqlarıyla  münaqişə  təşkil 

edirdi, bu da kin və qorxu yaradırdı. 

Bugünkü münaqişənin kökü 1169-cu ildə anqlo-norman baronları tərəfindən İrlandiyanın fəth edilməsinə gedib 

çıxır.  Onlar  1066-cı  il  norman  fəthindən  sonra  İngiltərədə  məskunlaşmışdılar  və  hakimiyyətə  gəlmişdilər. 

İngiltərə kralı öz sərhədlərini genişləndirməkdə maraqlı idi və Roma Papası 1155-ci ildə krala İrlandiya ərazisinə 

soxulmağa  haqq  verən  Laudabiliter  fərmanı  imzaladı,  hərçənd  sonuncu  bu  fərmanın  imkanlarından  dərhal 

yararlanmadı. Baronlar kralın onların idarə etdikləri ərazilərə çox da qarışmaması şərtilə torpaq və var-dövlət 

qazanmaqda maraqlıydılar.  

Sürgün olunmuş irland qəbilə başçısı Dermot Makmurro baronlara digər qəbilə başçıları ilə mübarizədə kömək 

üçün  müraciət  edəndə,  onlar  məmnuniyyətlə  razılaşdılar.  Onların  addımları  qələbə  ilə  nəticələndi,  amma 

alternativ hakimiyyət mərkəzlərinin yaradılmasında maraqlı olan ingilis kralı İrlandiyaya getdi və tezliklə orada 

İngiltərə tacının aliliyini elan etdi.  

Nəticədə anqlo-norman baronları yerli qəbilə başçılarını sıxışdıraraq İrlandiyaya yerləşdilər. Hərçənd əksər yerli 

əhali  üçün  bu  sadəcə  bir  ağanın  digəri  ilə  əvəz  olunması  demək  idi.  Məlum  yerdəyişmə  onların  vəziyyətinə, 

demək  olar  ki,  təsir  etməmişdi.  Bu  zaman  İngiltərədə  dövlət  hakimiyyətinin  kralın  əlində  cəmləşməsi  prosesi 

gedirdi,  İrlandiya  isə  əvvəlki  kimi  milli  kimlik  hissi  olmayan  feodal  mülkləri  və  qəbilə  ittifaqlarından  ibarət 

mozaika parçaları halında mövcud idi. İngiltərə kral sarayından uzaqda anqlo-normanlar yerli əhali ilə qaynayıb-

qarışmış,  irland  adətlərini  qəbul  etmiş,  irland  dilində  danışmağa  başlamışdılar.  Onlar  ingilis  monarxına  fikir 

vermirdilər. Hətta belə bir deyim yaranmışdı - onlar irlandların özündən daha böyük irland olublar. 

Tezliklə ingilis monarxının nəzarətində ancaq Dublin yaxınlığındakı Peyl adlı kiçik bir ərazi qaldı. Bu toponimdən 

törəyərək  ingilis  dilində  «beyond  the  pale»  ifadəsi  yarandı  ki,  bunun  da  mənası  müəyyən  edilmiş  çərçivələri 

aşmaq  deməkdir.  İrlandiyadan  cüzi  gəlir  toplaya  bilən  kral  bu  vəziyyətdən  narazı  idi.  Digər  tərəfdənsə  Peyl 


 

 



daima  qonşu  klanların  basqın  təhdidi  altında  idi.  Kral  torpaqların  müsadirəsi  və  insanların  bu  torpaqlardan 

köçürülməsi yolu ilə ölkənin ayrı-ayrı hissələrini müstəmləkə altına almaq istədi: 1556-cı ildə Kinqs-kauntidəki 

Lenster  plantasiyalarında  (hazırda  Offali  qraflığı)  və  Kvins-kauntidə  (hazırda  Liiş  qraflığı),  1586-cı  ildən 

başlayaraq Mansterdə və 1606-cı ildən başlayaraq Ulsterdə. 

Lenster  və  Mansterdəki  plantasiyalar  işgüzar  mülkədar-zadəganlara  torpaqların  pay  verilməsi  nəticəsində 

ərsəyə  gəlmişdi.  Onların  öz  ardlarınca  İngiltərədən  ticarətçi-fermerləri  gətirəcəkləri  nəzərdə  tutulmuşdu. 

Səyləri  öz  bəhrəsini  vermədi,  yəqin  ona  görə  ki,  onlar  bu  məqsədə  yetəri  qədər  sadiq  deyildilər.  Nəhayət, 

mülkədarların yeni təbəqəsi yarandı, hərçənd əhalinin qalan hissəsinin tərkibi dəyişməmişdi. Nəticədə Ulsterdə 

plantasiyaları  başqa  prinsiplər  üzərində  formalaşdırmağa  başladılar.  Burada  torpaqlar  London  gildiyaları 

vasitəsilə  sərfəli  işgüzar  şərtlər  əsasında  tacirlərə  təklif  olunurdu.  Gildiyalar  iqtisadi  uğurlu  plantasiyaların 

yaradılmasında daha çox maraqlıydılar və buna görə də region iqtisadiyyatının transformasiyası ilə fəal məşğul 

olmağa, öz planlarını reallaşdırmaq üçün icarədarları cəlb etməyə başladılar.    

İngiltərədə  dini  İslahatların  aparılması  nəticəsində  yeni  plantatorlar  protestantlar  idi  ki,  bu  da  onları  yerli 

katolik əhalidən fərqləndirirdi. Bu vəziyyət əlavə amil rolunu oynadı. Onlar anqlo-norman baronlarından fərqli 

olaraq, yerli əhali ilə qaynayıb-qarışmağa meylli deyildilər və əgər Manster və Lensterdə yeni mülkədarlar  və 

peşəkar  təbəqələr  zamanla  anqlo-irlandlar  adlandırılmağa  başlayan  ingilis  protestantlarından  ibarət  idilərsə, 

Ulsterdə təkcə hakim təbəqə deyil, həmçinin fermerlər, sənətkarlar da protestantlar idilər. 

Başqa bir vacib amilsə şotland köçkünlərinin mövcudluğu idi. İrlandiyanın şimal-şərqi Şotlandıyanın müşahidə 

həddindəydi  və  uzun  əsrlər  boyunca  iki  vilayətlərin  xalqları  arasında  mübadilə  baş  verirdi.  İndi  İrlandiyanın 

şimal-şərqinə getdikcə daha çox şotland ailəsi köç edib, burada məskunlaşırdı. Onlar da protestant idilər, amma 

Şotlandiyada  islahatlar  başqa  forma  –  kilsə  müxalifəti  forması  almışdı.  Bu  köçkünlərin  öz  adətləri,  özlərinin 

daha  eqalitar  sosial  sistemləri  vardı,  üstəlik  onlar  şotland  gel  dilində,  Şotlandıyanın  aşağı  hissələrindən  köç 

edənlərsə  aşağı  şotland  lalan  dialektində  danışırdılar.  Odur  ki,  onlar  mədəniyyətlərinə  görə  həm  ingilis 

köçlərindən, həm də yerli irlandlardan fərqlənirdilər. 

Ənənəvi kelt klan strukturları yeni sistemlərlə rəqabət apara bilmirdilər,  bununla belə, irlandlar müstəqil icma 

olaraq  qalırdı.  Bəziləri  yeni  sistemlərə  inteqrasiya  etməyə  və  zamanla  ayaqlaşmağa  çalışırdılar,  nəticədə 

müəyyən  zaman  kəsiyində  klan  rəhbərlərinin  qəsrləri  və  plantator  iş  adamlarının  inkişaf  etdirdiyi  fermalar 

mövcudluqlarını  yanaşı  sürdürürdülər.  Amma  ənənəvi  qəbilə  başçılarının  çox  az  hissəsi  dəyişiklikləri  uğurla 

adlada bildilər; əksər hallarda onlar ingilis mülkədarları ilə rəqabətə tab gətirə bilmirdilər. Çünki sonuncular o 

zamanlarda daha varlı idilər və hakimiyyətlə sıx əlaqələri vardı. Bir çox irland fermerləri isə bataqlıqlara tərəf 

sıxışdırılmışdılar  və  o  ərazilərdə  ailə  dolandırmaq  çətin  idi.  Mülkədarlar  müvəffəqiyyətlərinin  səbəbini  malik 

olduqları  üstünlüklərdə  deyil,  riayət  etdikləri  zəhmətsevərlik  və  qənaətcillik  etikasında  görürdülər.  Onlardan 

fərqli olaraq, Ulsterdəki irlandlar getdikcə daha çox ədalətsizliyə uğradıqlarını hiss edir və onların narazılıqları 

gündən-günə artırdı. XVII əsr ərzində baş vermiş bir sıra üsyanlar bir-birinə zidd olan tarixi versiyalarda öz əksini 

tapıb: bir versiyada ingilislər zülümkardırlarsa, digərində irlandlar məkrli kimi göstərilib.  

İngilis hökmdarları da rəsmi anqlikan kilsəsi də dini ayrı-seçkiliyin qabardılmasında maraqlı idilər. Dini rəhbərlik 

katolik  kilsəsinin  “yolunu  azmasından”  narahat  idi,  nüfuzunun  ləkələnməməsinə  və  hakimiyyətini  qorumağa 

çalışırdı.    O  həmçinin  şotland  köçkünlərinin  anqlikan  kilsəsinin  hakimiyyətini  inkar  edən  dissenter  ənənəsinə 

şübhə  ilə  yanaşırdı.  Hakimiyyət  rəsmi  kilsəni  və  protestantlığı  köçkünlərin  loyallığının  təminatı  kimi  qəbul 

edirdi.  Hakimiyyət  həmçinin  yeni  irland  üsyanlarından  çəkinirdi  və  katolik  irland  əhalidən  gələn  təhlükənin 

qarşısını  almağa  çalışırdı.  Digər  dini  qruplardan  fərqli  olaraq,  anqlikanlara  xüsusi  imtiyazlar  verən  qanunlar 

qəbul  olunmuşdu.  XVII  əsrdə  katolik  dininə  etiqad  etmək  qadağan  olunmuşdu  və  dini  ayinlər  meşənin 

dərinliyində  və  ya  dağlarda  gizlincə  icra  olunurdu.  Hətta  XVIII  əsrin  əvvəllərində  bu  qadağa  ləğv  ediləndən 

sonra  katolik  rahiblərini  dövlət  qeydiyyatından  keçməyə  məcbur  edirdilər,  bir  müddət  sonra  isə  onlara  qarşı 

“cəza qanunları” adı ilə məlum olan bir sıra iqtisadı və siyasi məhdudiyyətlər tətbiq olunmağa başladı. Katolik 


 

 



və  dissenterlər  bir  çox  dövlət  vəzifələrindən,  seçkilərdə  iştirakdan  və  təhsil  sistemindən  uzaqlaşdırıldılar. 

Onların  torpaq  üzərindəki  mülkiyyət  haqları  da  məhdudlaşdırıldı,  əlavə  olaraq  digər  iqtisadi  və  ticari 

məhdudiyyətlər  də  tətbiq  olundu.  Qanunlara  heç  də  həmişə  ciddi  riayət  edilmirdi,  amma  onlar  insanların 

imkanlarını həddən artıq məhdudlaşdırırdı və böyük narazılıqlara səbəb olurdu. 

Cəza qanunları həmçinin katoliklər və dindar dissenterlər arasında ortaq mövqeyin yaranmasına təkan verirdi 

və  XVIII  əsrin  ortalarında  Şotlandiya  əsillilər  arasında  yeni  radikal  nonkonformist  ənənə  formalaşdı.  Bu 

ənənənin  ardıcıllarını  anqlikan  hakimiyyəti  tərəfindən  haqlarının  məhdudlaşdırılması  narahat  edirdi,  amma 

onlar məhdudiyyətlərdən qurtulmaq üçün Şimali Amerikaya mühacirət edib, müstəqillik uğrunda müharibədə 

iştirak  edən  soydaşları  kimi  daha  yüksək  ideallar  üçün  mübarizə  aparırdılar.  Müstəqillik  Deklarasiyasının  ilkin 

mətni Birinci Kontinental  Konqresin katibi Çarlz  Tomson tərəfindən yazılmışdı  və  Con Danlap tərəfindən nəşr 

olunmuşdu – hər ikisi şotland mənşəli idi. Amerikalıların Müstəqillik Deklarasiyasının tam mətnini çap edən ilk 

Avropa qəzeti “Belfast xəbərçisi” (Belfast Newsletter) olduDeklarasiya imzalanandan təqribən üç həftə sonra 

qəzetin 23-27 avqust 1776-cı il nömrəsində çap olunmuşdu. Bu qəzet fransız inqilabının azadlıq, bərabərlik və 

qarlaşlıq ideyalarından təsirlənmiş radikallar tərəfindən yaradılmışdı.  

Ölkənin şimalında 1798-ci ildə baş vermiş üsyanın əsas hərəkətverici qüvvəsi Ulsterin protestant şotlandları idi. 

Bu  zaman  onların  katolik  qardaşları  İrlandiyanın  cənubundakı  Ueksford  və  digər  vilayətlərdə  fəallaşmışdılar. 

Üsyan yatırıldı; o zamana qədər cəza məhdudiyyətləri aradan qaldırılmışdı və Ulsterli şotlandlar siyasət əvəzinə 

kommersiya ilə məşğul olmağa başladılar. 

İrlandiyanın  şimalı  bir  sıra  səbəblər  üzündən  güclənməyə  başlayan  sənaye  inqilabının  yaratdığı  imkanlardan 

yararlanmaq üçün ən səmərəli vəziyyətə çatmışdı. Katolik və protestantların yanaşı yaşadığı kənd yerlərindən 

şəhərlərə  kütləvi  axın  başladı.  Onlar  adətən  ailələrinin,  doğma  yerlərdən  olan  dostlarının,  öz  kilsələrinin 

yaxınlığında məskunlaşırdılar. Protestant və katolik rayonlarının bu günə qədər gəlib çatmış “qurama yorğan”  

anlayışı da elə bu cür yaranıb. 

XVIII əsrin ikinci yarısında kənd ərazilərində silahlı protestantlar və katoliklərdən ibarət quldur dəstələri əmələ 

gəldi  və  onlar  arasında  tez-tez  toqquşmalar  baş  verirdi.  1796-cı  ildə  bu  cür  toqquşmaların  birindən  sonra 

protestant əhalinin haqlarının qorunması və təşviqi məqsədilə Narıncılar Ordeni adlanan yeni protestant qrupu 

formalaşdı. Bu yeni qrup növbəti iki yüz il ərzində protestant icamasının ən qüdrətli səfərbərlik silahına çevrildi 

və  katoliklərin  nəzərində  protestant  hökmranlığının  ən  dözülməz  rəmzi  oldu.  Gərginlik  miqrantlarla  birlikdə 

kəndlərdən şəhərlərə keçdi, orada da toqquşmalar və iğtişaşlar baş verirdi. 

Cəza  qanunları  artıq  protestantlara  qarşı  tətbiq  olunmasa  da,  katoliklər  hələ  də  səsvermə  hüququndan 

məhrum idilər ki, bu da XIX əsrin birinci yarısında ciddi problemlərə yol açdı, çünki hesab olunurdu ki, səsvermə 

hüququ  və  cəmiyyətdə  böyük  nüfuzu  olmadan  katolik  əhalinin  maraqlarının  təmin  olunması  mümkün 

olmayacaq. 

Katoliklərin emansipasiya tərəfdarı olan lideri Daniel O’Konnel anladı ki, katolik kilsəsi insanları səfərbər etmək 

üçün əla vasitədir: demək olar ki, bütün camaat hər həftə kilsədə keçirilən dini ayinlərdə iştirak edirdi, bu da 

onlarla  ünsiyyət  yaratmaq  üçün  yaxşı  imkan  idi.  Ola  bilər  ki,  protestantlar  istənilən  halda  katoliklərin 

emansipasiya  uğrunda  hərəkatına  qoşulmayacaqdılar, amma  səfərbərliyin kilsə vasitəsilə həyata  keçirilməsi o 

demək  idi  ki,  onlar  bu  prosesdən  xəbərsiz  idilər,  bu  da  onların  iştirak  ehtimalını  daha  da  azaldırdı.  İcmalar 

arasında uçurum bir az da dərinləşirdi. 

Katoliklərin emansipasiyası  1829-cu  ildə baş verdi,  amma  15 il  sonra katolik icması daha  bir ağır zərbə aldı – 

kartof xəstəliyi olan fitoftoroz nəticəsində Böyük aclıq başladı. Bu aclıq 1845-ci ildən 1848-ci ilə qədər davam 

etdi.  Aclıq  nəticəsində  milyon  nəfərə  yaxın  insan  öldü,  daha  milyon  nəfər  əsasən  Amerika  Birləşmiş  Ştatlar 

olmaqla xaricə emiqrasiya etdilər. Yaranmış bu diaspora daha bir münaqişə tərəfi oldu. Kartof fitoftorozu təbii 


 

10 


 

fəlakək olsa da, o vaxt mövcud olad struktur amilləri məhz irland kəndlilərinin ən çox zərbə altında qalmasına 

səbəb  oldu.  Üstəlik  dövlət  və  əksər  mülkədarlar  aclıq  çəkənlərə  yardım  etmək  üçün,  demək  olar  ki,  heç  bir 

addım atmırdılar. Bu da İrlandiyada olduğu kimi, Amerika Birləşmiş Ştatlarında da etiraz dalğaları doğurdu. 

Biz artıq XVIII əsrdə Osterdən olan şotlandların emiqrasiyası haqda yazmışdıq, dəyərləndirmələrə görə, onların 

sayı  250  min  nəfər  təşkil  edirdi.  Bu  emiqrasiya  davam  edirdi,  həm  də  təkcə  ABŞ-a  yox,  həmçinin  Kanadaya, 

Avstraliyaya və Yeni Zelandiyaya. Adətən, mühacirlər yerli əhaliyə tam inteqrasiya olurdu və İrlandiyada davam 

edən  münaqişə  onları  o  qədər  də  maraqlandırmırdı.  Sonra  1840-cı  ildən  başlayaraq,  İrlandiyanı  əsasən 

katoliklər,  kasıblar,  birlik  olmağa  çalışan  marginallaşdırılmış  təbəqələr  tərk  edirdilər.  Onlar  özlərini  məcburən 

vətənini tərk etmişlər hesab edirdilər və bu ədalətsizlik hissi nəsildən nəslə ötürülürdü. Sonralar onların çoxu 

varlandı, bəziləri hədsiz var-dövlət sahibi oldu və ABŞ-da nəhəng siyasi lobbiyə çevrildi. Ailə təcrübəsi və tarix 

onları güclü millətçilik hissinə yoluxdurmuşdu, bəzilərində isə bu hiss döyüşkən millətçiliyə qədər inkişaf edirdi 

və onlar milli azadlıq hərəkatlarını – XIX əsrdə “feni qardaşlığı”ndan tutmuş son “iğtişaşlar” dövründə İrlandiya 

Respublika  Ordusuna  qədər  -  dəstəkləyirdilər.  Hazırda  ABŞ-da  40  milyona  yaxın  irland  əsilli  insan  yaşayır, 

onların təqribən yarısı protestant, digər yarısı isə katolik ənənələrinin davamçılarıdır.  

XIX  əsrin  sonuna  doğru  milli  kimlik  məsələsi  ön  plana  keçdi.  Ümumi  “gel  dirçəlişi”  adı  ilə  tanınan  müxtəlif 

hərəkatlar irland mədəniyyətinin fərqli aspektlərini: idman, ədəbiyyat, musiqi və rəqs, təsviri incəsənət, tarix, 

folklor  və  mifologiya,  dil  və  s.  populyarlaşdırmaqla  məşğul  idilər.  Qeyd  eləmək  lazımdır  ki,  bu  hərəkatların 

fəallarının çoxu protestant idi, onların təhsili və vaxtı imkan verirdi ki, elmi fəaliyyətlə məşğul olub, traktatlar 

yazsınlar.  Gel  dirçəlişi  irlandlara  öz  əsillərinə  görə  qürur  hissini  geri  qaytarmağa  can  atırdı  və  həmişə  siyasi 

xarakter  daşımasa  da  irland  millətçiliyi  hissi  ilə  bağlı  idi  ki,  bu  da  ümumilikdə  Avropada  millətçi  əhvalın 

artmasından qaynaqlanırdı. Bu, Britaniya hakimiyyətilə İrlandiya arasındakı münasibətlərin xarakterini dəyişdi: 

irəli sürülən tələblər irland muxtariyyatı, özünüidarəsi və ya “home rule”ilə bağlı idi. 

Sonralar  İrlandiya  Parlament  Partiyası  adını  almış  yeni  irland  milli  liqası  katolik  iyerarxiyasının  qətiyyətli 

dəstəyilə  formalaşdı  və  tezliklə  İrlandiya  parlamentində  ölkənin  şimal-şərqi  istisna  olmaqla  yerlərin  çoxunu 

qazandı.  Həmin  ərəfədə  İrlandiyanın  şimal-şərqində  stabillik  və  inkişaf  hökm  sürürdü.  Odur  ki,  bir  vaxtların 

radikal dissenterləri və dövlət kilsəsinə mənsub anqlikan icmaları İrlandiyanın qalan hissəsində baş verənlərdən 

narahatlıq  ifadə  edirdilər,  çünki  bunlar  regionun  stabilliyi  üçün  ciddi  təhlükə  yaradırdı.  Onlar  həmçinin 

qorxurdular  ki,  home  rule  İrlandiya  katolik  kilsəsinin  hökmranlığına  gətirib  çıxaracaq.  Halbuki  onların  iqtisadi 

maraqları Böyük Britaniya imperiyası ilə sıx əlaqələrin olmasını tələb edirdi. Onlar İrlandiya Yunionist partiyasını 

yaratdılar. Şimalın iqtisadiyyatı sənaye istehsalına və ticarətə əsaslanırdı, odur ki, Britaniya imperiyasının açıq 

bazarlarına  ehtiyac  duyurdu. İrlandiyanın qalan hissəsinin  iqtisadiyyatı  əsasən  natural  təsərrüfata  əsaslanırdı, 

buna  görə  də  əhali  imperiya  ölkələrindən  ucuz  məhsulların  importundan  ehtiyat  edirdi.  Bu  minvalla 

protestantların və katoliklərin maraqları getdikcə daha çox ziddiyyət təşkil edirdi və öz ifadələrini millətçilik və 

yunionizm terminlərində tapırdı. Bu mərhələdə adanın bölüşdürülməsi müzakirə mövzusu deyildi; amma home 

rule  tərəfdarları  adanı  Birləşmiş  Krallığın  tərkibində  özünüidarəetmə  dövlət  quruluşuna  malik  görmək 

istəyirdilər, yunionistlər isə adanın Böyük Britaniya ilə ittifaqa tam inteqrasiyasının tərəfdarı kimi çıxış edirdilər. 

Britaniya  Parlamentindəki  Liberal  partiyası  İrlandiya  Parlament  partiyasının  dəstəyilə  İrlandiyada  home  rule 

haqqında  Aktı  üç  dəfə  parlamentdən  keçirməyə  cəhd  göstərib.  Amma  hər  dəfə  Mühafizəkarlar  partiyası 

yunionistlərin  dəstəyilə  bu  cəhdlərin  qarşısını  ala  bilib.  Son  nəticədə  isə  hadisələrə  Birinci  Dünya  Müharibəsi 

mane oldu, Britaniya Ordusunun tərkibində cəbhəyə yollanan millətçilər və yunionistlər Flandriya döyüşlərində 

hərbi əməliyyatlarda iştirak edən digər ölkələrin hərbçilərilə birlikdə ağır itkilərə məruz qaldılar. 

İrlandiya  əhalisinin  əksəriyyəti  hələ  də  müstəqilliyə  maraq  göstərmirdi,  amma  müstəqil  respublikanın  qatı 

tərəfdarlarından ibarət kiçik bir qrup 1916-cı ildə Pasxa üsyanını təşkil elədi. Görünən o idi ki, üsyanın liderləri 

müvəffəqiyyət  gözləmirdilər,  sadəcə  onların  verdiyi  qurbanın  irland  xalqını  müstəqil  respublika  ideyası 

ətrafında  birləşdirəcəyinə  ümid  edirdilər.  Üsyan  tezliklə  yatırıldı,  amma  onun  nəticələri  təşkilatçıların 

gözləntilərini  aşdı.  Böyük  Britaniya  müharibə  şəraitində  olduğu  zamanda  ona  olan  hücum  Britaniya  əhalisini 



 

11 


 

qəzəbləndirdi,  əhali  üsyanı  dövlətə  xəyanət  kimi  dəyərləndirdi.  Üsyanın  liderləri  cəzalandırıldı,  indiyə  qədər 

üsyançılara  fikir  verməyən  İrlandiya  əhalisini  isə  öz  növbəsində  liderlərin  cəzalandırılması  qəzəbləndirdi. 

Beləliklə, iki il sonrakı seçkilərdə İrlandiya Parlament partiyasını siyasi arenadan silib atan Respublika Hərəkatı 

yarandı.  Şinn  Feyn  Respublikaçılar  partiyası  yunionistlərin  qələbə  çaldığı  şimal-şərq  istisna  olmaqla 

Parlamentdəki  bütün  yerləri  qazandı.  Şinn  Feyn  partiyasının  deputatları  Britaniya  Parlamentindəki  yerlərini 

tutmaqdan  imtina  etdilər  və  bundan  sonra  1921-ci  ildə  Anqlo-İrland  müqaviləsinin  imzalanması  ilə  bitən 

Müstəqillik  Uğrunda  Müharibə  başladı.  Müqavilə  həmçinin  altı  şimal-şərqi  qraflıqdan  ibarət  olan  Şimali 

İrlandiyaya İrlandiya Azad dövlətinin tərkibindən çıxmaq imkanı verirdi və o bu imkandan yararlandı. 

Bu andan etibarən 50 il müddətində Birləşmiş Krallıq hakimiyyəti irland məsələsinə çox da maraq göstərmirdi, 

hərçənd  İkinci  Dünya  Müharibəsi  zamanı  Atlantika  uğrunda  döyüşlərdə  İrlandiya  önəmli  rol  oynadı.  İrlandiya 

Azad  dövləti  nəzəri  cəhətdən  Britaniya  Millətlər  Birliyinin  tərkib  hissəsi  olaraq  qaldığı  halda,  adanın  hər  iki 

tərəfini təmsil edəcək İrlandiya İcra Şurasının yaradılması təklif olunmuşdu. İrlandiyanın cənub hissəsi nə az- nə 

çox,  müstəqil  respublika  oldu,  hansı  ki  1939-cu  ildə  İrlandiya  Konstitusiyasında  tanındı.  Beləcə,  yeni  maraqlı 

münaqişə  tərəfi  ortaya  çıxdı.  Onun  əsas  vəzifəsi  yeni  dövlətin  yaradılması  idi  və  o  ən  çox  özünün  Birləşmiş 

Krallıqdan  asılı  olmadığını  nümayiş  etdirməyə  can  atırdı.  Respublika  İrlandiyanın  bölgüsünü  qanuni  hesab 

etmirdi,  amma  nəyisə  dəyişmək  imkanı  xaricində  idi.  Müstəmləkəçilik  tarixi  hələ  də  tərəflər  arasındakı 

münasibətlərə  təsir  edirdi.  İngilislər  ən  son  halda  irlandlar  üzərindəki  sarsılmaz  üstünlüklərini  nümayiş 

etdirirdilər,  irlandlar  isə  öz  növbəsində  adanın  bölüşdürülməsinin  qarşısını  almağa  gücləri  yetmədiyi  üçün 

natamamlıq  hissindən  qurtulmağa  çalışırdılar.    Bu  cür  münasibətlər  müəyyən  dərəcədə  1980-ci  illərə  qədər 

davam  etdi  və  İrlandiya  Avropa  millətləri  ailəsi  arasında  öz  qanuni  yerini  tutandan  sonra  münasibətlər 

dəyişməyə, qarşılıqlı hörmət mərhələsinə keçməyə başladı. Avropa birliyində İrlandiya artıq Böyük Britaniya ilə 

bərabər mövqedə idi və çox vaxt qonşusundan daha konstruktiv rol oynayırdı. Bu dəyişiklik münasibətlərin yeni 

nizamlanması ilə bağlı mümkün danışıqların məhək daşlarından biri oldu.  

Şimali  İrlandiyada  isə  respublikaçılıq  təhdidinə  və  adanın  birləşdirilməsi  cəhdlərinə  qarşı  çıxımaq  kimi  daxili 

məsələlərdən dolayı narahatlıq vardi,  baxmayaraq ki, bu istiqamətlərdə real ciddi addımlar atılmırdı. Əhalinin 

üçdə birini bütöv İrlandiya ideyasını dəstəkləyən katoliklər təşkil edirdi. 

Onlar  təhdid  kimi  qəbul  olunurdular,  buna  görə  də  yunionistlər  katoliklərin  təsirini  və  diskriminasiyasını 

məhdudlaşdıran  qayda  tətbiq  etdilər.  İrlandiya  və  Böyük  Britaniya  ittifaqının  saxlanması  uğrunda  hərəkatın 

lideri Edvard Karson adanın bölüşdürülməsindən məyus olmuşdu və bundan sonra irland məsələlərində iştirak 

etməmək  qərarı  aldı,  amma  siyasətdən  gedərkən  o,  Şimali  İrlandiya  administrasiyasına  müraciət  edib,  onları 

“Şimali  İrlandiyada  azlıqda  olan  katoliklərin  çoxluqda  olan  protestantlardan  qorxmayacaqları  bir  situasiya 

yaratmağa”  səslədi.  Şimali  İrlandiyanın  Baş  Naziri  Karsonun  müraciətinə  məhəl  qoymayaraq  bəyan  etdi: 

“Cənubda  katolik  dövlətilə  lovğalanırdılar.  Onlar  hələ  də  Cənubi  İrlandiyanın  katolik  dövləti  olmasıyla 

lovğalanırlar. Mən isə yalnız protestant parlamenti və protestant dövləti olduğumuzla qürurlana bilərəm”. Son 

nəsillərin  hafizəsinə  bu  ifadə  “protestantlar  üçün  olan  protestant  parlamenti”  olaraq  həkk  olub.  Təəccüblü 

deyil ki, bu sözlər tükənməyən kin mənbəyinə çevrildi. 

1960-cı illərdə katoliklərdən ibarət bir qrup sosial dövlətin övladları olan bir neçə protestantla birlikdə ABŞ-dakı 

insan  haqları  uğrunda  hərəkatdan,  1968-ci  il  Parisdə  və  digər  şəhər  və  ölkələrdə  baş  vermiş  tələbə 

etirazlarından  ilhamlanaraq,  yeni  Vətəndaş  Haqları  Uğrunda  Hərəkatı  təşkil  etdilər.  Onlar  təməlli  insan 

haqlarını  müdafiə  edir,  diskriminasiyaya  qarşı  çıxırdılar,  amma  konstitusiya  məsələlərinə  toxunmurdular. 

Hərçənd  onların  başladığı  kampaniya  protestant  icmasında  radikalizmə,  etirazlara,  respublikaçılığa  və 

katolikliyə  qarşı  qorxu  və  düşmənçilik  hissi  yaratdı.  Həmçinin  katolik  əhalidə  də  məruz  qaldıqları 

diskriminasiyaya  qarşı  narazılığı  artırdı.  İrlandiya  tarixinin  xarakterizə  olunduğu  ənənəvi  münaqişə  davranışı 

əsrlər  boyunca  eskalasiya  yolu  keçmişdi  –  düşmənçilikdən,  küçə  protestlərindən  “iğtişaşlara”  və  silahlı 

zorakılığa qədər. 



 

12 


 

Şimali  İrlandiyada  bir  çox  protestantlarla  katoliklərin  çiyin-çiyinə  çalışdığı,  bir-birilərini  dəstəklədikləri 

həqiqətini gözardı edərək, protestantlar və katoliklərin daima gərgin, düşmən münasibətdə olduğu təəssüratını 

asanlıqla  yaratmaq  olar.  Amma  fakt  odur  ki,  fermerlər  öz  qonşularına  yardım  edirlər,  onların  dini 

mənsubiyyətindən  asılı  olmayaraq;  protestantlar  və  katoliklər  xəstəxanalarda  qonşu  çarpayıları  bölüşürlər  və 

onlara hər iki dinə etiqad edən həkim və tibb bacıları qulluq edir; uzun illər boyunca həmkarlar ittifaqlarını eyni 

məqsəd  birləşdirir  -  əməkçi  haqlarının  qorunması;  artıq  qeyd  olunduğu  kimi,  hər  iki  icma  Birinci  Dünya 

Müharibəsində eyni tərəfdə döyüşüblər. 

Amma  hətta  icmalar  bu  cür  müştərək  fəaliyyət  göstərdikləri  zaman  da  mübahisə  və  gərginlik  doğurmamaq 

üçün  Şimali  İrlandiyanın  konstitusiya  quruluşu  və  ya  icmalar  arasındakı  münasibət  kimi  mövzulardan  yan 

ötməyə çalışırlar. Kolun Sendzin mahnısında oxunduğu kimi, “nə haqda danışsanız da, heç nə danışmayın”. Açıq 

zorakılıq  kifayət  qədər  lokal  xarakter  daşıyır,  amma  münaqişə  duyğusu  heç  vaxt  tam  yox  olmur,  bu  duyğu 

həmişə bizimlədir, hətta bilavasitə zorakılığı və “iğtişaşları” yaşamayanlarda da.  

Şimali İrlandiya əhalisi əvvəlki nəsillərin qavrayışı və öz yaşantıları ilə birlikdə qəbul etdikləri kəskin tarix hissinə 

malikdir. Ümumi mədəni assimilyasiya qorxusu ilə əzilən icmalar özlərində bir-birilə qarşıdurmadan keçən milli 

kimlik  hissi  tərbiyə  edirdilər.  Onlar  qorxurlar  ki,  digər  icmanın  münasibəti  və  davranışı  onların  mədəni 

assimilyasiyasına  gətirib  çıxaracaq,  bu  isə  özlüyündə  qarşı  tərəfin  siyasi  üstünlüyünə  səbəb  olacaq  və  bu 

vəziyyət  gələcəkdə  də  dəyişməz  qalacaq.  Yəqin  ki,  “ikili  azlıq”  ifadəsi  münaqişənin  hələ  də  yox  olmamasının 

səbəbini  izah  edən  ən  uğurlu  ifadədir.  Şimali  İrlandiyada  irland  millətçiləri  uzun  müddət  marginallaşdırılmış 

azlıq  durumunda  olub,  protestantlar  isə  öz  növbələrində  bütünlüklə  İrlandiyada  azlıq  olduqlarının 

fərqindədirlər. Tərəflər üçün Belfast Sazişinin imzalanmasını mümkün edən proses və mexanizmləri dərk etmək 

üçün  bu  təsəvvürləri  və  illərlə  qurulan  münasibətləri  anlamaq  çox  önəmlidir.  Bunlar  həmçinin  davam  edən 

tərəddüdləri və yeni gələcəyin qurulması prosesini başa çatdırmaq cəhdlərinə meylli qarşıdurmaları tam olaraq 

izah edir.   

Dəstək mexanizmlərinin yaradılması və qorunması 

Ənənəvi  münaqişəli  münasibətlər  üzündən  bütün  maraqlı  tərəflər  öz  düşərgəsi  daxilində  həmrəyliyi 

möhkəmləndirməyə, onlara rəğbət bəsləyən xarici subyektləri cəlb eləməyə və onları dəstəkləməyəcək olanları 

kənarlaşdırmağa çalışır. Vətəndaş cəmiyyəti təşkilatları fərqli düşüncənin, alternativ baxışın təşviqindən və ya 

digər  qruplarla  pozitiv  münasibətlərin  təbliğindənsə,  konformizmin  təminatında  və  öz  “identiklik  qrupunda” 

qəbul olunan yanaşmalara riayət edilməsində daha çox rol oynayırdılar. Müxtəlif zamanlarda ortaq maraqların 

diqtəsilə anqlikan kilsəsinin dövlətin tərəfdaşı kimi çıxış etdiyini, katolik kilsəsinin isə müxalifəti dəstəklədiyini 

artıq qeyd etmişik. Hər ikisi öz icmalarının dini identikliyinin qorunub saxlanmasına səy göstərirdi, bununla da 

fərqliliklərin möhkəmlənməsinə xidmət edirdi, baxmayaraq ki, kilsələr üçün ən böyük təhlükə məhz cəmiyyətin 

sekulyarlaşmasıdır.  

Çap kütləvi informasiya vasitələri əksərən tənqidçi kimi deyil, öz icmalarının fikrinin ifadəçisi kimi çıxış edirdilər. 

Qandi demişdi: “Jurnalistin xüsusi rolu ölkənin düşüncələrini oxuyub, bu düşüncələri dəqiq və cəsarətlə ifadə 

etməyi  bacarmaqdan  ibarətdir”

4

.  İrlandiyada  icmaların  “düşüncələri”  çox  vaxt  eksklüzivliyi  və  bir-birinə 



münasibətdə  düşmənçilik  xarakterli  olmasıyla  fərqlənirdi.  Qəzetlər  isə  həm  ideoloji,  həm  də  kommersiya 

maraqlarına  uyğun  olaraq  bu  cür  yanaşmanı  dəstəkləyirdilər.  Dublində  nəşr  olunan  “Irish  Times”  qəzeti 

dediklərimizə  İrlandiyada  mövcud  olan  ən  yaxşı  nümunədir.  Bu  qəzet  protestant-millətçilərin  nəşri  kimi 

yaradılmışdı,  amma  ötən  iyirmi  il  müddətində  irland  yunionizminin  ruporuna  çevrildi.  Ölkə  müstəqillik  əldə 

edəndən  sonra  isə  asanlıqla  siyasi  çalarını  dəyişərək  müstəqil  İrlandiyada  isteblişmentin  səsinə  çevrildi. 

Hərçənd  əvvəlki  kimi  etibarlı,  qərəzsiz  informasiya  mənbəyi  olaraq  qalmaqdadır.  Biz  artıq  dünyanın  fasiləsiz 

                                                           

4

Collected Works of Mahatma Gandhi


: sites -> default -> files -> downloads
files -> Guidance note on transferring contributions from one un agency to another for the purpose of programmatic activities
downloads -> United nations
downloads -> 589 d iseases of the c olon & r eCtum V olume 59: 7 (2016) key words
downloads -> Political I. Enrile’s senate presidency
downloads -> Political I. Vehicle importation at port irene in cagayan
downloads -> Political I. Fugitive mancao on pleading with sen. Lacson
downloads -> The title ‘assistive technologist’ (AT) has a number of different interpretations: The title ‘assistive technologist’ (AT) has a number of different interpretations
downloads -> Evolution of gender mainstreaming in development practice
downloads -> Title: Predictive Spatial – temporal distribution of selected tree species and their current genetic structure in East Africa
downloads -> Access Park entry fees and daily camping permit fees apply. Drive carefully and please note that speed limits apply on all roads within the park. Roads may be closed because of conditions that promote the spread of dieback


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə