MÜHAZİRƏ ЛЕКЦИЯ LECTURA
İnsan demodekozu və onun laborator
diaqnostikası
S.A.Cəlilova, K.M.Kərimova⃰
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri
Həkmilləşdirmə institute, Laboratoriya işi
kafedrası, Azərbaycan, Bakı
⃰
e-mail: konul_macnun@yahoo.com
Demodekoz bütün kontinentlərdə geniş yayılmış və hörümçək
sinfinə aid olan gənələr tərəfindən törədilmiş parazitar xəstəlikdir.
Demodeks gənəsi şərti-patogen mikroorqanizmdir və klinik
əlamətləri olmayan 55-100% əhalidə aşkarlanır. Demodekozun
patoloji əlamətləri yaşlı və xroniki xəstəlikləri olan adamlarda daha
tez müşahidə olunurlar. Demodekozun klinikası dəri üzərində və
gözdə (göz qapaqlarında) əmələ gələn əlamətlərdən ibarətdir.
Diaqnostikası dermatoveneroloq, oftalmoloq və həkim-laborantın
kvalifikasiyasından asılıdır.
Açar sözlər: Demodex folliculorum, Demodex brevis, dəri və göz
demodekozu, mikroskopiya.
Demodekoz geniş yayılmış, xroniki gedişatlı və
residivlərlə xarakterizə olunan parazitar xəstəlikdir.
Xəstəliyin törədicisinin (hörümçəklər sinfinə aid olan
mikroskopik gənə) 170 il əvvəl – 1841-ci ildə ( G.Berqer
qulaq kükürtündə) kəşf olunmasına baxmayaraq, bu vaxta
qədər onun patogenliyi haqqında müxtəlif fikirlər
mövcuddur – şərti-patogen və ya patogen. Demodekslərin
143 növü müxtəlif heyvanlarda (patogenlik təstiqlənib) və
insanlarda yaşayıb, parazitlik edirlər. Heyvanlarda və
insanlarda yaşıyan növlər müxtəlifdir və öz sahibini
yoluxdurur. Lakin ev heyvanlardan (it, pişik, inək və s.)
yoluxma da istisna olunmur. İnsanlarda demodekslərin iki
növü (L.X.Akbulatova 1970-ci il) – Demodex folliculorum
və Demodex brevis aşkarlanır.
Demodekslər digər gənələr kimi ətraf mühitə yaxşı
uyğunlaşırlar və buna görə də demək olar ki, bütün
kontinentlərdə müşahidə olunurlar. Müxtəlif ölkələrdə
aparılan müayinərin nəticəsində bəlli olub ki, 55-100%
patologiya olmayan insanlarda da bu gənələr aşkarlanır.
Buna görə də onları daha çox şərti-patogen mikrofloraya
aid edirlər (bəzi müəlliflər onların patogenliyinə şübhə
etmirlər). Bəlli olub ki, tam sağlam, immuniteti yüksək
olan insanlarda bir qayda olaraq demodekoza xas olan
klinik ələmətlər olmur. Uşaqlarda demodekslər az
aşkarlanırlar (dəridə yerləşən piy vəzlərinin sekreti –
yağlar nisbətən az ifraz olunur). Lakin onun gedişi
böyüklərə nisbətən ağır və ağrılı keçir. Bu da uşaqlarda
immunitetin aşağı düşməsində, mədə-bağırsaq, tənəffüs
orqanlarının xəstəliklərində baş verir. Orta və ondan yuxarı
yaşda olan insanlarda demodeks və onun klinik əlamətləri
daha tez-tez müşahidə olunur.
Əksər vaxtlar əlamətlər yaz-yay aylarında yaranır.
Onların inkişafı üçün optimal temperatur 30-40ºC-dir. Bu
zaman demodekslər aktiv çoxalırlar. Qeyd etmək lazımdir
ki, isti prosedurlar da (sauna, isti vannalar) gənələrin
aktivləşməsində mühüm rol oynayır.
Demodekslər bitki yağlarında, vazelində, kosmetik
məlhəmələrdə uzun müddən yaşaya bilirlər. Tar, krezol,
karbol turşusu, xloroform, 96%-lik spirt, efir, salisil
turşusunun spirtdə 10%-li məhlulu onları bir neçə dəqiqəyə
məhv edir.
Gənələr dəri üzərində və başda olan tüklərin, qaş və
kirpiklərin tük follikullarında (Demodex follikulorum) və
üz, boyun, sinə, bel, göz qapaqların, qulaq dərisinin piy
vəzlərində (Demodex brevis) yaşayırlar. Lakin atipik
yerləşməsi də qeydə alınıb – ağızın selikli gişası, xarici
cinsiyyət orqanlar və s.
Onlar epiteli hüceyrələrinin sitoplazması və piy
vəzlərinin sekreti ilə qidalanırlar. Buna görə də klinik
əlamətləri olan xəstələr dəri və göz həkimlərinə müraciət
edirlər. Onların da demodekozun klinikasını, patogenezini
bilməsi və xəstələrin vaxtında laborator müayinələrə
göndərilməsi, xəstəliyə məxsus müalicəni təyin etməsi
xəstəni fəsadlardan qorumaq deməkdir.
Demodekslə yoluxan insanları 2 qrupa bölmək olar:
1-ci qrup xəstələrdə gənə tapılıb, lakin onlar
tərəfindən heç bir şikayət və klinik əlamətlər müşahidə
olunmur – simptomsuz daşıyıcılıq. Qənə şərti-patogen
parazit sayılır;
2-ci qrupa klinik əlamətlər olan insanlar daxildirlər.
Bunun səbəbi sinir, endokrin, həzm və s. sistemlərdə olan
pozuntulardır. Qan-damar və mübadilə proseslərinin
patologiyası nəticəsində insan orqanizmində immunitetinin
aşağı düşməsidir. Məsələn, müxtəlif xəstəliklərin olması –
şəkərli diabet, xroniki infeksiyalar, mədə-bağırsaq traktının
funksiyasının pozulması nəticəsində əmələ gələn qastritlər,
kolitlər, qastroenterokolitlər, disbakterioz, helmintlər və s.
də demodekoz xəstəliyinin yaranmasına şərait yarada bilər.
Buna görə sadalanmış xəstəlikləri olan insanların ikinci
qrupa keçməsinin daha yüksək eytimalı var.
Yoluxma təmas yolu ilə baş verir: çirklənmiş əllərlə
birbaşa və əşyaların vasitəsilə – dəsmalla, balışüzü ilə,
kosmetik vasitələrlə və s. Heyvanlardan və toz vasitəsilə
yoluxma istisna olunmur.
Dişi fərd follikullara və ya piy vəzlərinə daxil
olaraq, orada yumurta qoyur. Sonradan yenidən dəri
üzərinə çıxır və burada onun mayalanması baş verir və o,
yenidən yumurta qoymağa hazır olur. Erkək dişi fərdi
mayalandırdıqdan bir neçə saat sonra məhv olur. Dişi fərd
isə 3 (bəzi müəlliflərə görə 6) aya qədər yaşaya bilir.
Yetışmiş fərdlər gecə vaxtı dəri üzərinə qidalanma və
mayalanma üçün çıxırlar, gündüzlər isə follikullarda və ya
piy vəzlərində yatırlar. Dəri üstündə hərəkət edən
demodekslər öz bədənlərinin üzərində olan mikrofloranı
yaşadığı nahiyəyə daşıyıb, orada allergik əlamətlərlə
yanaşı iltihabi prosesin yaranmasına səbəb olurlar. Xroniki
xəstəliklərin və immunitetin düşməsi fonunda piy
vəzlərinin funksiyasının pozulması nəticəsində dəri
piylərinin tərkibi və dəri mikrobiosenozu dəyişir – dəri
disbiozu yaranır.
Tük follikulu
Piy vəzi
Şəkil 1. Dəridə tük follikulu və piy vəzin yerləşməsi.
Demodekslər xırda, uzunsov, qurdabənzər, 0,15-0,4
mm uzunluğunda bədənə malikdirlər. Uzunsov bədənə
malik olan Demodex folliculorum tük follikullarında
yaşayırlar. Onların yumurtaları xırda göbələk şəklində
(ucları iti, qalın orta hissə), yan proyeksiyasında isə
üçbucağı xatırladırlar. Sürfələri uzun və nazikdirlər. Qısa
bədənə malik olan Demodex brevis piy vəzlərdə parazitlik
edir. Buna görə də onun bədəni nisbətən qısadır. Demodex
brevisin oval formasında olan yumurtalar nematodların
yumurtalarını xatırladırlar. Demodeksin bədəninin ön
hissəsində 4 cüt qısa ayaqlar görünür.
Parazitlər öz
inkişafında əsas 3 mərhələni keçirlər: yumurta, sürfə
(sürfə, pronimfa, nimfa) və imaqo.
Yumurta.Yetişəndən 12 saat sonra demodeksin dişi
fərdi bir dəfəyə 20-40 yumurta qoyur. 60 saatdan sonra
yumurtalar sürfələrə çevrilirlər;
Sürfə. Sürfədə ayaqlar hələ ki, yaxşı inkişaf
etməyiblər və qurdabənzər bədənin hər iki tərəfində 3 cüt
―ayaqların təməli‖ olan şişkinliklər görünür. 36 saatdan
sonra onlar 2-ci sürfə mərhələsinə – pronimfaya çevrilir;
Pronimfa. Bədənin hər iki tərəfində 4 cüt ―ayaqların
təməli‖ var. 72 saatdan sonra nimfaya çevrilir;
Nimfa. Dörd cüt inkişaf etmiş ayaqları var. Bədən
forması ilə yetişmiş fərdləri xatırladırlar, lakin onlardan
fərqli olaraq cinsi orqanların yetişməsi sona çatmır,
qidalanmırlar və hərəkətsiz olurlar. 60 saatdan sonra imaqo
(yetkin) formasına çevrilirlər;
İmaqo. Bu forma 120 saatdan sonra yetişmiş fərdə
çevrilir. Mayalanmadan sonra erkək fərd məhv olur, dişi
fərd isə follikullara (piy vəzinə) düşüb, yumurta qoyur.
Dişi fərdlərin yaşama müddəti bir neçə aya gədərdir.
Demodeks gənəsinin inkişaf dövrü 15 gün davam edir.
Şəkil 2. Demodeks gənəsinin inkişaf dövrü.
Dəri demodekozu. Demodekoz dəri xəstəliklərin
arasında 7-ci yeri tutur.
Qadınlarda kişilərə nisbətən çox
təsədüf olunur. Xroniki dermatoz dəridə sızanaqların,
müxtəlif səpkilərin, dərinin qabıqlanması, nəzikləşməsi və
ya qalınlaşması ilə özünü biruzə verə bilər: akne, rozaseya,
eritema, ağızətrafı dermatit. Belə ki, akne 10%, rozaseya
88% və ağızətrafı dermatiti olan 58% xəstələrdə demodeks
aşkar olunub.
Sürfə mərhələsi
İmaqo
Demodekoz
birincili
və
ikincili
(mövcud
xəstəliklərin fonunda) ola bilər. Bu da ciddi kosmetoloji
problemlərə səbəb olur. Diaqnoz düzgün qoyulmayan
hallarda, bu xəstəliyin müalicəsi düzgün aparılmır, gənələr
daha da çoxalıb, dəridə gedən iltihabi prosesləri
mürəkkəbləşdirirlər. Onun nəticəsində də üz dərisində
(daha çox müşahidə olunur) çapıqlar, məsamələrin
zədələnməsi, dərinin qalınlaşması və s. kimi kosmetoloji
problemlər yarana bilər.
Şəkil 3. Kiprikdə yumurtalar.
Göz demodekozu zamanı xəstələr kipriklərdə
qaşınma (axşam vaxtı daha çox), göz qapaqlarının
kənarlarının iltihabi proseslərin nəticəsində qızarmasın
(blefarit), səhərlər gözlərdən gələn selikli, köpüklü ifrazat,
gözdə diskomfort və yandırma hissi, göz qapaqlarının
keratozu olduqda kəpəklərin əmələ gəlməsindən şikayət
edirlər. Sonradan bu əlamətlərə konyuktivanin zədələnməsi
(iltihabi
prosesi),
xalyazionların
(göz
qapağının
qığırdağında yerləşən yumru qalınlaşma) yaranması və s.
patoloji proseslər birləşə bilərlər. Allergiyası olan
insanlarda, gənə mexaniki və kimyəvi qıcıqlandırıcı faktor
olub, göz toxumalarında allergik proseslər yaradır. Gənələr
öz bədənlərinin üstündə və daxilində viruslar, bakteriyalar,
göbələklər, qurd yumurtaları və ibtidailər kimi xırda
mikroorqanizmləri daşıyıb, keçirdə bilərlər. Xəstəliyin
yaranmasında mühüm rol gigiyenik qaydalara riayət
olunması (şəxsi dəsmalların və ya birdəfəlik istifadə
etdiyi salfetlər və s.) mühüm rol olnayır
.
Diaqnostika müxtəlif inkişaf mərhələsində olan
gənənin aşkarlanmasına əsaslanır.
Dəridə parazitlərin aşkarlanması dəridən götürülmüş
qaşıntıda və ya sızanaqların irinli tərkibində aparılır.
Material skalpel və ya göz qaşığının köməkliyi ilə
götürülür, əşya şüşəsinin üzərində olan 50%-lı qliserinin
və ya 10%-li qələvinin (NaOH) damlasına yerləşdirilib,
örtük şüşə ilə örtülür və x10x10 və ya x10x20 böyüdücüdə
baxılır. Qələvidə yerləçdirilmiş material 7-10 dəq. sonra
baxılmalıdır. Tük follikullarında gənəlirin təsdiqlənməsi
yalnız mikroskopiya üsulu ilə aparılır. Dəridən götürülmüş
materialda adətən imaqo və sürfə mərhələlərini görmək
olar. Piy vəzlərin nisbətən dərin yerləşməsinə görə bəzən,
cavab mənfi də ola bilər. 1sm
2
-ə 5 demodeksin (imaqo,
sürfə və ya yumurta) tapılması gənənin aktivliyindən xəbər
verir.
Modifikasiya olunmuş üsullar:
- skotçla aparılır. 1sm
2
ölçüdə skotç 1 dəqiqəyə dəriyə
yapışdırılır və sonradan dəri materialı keçirtmək üçün əşya
şüşəsinə toxundurulur və atılır. Əşya şüşəsində qalan
epidermisin və piy vəzinin tərkibinin üzərinə 1 damla
qələvi tökülür, örtük şüşə ilə örtülür və kiçik böyüdücüdə
mikroskop altında baxılır.
-
2010-cu
ildə
R.Seqal
dəri
demodekozun
diaqnostikasında dermatoskopdan istifadə edilməsini
təklif etmişdir. Bu zaman gənələri və dəri damarlarının
genişlənməsini görmək mümkün olur.
- optik kogerent tomoqrafiya üsulu. Bu üsulla xəstədə
dəri vəziyyətini 2 proyeksiyada qiymətləndirmək olur.
- optik konfokal lazer mikroskopiyası. Bu üsulla in
vivo dərinin üst qatları skaner edilir və dördölçülü şəkil
alınır.
Demodekozun
diaqnostikasında
biopsiya
ilə
histoskopiya da aparıla bilər. Lakin bu üsul dərini zədələyir
və nəticədə çapıq əmələ gəlir.
Göz demodekozunun diaqnostikası hər gözdən 8-10
(hər göz qapağından 4-5) epilyasiya olunmuş kirpiklərdə
aparılır. Kirpiklər (hər gözdən ayrı-ayrı) əşya şüşəsində
olan 1 damla fizioloji məhlul və ya 50%-li qliserinə
qoyulur, örtük şüşə ilə örtülür və kiçik böyüdücüdə baxılır.
Diaqnoz parazitin müxtəlif mərhələlərinin tapılmasına görə
qoyulur. Klinik əlamətlər olmadığı halda 10% kirpiklərdə
gənə aşkarlanırsa müalicə tələb olunmur
.
Müalicədən sonra kontrol müayinələr aparılmalıdır.
Ədəbiyyat
1.
Акбулатова Л. Х. Патогенная роль клеща Demodex и
клинические формы демодикоза у человека // Вестник
дерматологии. 1996, № 2, с. 57–61.
2.
Акбулатова Л. Х. О двух формах клеща демодекс
фолликулорум гоминис и о демодикозе человека /
Труды Ленинградского института усовершенствования
врачей. Выпуск 4. М.-Л.: Медицина, 1970, с. 54–66.
3.
Майчук Ю. Ф. Паразитарные заболевания глаз. М.:
Медицина, 1988, 288 с.
4.
Коган Б. Г., Горголь В. Т. Специфичность клещей
Demodex folliculorum и Demodex brevis — возбудителей
демодикоза
человека
//
Украинский
журнал
дерматологии, венерологии, косметологии. 2001, № 21,
с. 37–41.
5.
Сюч Н.И. Паразитарные болезни кожи. Демодекоз:
этиология,
патогенез,
клиника,
лабораторная
диагностика // Consilium-Medicum.-2004.-T. 6.- №3. - С.
191-194.
6.
Елистратова
Л.Л.,
Потатуркина-Нестерова
Н.И.,
Нестеров А.С. Современное состояние проблемы
демодекоза. // Фундаментальные исследования. – 2011.
– № 9. – стр. 67-69.
РЕЗЮМЕ
ДЕМОДЕКОЗ ЧЕЛОВЕКА И ЕГО
ЛАБОРАТОРНАЯ ДИАГНОСТИКА
Азербайджанский Государственный Институт
Усовершенствования Врачей имени А.Алиева,
кафедра Лабораторное дело
Азербайджан, Баку
С.А.Джалилова, К.М.Керимова
Несмотря на то, что демодекоз известен достаточно давно,
эта
проблема
не
потеряла
своей
актуальности.
Ухудшающаяся экология, стресс, увеличение больных с
хроническими ендокринными, желудочно-кишечными и
другими заболеваниями способствует активизации клещей
демодекс и переход населения из группы носителей в группу
больных. На этом фоне правильно поставленная ранняя
диагностика демодекоза имеет большое значение для свое-
временного и эффективного лечения данной болезни. Для
выполнения этой задачи врачи заинтересованных лечебных
профессий, а также врачи-лаборанты должны быть
осведомлены в тонкостях клиники и диагностики демодекоза.
Ключевые слова: Demodex folliculorum, Demodex brevis,
кожный и глазной демодекоз, микроскопия.
SUMMARY
HUMAN DEMODECOSIS AND ITS
LABORATORY DIAGNOSTICS
S.A.Djalilova, K.M.Karimova
Azerbaijan State Advanced Traiding Institute for doctor
named after A.Aliyev, Laboratory department,
Azerbaijan, Baku
Despite the fact that demodecosis known a long time, this
problem has not lost its relevance. The deteriorating
environment, stress, an increase in patients with chronic
endocrinology, gastro-intestinal and other diseases helps to
activate the demodex mites and moving people from the
group of carriers in the group of patients. This background
correctly delivered early diagnosis of demodectic mange is
essential for the timely and effective treatment of this
disease. To accomplish this, the interested medical
professionals, doctors and laboratory doctors should be
aware of the intricacies of the clinic and diagnosis of
demodectic mange
Keywords: Demodex folliculorum, Demodex brevis skin
and eye demodecosis microscopy
Redaksiyaya daxil olub: 22.02.2016
Çapa tövsiyə olunub: 14.03.2016
Rəyçi: t.ü.f.d. N.F.Mütəlibova
Dostları ilə paylaş: |