cellpadding="0" olarsa xanadakı mətnin müəyyən hissəsi xananın haşiyəsinə
toxuna bilər.
Cədvəlin təsvir olunması zamanı onların eni və hündürlüyü bir çox faktordan asılı
olaraq avtomatik hesablanır. Bu vaxt cədvəli elə qurmağa çalışırlar ki, cədvəl brauzer
rəncərəsinə yerləşsin.
Əksəriyyət brauzerlər mətni avtomatik formalaşdırır ki,
mətnin uzunluğu
pəncərənin enindən artıq olmasın. Belə halda üfüqi
sürüşdürmə çubuğuna ehtiyac
olmur. Analoji olaraq brauzer cədvəli elə formalaşdırır ki,
cədvəlin eni pəncərənin
enindən artıq olmasın.
Qeyd etmək lazımdır ki, cədvəlin eni əsas sayılır. Hündürlüklə müqayisədə birinci
növbədə cədvəlin eni hesablanır. Bəzi hallarda konkret
olaraq cədvəlin enini və
hündürlüyünü göstərmək lazımdır.
Bunun üçün teqinin width (cədvəlin
eni) height (cədvəlin hündürlüyü) atributlarından istifadə olunur.
Bu atributların ümumi formatı aşağıdakı kimidir.
Dostları ilə paylaş: