İstiqamət: idmanda fəal iştirak İd.VX-XII.5. Şagird ictimai həyatın bütün sahələrinin fəallıqlarında iştirak edə bilər.
Nəticə göz önündədir, əgər şagird:
müxtəlif ictimai (ətraf mühiti mühafizə, uşaq hüquqlarının müdafiəsi, qocalara qayğı) birliyə qoşulmuşdursa;
məktəb və ya məhəllə, cəmiyyət üçün faydalı idman tədbirlərinin təşkili– keçirilməsi təşəbbüsünə qoşulursa;
başqaları tərəfindən təklif olunmuş ideyalara anlayışla yanaşırsa, öz fikrini bildirməyə çalışırsa;
yaşca kiçiklərə idman fəallığının əhəmiyyətini izah edirsə və onları idman yarışlarında iştirak etməyə çağırırsa;
lazım gəldikdə idman tədbirlərinin təşkilində-keçirilməsində müəllimə yaxından kömək göstərirsə;
məhdud fiziki imkana malik həmyaşıdları ilə, başqa cinsdən, milliyyətdən, dini mənsubiyyətdən olan, böyük və kiçikyaşlı tərəfdaşları ilə birlikdə fiziki fəallıqlarda həvəslə iştirak edirsə.