LİNİ m a I ƏLƏR



Yüklə 46.96 Kb.
PDF просмотр
tarix23.12.2016
ölçüsü46.96 Kb.

107

2015/3 (19)

LİNİ  M

A İ ƏLƏR

UOT: 617.735:616.5-083.4

Əliyev X.D., Abdullayeva E.Ə., İsmayılova Ü.S, Əliyeva T.A

LAZER EPİLYASİYASI ZAMANI ƏMƏLƏ GƏLƏN ŞÜA MAKULOPATİYASI 

(KLİNİKİ HAL)

Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Bakı şəh., Azərbaycan

Açar sözlər: şüa makulopatiyası, lazer epilyasiyası, preretinal qansızma, spektral optik koherens tomoqrafiya, 

mikroperimetriya, multifocal elektroretinoqrafiya

Müasir  dövrümüzdə  elm  və  texnikanın  inkişafı  insanların  həyatına  çox  sıx  daxil  olmuşdur.  Bunlardan  biri 

də  kosmetologiyadır.  Belə  ki,  kosmetologiyanın  müxtəlif  sahələrində  müasir  elmi  tərəqqinin  nailiyyətlərindən 

geniş istifadə olunur. Bunlardan biri də arzuolunmaz tüklərdən azad olunmadır. Belə ki, selektiv fototermolizin 

kəşfi, fərqli diapozonlu və müxtəlif dalğa uzunluqlu lazer sistemlərinin tətbiqi tüklərin effektiv və uzunmüddətli 

ləğv olunmasını mümkün etdi. Hal-hazırda bunun üçün bir neçə lazer sistemləri mövcuddur: rubin lazer (dalğa 

uzunluğu  694  nm),  aleksandrit  (dalğa  uzunluğu  755  nm),  diod  lazer  (dalğa  uzunluğu  800  nm),  IRL  sistemleri 

(dalğa uzunluğu 590-1200 nm).

Qeyd etmək lazımdır ki, hər hansı bir yeni üsulun tətbiqi zamanı insan orqanizmi üçün ola biləcək fəsadlar 

nəzərə  alınmalı  və  onların  baş  vermə  halları  minimuma  endirilməlidir  [1,  2].  Məhz  lazer  texnologiyasının 

kosmetologiyada tətbiqi zamanı da belə fəsadlara rast gəlinə bilər [3]. 

Belə  ki,  bu  lazerlərin  göz  fəsadları  ən  çox  qaş  nahiyyəsinin  epilyasiyası  zamanı,  eynək  və  metal  kontakt 

linzaların istifadə edilməməsi nəticəsində baş verir. Bunlardan bir qismi də göz dibi fəsadlarıdır. Məlumdur ki, 

torlu qişanın xorioideyaya yaxın xarici qatları (fotoreseptor və piqment epiteli qatları) yuksək oksigen təchizatina 

görə fotodinamik təsirə daha cox məruz qalır [4]. 

Şüa makulopatiyasının 3 ağırlıq dərəcəsi ayırd edilir: yüngül, orta və ağır [5].

Yüngül dərəcəli zədələnmə zamanı oftalmoskopiya müayinəsində torlu qişada dəyişiklik qeyd olunmaya bilər. 

Bəzi hallarda isə foveolyar və makulyar reflekslərin zəif qeyd olunması aşkar olunur. Adətən bir neçə həftə ərzində 

qeyd olunan əlamətlər itir və görmə itiliyi normaya qayıdır.

Şüa  makulopatiyasının  orta  dərəcəli  zədələnməsi  zamanı  göz  dibinin  oftalmoskopiyası  nəticələri  yüngül 

dərəcəli zədələnmə ilə eyni xarakter daşıya bilər, lakin bu zaman makulanın solğunluğu daimi qalır ki, bu da görmə 

itiliyinin səviyyəsinə öz təsirini görsədir.

 

a.

b.

Şək.1. Xəstə B.R.-nın ilk müraciəti zamanı göz dibinin rəngli fotoqrafiyası: a) sağ göz; b) sol göz


108

2015/3 (19)

LİNİ  M

A İ ƏLƏR

Ağır zərəcəli zədələnmə zamanı ilk gündən etibarən makula nahiyyəsində ödemlə əhatə olunmuş, müxtəlif 

şəkilli, sari bozumtul ləkələr qeyd olunur. Bir müddətdən sonra həmin nahiyyələrdə piqment səpələnməsi baş 

verir [6, 7]. Oftalmoskopiya zamanı bu defekt torlu qişanın lamelyar yırtığına bənzəyir. Ancaq fərq ondadır ki, 

bu zaman proses makulanın dərin qatlarında (fotoreseptor və piqment epiteli qatları) baş verir. Görmə itiliyinin 

artması  ilk  2-4  həftə  ərzində  müşahidə  olunur.  Bir  ildən  sonra  görmə  itiliyinin  dəyişilikləri  həmin  səviyyədə 

saxlanmış olur [8].

Bizim təqdim etdiyimiz birinci kliniki hal 2000-ci il təvəllüdlü xəstə B.R.-ya aiddir. Xəstə 24.07.2015 tarixində 

üz  nahiyyəsində  lazer  epilyasiyasından  1  hətfə  sonra  mərkəzə  müraciət  etmişdir.  Xəstə  görmə  qabiliyyətinin 

zəifləməsi  və  metamorfopsiyadan  şikayət  etmişdir.  Xəstə  daxil  olarkən  görmə  itiliyi  sağ  gözdə  0.08,  müfaviq 

korreksiya ilə 0.6; sol gözdə isə 0.1, müfaviq korreksiya ilə 1.0 olmuşdur. Qeyd edək ki, xəstə ametropiya ilə 

əlaqədar eynək təyini üçün əvvəl də mərkəzə müraciət etmiş və əvvəlki müraciəti zamanı görmə itiliyi sağ gözdə 

0.4,  korreksiya  ilə  0.8;  sol  gözdə  isə  0.1,  korreksiya  ilə  1.0  olmuşdur.  Hər  iki  gözün  ön  seqmentində  patoloji 

dəyişiliklər qeyd olunmamışdır. Oftalmoskopiya zamanı: (şək.1) hər iki gözdə görmə siniri diski çəhrayı rəngdə, 

hüdudları  aydın,  arteriya  və  venaların  kalibri  və  gedişi  normal,  torlu  qişanın  ekvatorial  və  periferik  zonasında 

patologiyi dəyişiliklər qeyd edilməmişdir. Sol gözdə makulyar və foveolyar reflekslər aydın görünmüşdür. Xəstədə 

sağ gözün (şək.1a) oftalmoskopiyası zamanı makulada, foveolyar sahədə önə doğru qabarma şəklində neyroretinal 

qatın seroz qopması, lazerkoaqulyasiya ocağı üçün xarakterik olan zədələnmə zonası və həmin zonanın ətrafında 

piqment epitelinin səpələnməsi müşahidə olunmüşdur.

Xəstədə standart müayinə üsulları ilə yanaşı spektral optik koherens tomoqrafiya (SOKT) (Spectral Cirrus HD 

OCT, Carl Zeiss Medidec, Germany), mikroperimetriya (MP) (MAIA, Italy) və multifokal elektroretinoqrafiya 

(mfERG) (Roland Consult, Germany) müayinələri də icra olunmuşdur.

Sağ  gözün  SOKT  müayinəsində  (şək.2a)  yukstafoveolyar  sahədə  neyroretinal  qatın  diffuz  qalınlaşması 

fonunda torlu qişanın xarici: xarici nüvə, xarici pleksiform, fotoreseptor və piqment epiteli qatları səviyyəsində 

hiperreflektiv ocaq və neyroretinal qatın altında seroz maye qeyd edilmişdir. Mərkəzdə makulanın qalınlığı norma 

daxilində - 290 mkr olsada, daxili və xarici: nazal, yuxarı və aşağı kvadrantlarda qalınlıq müfaviq olaraq – 431, 

364, 341 və 315, 293, 289 mkr olmuşdur. Bu isə sol gözün (şək.2b) normal tomoqrafik göstəricilərindən yüksək 

olmuşdur. 



a.

b.

Şək.2. Xəstə B,R,-nın ilk müraciəti zamanı spektral OKT müayinəsi: a. sağ göz; b. sol göz

Sağ  gözün  mikroperimeriya  müayinəsində  (şək.3a)  sol  gözdən  (şək.3b)  fərqli  olaraq  nazal,  yuxarı  və  aşagı 

kvadrantlarda işıq həssaslığının qeyri-normal – aşagı göstəriciləri qeyd olunmuşdur.


109

2015/3 (19)

LİNİ  M

A İ ƏLƏR

a.

b.

Şək.3. Xəstə B,R,-nın ilk müraciəti zamanı mikroperimetiya müayinəsi: a. sağ göz; b. sol göz

Torlu qişanın makulyar zonasının funksional vəziyyətini və bioelektrik aktivliyini təyin edən multifokal ERQ 

müayinəsində  isə  (şək.4)  digər  müayinələrdən  fərqli  olaraq  torlu  qişa  sıxlığının  normaya  uyğun  göstəriciləri 

alınmışdır.



Şək.4. Xəstə B,R,-nın ilk müraciəti zamanı sağ gözün multifocal ERQ müayinəsi

Anamnez, kliniki əlamətlər və instrumental müayinə üsulları əsasında bu xəstədə: sağ gözdə makulanın şüa 

vasitəsilə orta dərəcəli yanığı diaqnozu qoyulmuş və müfaviq müalicə təyin edilmişdir.

Birinci müraciətdən 1 ay sonra növbəti baxiş zamanı aşağıdakı göstəricilər müşahidə olunmuşdur: sağ gözün 

görmə itiliyi 0.03, korreksiya ilə 0.4, sol gözdə isə 0.1 korreksiya ilə 1.0 olmuşdur. 


110

2015/3 (19)

LİNİ  M

A İ ƏLƏR

Oftalmoskopiya zamanı: sağ gözdə makulada parafoveolyar sahədə piqment epitelinin qeyri-bərabər paylanması, 

xorioretinal atrofik ocaq, neyroepitelin seroz qopmasından sonrakı vəziyyəti qeyd edilmişdir (şək.5). 

Şək. 5. Xəstə B.R.-nın təkrar müayinəsi zamanı göz dibinin rəngli fotoqrafiyası

Şəkil 6-də təkrar baxış zamanı SOKT və MP müayinələrinin nəticələri göstərilmişdir. Tomoqrammada (şək.6a) 

foveolyar  çuxurun  genişlənməsi,  torlu  qişanın  xarici  qatları  səviyyəsində  parafoveolyar  sahədə  hiperreflektiv 

capıqlaşma ocağı və subfoveolyar sahədə isə piqment epiteli səviyyəsində quru degenerativ deyişiliklər – piqmentin 

səpələnməsi qeyd olunur. Torlu qişanın daxili qatları intaktdır. 

Mikroperimetr  müayinəsində  (şək.6b)  isə  birinci  müayinədən  fərqli  olaraq  işıq  həssaslığının  zəifləmə 

nöqtələrinin, həmçinin foveoladan temporal nahiyyədə də alınması qeyd olunmuşdur. Bu, degenerativ prosesin 

subfoveolyar nahiyyəyə yayılmasına dəlalət edir.



a.

b.

Şək. 6. a) spektral OKT müayinəsi, b) mikroperimetriya müayinəsi

Təkrar multifokal ERG müayinəsində (şək.7) isə ilkin müayinədən fərqli olaraq norma ilə müqayisədə torlu 

qişa sıxlığının azalması qeyd olunmuşdur.


111

2015/3 (19)

LİNİ  M

A İ ƏLƏR

Şək.7. Xəstə B.R.-nın təkrar müraciəti zamanı sağ gözün multifocal ERG müayinəsi

Təkrar müayinə zamanı alınmış nəticələr əsasında xəstəyə sağ gözdə lazer şüası yanığından sonra makulanın 

ikincili degenerasiyası diaqnozu qoyulmuşdur. Xəstə hal-hazırda nəzarətdədir. 

Təqdim  etdiyimiz  ikinci  kliniki  hal  1994-cü  il  təvəllüdlü  xəstə  Q,Ü.-yə  aiddir.  Xəstə  12.07.2015  tarixində 

aparılmış lazer epilyasiyasından 2 saat sonra mərkəzə müraciət etmişdir. Xəstə üz nahiyyəsinin lazer epilyasiyası 

zamanı sol gözdə görmə itiliyinin kəskin zəifləməsini qeyd etmişdir. Epilyasiya zamanı gözü qoruyucu vasitələrdən 

istifadə etmədiyini bildirmişdir.

Müayinə  zamanı  sağ  gözdə  görmə  itiliyi  1.0,  sol  gözdə  isə  0.1  (korreksiya  etmir)  olmuşdur.  Göz  dibinin 

oftalmoskopiyası (şək.8) zamanı sol gözdə torlu qişada mərkəzi venanın yuxarı tış şaxəsi uzərində dairəvi formada, 

lazerkoaqulyasiya  ocagına  bənzər  zədələnmə  sahəsi  və  həmin  ocaqdan  qaynaqlanan  preretinal,  subhialoidal 

qansızma müşahidə edilmişdir. Sol gözün ön hissəsində dəyişiliklər aşkar edilməmişdir. Qansızma makulyar və 

foveolyar  sahəni  əhatə  etdiyi  üçün  SOKT  və  MP  müayinələri,  onların  əlavə  daiqnostik  əhəmiyyəti  olmadığını 

nəzərə alaraq aparılmamışdır. Sağ gözdə oftalmoskopiya zamanı patoloji dəyişiliklər qeyd edilməmişdir. Xəstəyə 

müfaviq müalicə təyin edilərək ambulator nəzarətə götürülmüşdür. 



Şək.8. Xəstə Q.Ü.-nin ilk müraciəti zamanı göz dibinin 

rəngli fotoqrafiyası

Şək.9. Xəstə Q.Ü.-nin təkrar müayinəsi zamanı göz 

dibinin rəngli fotoqrafiyası

Xəstə  bir  aydan  sonar  təkrar  müraciət  etmişdir.  Müayinə  zamanı  sol  gözdə  görmə  itiliyi  0.5  olmuşdur. 

Oftalmoskopiya zamanı (şək.9) preretinal qanın sorulması, damar arkadası üzərində olan koaqulyasiya ocağının 

itməsi qeyd edilmişdir. Makulyar və foveolyar reflekslər aydın görünür, ekvatorial sahədə və periferiyada patoloji 

dəyişiliklər yoxdur. 

Makulyar  sahənin  vizualizasiyası  bərpa  olunduğu  üçün  zədədən  sonra  makulada  ola  biləcək  dəyişilikləri 

müəyyən  etmək  məqsədilə  SOKT  və  mikroperimetriya  müayinələri  aparılmışdır.  Bu  müayinələrdə  (şək.10) 

struktur dəyişilikləri aşkar olunmamışdır.



112

2015/3 (19)

LİNİ  M

A İ ƏLƏR

a.

b.

Şək.10. Xəstə Q.Ü.-nin təkrar müayinəsi zamanı: a) SOKT və b) MP müayinələri

Beləliklə, hər iki kliniki hal lazer şüasının kosmetologiyada tətbiqi zamanı qoruyucu vasitələrin istifadəsinin 

vacibliyini bir daha təsdiq edir.

ƏDƏBİYYAT

1. 

Островский М.А. Молекулярные механизмы повреждающего действия света на структуры глаза 



и системы защиты от такого повреждения // Успехи биологической химии, 2005, т.45, с.173-204.

2. 


Wu J., Seregard S., Algreve P.V. Photochemical damage of the retina // Surv. Ophthalmol., 2006, v.51, 

p.461-481.

3. 

Gass J.D. Stereoscopic atlas of macular diseases: diagnosis and treatment. 4th ed. St. Louis: Mosby-Year 



Book, Inc., 1997.

4. 


Brod  R.D.,  Olson  K.R.,  Ball  S.F.  et  al. The  site  of  operating  microscope  light  induced  injury  on  the 

human retina // Am. J. Ophthalmol., 1989, v.207, p. 1067- 1072.

5. 

Скицюк С.В., Присташ И.В. Макула. Методы лечения, основные поражения, лазерное лечение, 



слабовидение, 2005, т.35, с.78-96.

6. 


Bechmann M., Ehrt O., Thiel M.J. et al. Optical coherence tomography findings in early solar retinopathy 

// Brit. J. Ophthalmol., 2000, v.84, p.547-548.

7. 

Symons R.C., Mainster M.A., Goldberg M.F. Solar maculopathy in a young child // Br. J. Ophthalmol., 



2009, p.2-8.

8. 


Шахмалиева  А.М.,  Гидаят-заде  С.С.  Лучевая  макулопатия  в  результате  воздействия  лазерного 

указателя // Oftalmologiya elmi praktik jurnal, 2014, №2, səh.81-85. 

Алиев Х.Д, Абдуллаева Э.А., Исмайлова У.С., Алиева Т.A

ЛУЧЕВАЯ МАКУЛОПАТИЯ ПРИ ЛАЗЕРНОЙ ЭПИЛЯЦИИ 

(КЛИНИЧЕСКИЙ СЛУЧАЙ)

Национальный Центр Офтальмологии имени академика Зарифы Алиевой, г.Баку, Азербайджан 

Ключевые слова: лучевая макулопатия, лазерная эпиляция, преретинальное кровоизлияние, спектральная 

оптическая когерентная томография, микропериметрия, мультифокальная электроретинография

РЕЗЮМЕ


Цель  –  исследовать  изменения  в  сетчатке  больных  с  лучевым  поражением  в  результате  эпиляции  в 

области лица.



113

2015/3 (19)

LİNİ  M

A İ ƏLƏR

Материалы и методы

В работе представлены два клинических случая больных с лучевым поражением сетчатки при лазерной 

эпиляции в области лица. В обоих случаях были проведены стандартные методы обследования, а также 

спектральная  оптическая  когерентная  томография  сетчатки,  микропериметрия  и  мультифокальная 

электроретинография. 

Результаты

Исследования в обоих глазах выявили необратимое снижение зрения в результате лучевого повреждения 

сетчатки, вызванное не соблюдением мер предосторожности, направленных на защиту сетчатки. Анализ 

наших  исследований  еще  раз  подтверждает  необходимость  соблюдения  мер  предосторожности  при 

лазерной эпиляции лица.

Aliyev Kh.D., Abdullayeva E.A., Ismayilova U.S., Aliyeva T.A

RADIAL MACULOPATHY DURING LASER EPILATION (CLINICAL CASE)

National Centre of Ophthalmology named after acad. Zarifa Aliyeva, Baku, Azerbaijan

Key words: radial maculopathy, laser epilation, preretinal hemorrhage, spectral optic coherence tomography, 

microperimetry, multifocal electroretinography

SUMMARY


Aim – the changes at the result of laser face epilation were investigated.

Material and methods

Two clinical cases of patients with a radial affection to the retina during laser face epilation were described in 

this work. In both cases there were used standard the methods of examinations and also spectral optic coherence 

tomography, microperimetry and multifocal electroretinography.



Results 

The  investigated  of  both  eyes  had  in  the  study  irreversibly  reduced  vision  due  to  radial  affection  of  retina 

appeared as a result of non-compliance with the safety precaution. The analysis of our researches cases confirms 

the need to follow the safety precautions during laser epilation.



Korrespondensiya üçün:

Əliyev  Xalid  Dilavər  oğlu,  tibb  üzrə  fəlsəfə  doktoru,  akademik  Zərifə  Əliyeva  adına  Milli  Oftalmologiya 

Mərkəzinin vitreoretinal cərrahiyyə bölməsinin müdiri 

Abdullayeva Elmira Ələkbər qızı, tibb üzrə fəlsəfə doktoru, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya 

Mərkəzinin Şəkərli diabetin göz fəsadlarə şöbəsinin aparıcı elmi işçisi

İsmayılova Ülkər S qızı, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəkərli diabetin göz 

fəsadlarə şöbəsinin həkim-laborantı

Əliyeva Tərlan Aydın qızı, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkim-rezidenti

Ünvan: AZ 1114, Bakı şəh., Cavadxan küç., 32/15

Tel: (+99412) 569-09-07; (+99412) 569-09-47

E-mail: administrator@eye.az; 

www.eye.az


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə