2015/3 (19)
LİNİ M
A İ ƏLƏR
Şək.1. Görmə sahəsi. Heydelberq retinotomoqrafiyası (HRT III)
Sol gözdə STARflo™ supraxoroidal silikon drenajının implantasiya olunması haqda qərar verildi.
Əməliyyatın texnikası. Drenaj STARflo™ məsaməli, silikon, bioloji uyğunluğa malik material- STAR®
Biomaterialdan hazırlanıb, 3 hissədən ibarətdir- baş, boyun və cisim, uzunluğu 8 mm, eni 275 µм, (şək. 2).
Implantasiya yerli subtenon anesteziya altında əsası limbə baxan konyunktival loskutun kəsilməsi ilə aparıldı.
Skleranın 50% qalınlığında ölçüsü 3х8 мм (uzunluq х en ) olan səthi skleral loskut formalaşdı. Əmələ gəlmiş
loskutun yuxarı kənarından 1mm məsafədə skleranın dərin qatlarında damarlı qişaya qədər eni 6 mm olan kəsik
aparıldı. Ön kamera açılana qədər saat 9-da əlavə parasentez aparıldı. Limb nahiyəsində trabekulyar aparatdan
ön kameraya 3mm genişliyində keçid yaradıldı. Nazik bıçaq və xırdamolekullu viskoelastikin istifadəsi ilə
skleroxoroidal cibin formalaşması həyata keçirildi. Cisminə fizioloji məhlul hopdurulmuş implant supraxoroidal
sahəyə yerləşdirildi. Sonra implantın boynu ön kameraya salındı. Əməliyyatdan sonrakı periodda filtrasion balışın
əmələ gəlməməsi üçün düyünlü tikişlər (Nylon,10-0) vasitəsilə səthi skleral loskutun hermetik fiksasiyası əmələ
gətirildi (şək. 3).
Ertəsi gün birinci sarğı zamanı görmə itiliyində heç bir dəyişiklik müşahidə olunmadı, GDT 8mm c. st. olmuşdu
(kontaktsız tonometriya, Tomey), biomikroskopik- göz almasının yuxarı - bayır kvadrantında zəif filtrasiyaya malik
yastılaşmış filtrasion balış, orta dərinlikdə ön kamera, ön kameranın yuxarı səthində implantın boynu görünürdü.
Vigadex damcı gündə 6dəfə təyin olundu (şək. 4).
Dostları ilə paylaş: |