Lirik pedaqoji poema Az



Yüklə 0.5 Mb.
PDF просмотр
səhifə1/8
tarix10.06.2017
ölçüsü0.5 Mb.
  1   2   3   4   5   6   7   8

                                             
                            Lirik pedaqoji poema 
                    Az
ə
rbaycan Milli M
ə
kt
ə
bi -150 il 
 
 
 
 
                           “Elm v
ə
 T
ə
hsil” n
əşriyyatı
 
                                       
Bakı 
- 2016 
 
 

Redaktorlar:  Aynur Atab
əyli (Fərəcova).
 
                       Fir
əngiz Əliağa Vahid qızı (İsgəndərova).                               
 
      M
əsləhətçilər:  Dilavər Arif. 
                               R
əşid Fərəcov. 
                               Turac Seyidzad
ə. 
 
      R
əyçilər:          Osman  Musayev. 
                               
Vahid Hacı. 
                               
Ağanəcəf Qədirli. 
          
      Dizayner v
ə bədii tərtibatçı: Gülnar Namiqqızı. 
 
     Namiq Atab
əyli (Şirvani). “Müəllim” lirik-pedaqoji poema. 
Yubiley n
əşri. Bakı-2016, “Elm və Təhsil” nəşriyyatı, 240 səh. 
Kitab
ın arxa üzündəki “Greta Bridge” rəsm əsərinin müəllifi John Sell 
Cotman-
dır 
(16 May 1782 – 24 July 1842)

Kitabda istifad
ə olunan şəkillər açıq mənbə saytı Vikipedia-dan 
götürülmüşdür. 
 
  
Yubiley kitabı Azərbaycan Milli Məktəbinin qarşıdan gələn 150 İlliyi 
(1869-2019) münasib
ətilə nəşr olunur. Bu kitabda poemanın Baş 
q
əhrəmanı İsmayıl müəllimin şəxsində Azərbaycan Milli Məktəbinin 
şərəfli tarixinə bədii nəzər yetirilmiş, Dünya pedaqoji fikrinin əsas 
simalarının bədii-pedaqoji obrazları yaradılmışdır. Əsər müəllifin poema 
janrında nəşr olunan dördüncü  kitabıdır. 
      Ümumi tiraj: 1000.  
       
Birinci buraxılış:  
  
 
          4702000000-209              Mü
əllifin elektron poçt adresi: 
      A    N098-2015                    namiq_atabeyli @ yahoo.
сom   
 
             
  
© Namiq Atab
əyli (Fərəcov Namiq Rəşid oğlu) 

 
 
 

                   Aynur  ATABƏYLİ  
                  ( İstanbul. Bahçeşehir Universitetinin magistri.) 
 
                         
    ÖN  SÖZ 
 
                 Yadındamı doğulduğun zaman:* 
                 Sən ağlar idin, gülərdi aləm. 
                 Bir öylə ömür keçir ki, olsun 
                 Mevtin** sənə xandə***, xalqa matəm. 
         (Qurani-kərimin ayətlərindən iqtibas edilmiş bu 
         Qitənin tərcüməsi Əli bəy Hüseynzadəyə məxsusdur.) 
 
 
    Yeni  minilliyin  başlıca  inkişaf  xətti  İnformasiyalı 
cəmiyyət  quruculuğudur.  Tərəqqinin  ruporu  həmişə  olduğu 
kimi  indi  də  Müəllim  və  Məktəbdir.  Bu  gün  ölkələr  bir-
birlərindən  daha  çox  müasir  təhsilin  səviyyəsinə  görə 
fərqləndirilir.  Dünya  ədəbiyyatı  tarixində  ilk  pedaqoji 
poema (nəzm ilə) olaraq qələmə alınmış ”Müəllim” əsərində 
ictimai  həyatımızda  Maarifçiliyin  ümumbəşəri  və  milli 
əhəmiyyəti öz bədii ifadəsini tapmışdır. 
    -------- 
    
*PS:  Veledetke ummuka yebne  ademe bakıyyen
 
               Vennasu havleke yadhakune surura. 
               Feched linefsike en tekune iza bekev 
               Fi  yevmi  mevtike dahiken mesrura. 
   Bax: Mehmet Akif Ersoy. Türkiyə Cümhuriyyətinin “İstiqlqal 
Marşı”nın müəllifi: 
   Kurandan ayetler,  İstanbul-1944, səh.-245. 
   **PS; *** PS: Mevt—ölüm, xandə--sevinc. Ərəb dilindən 
keçmə sözlərdir. 
 
 

 
 
 

     Bu  əsərin  önəmli  bir  cəhəti  də  həyat  yolunu  və  ictimai 
ideallarını  bədii  əks  etdirdiyi  İsmayıl  müəllimin  şəxsində 
Azərbaycan  Milli  Məktəbinin  qarşıdan  gələn  150  İlliyinə 
(1869-2019) ithaf edilməsidir. 
    Əsərdə  ilk  dəfə  Müəllim  şəxsiyyətinin  cəmiyyətdəki 
aparıcı  rolu  (heç  bir  ideoloji  təsirə  məruz  qalmadan)  Baş 
qəhrəman səviyyəsinə yüksəldilmişdir: 
 
            Müəllim millətin, xalqın özündə 
                    Ən uca mənəvi zirvədir, sondur... 
                    Həyat nə qədər var: Haqqın gözündə 
                    Müəllim İlahi bir etalondur. 
 
           Üç  min  illik  qədim  Şirvanşahlar  dövlətinin  paytaxt 
şəhərlərindən  biri  olmuş  Şamaxıda  1869-cu  ildə  ilk  Milli-
anadilli 
Məktəbimizin 
əsasını  qoymuş  dahi  şair-
pedaqoqumuz  Hacı  Seyid  Əzim  Məhəmməd  oğlu  Mir 
Cəfərzadənin  (1835-1888)  19  illik  pedaqoji  fəaliyyətinə 
işğalçı  Çar  Rusiya  hökuməti  ”Za  userdiye”  medalı  ilə 
qiymət verdi.  
    Lakin  yerli-daxili  qaragüruh  isə  bu  hadisəyə  ilk  Milli 
Müəllimimiz    (rüsumunu  uzun  müddət  ödəyə  bilməməsinə 
görə) gecikmiş medalını sinəsinə sancdığından cəmi 10 gün 
sonra  onun
 
həyatına  53  yaşında  xitam  verməklə  reaksiya 
göstərdi.  
Beləliklə,  sələfləri  Abbasqulu  ağa  Bakıxanov,  Mirzə  Şəfi 
Vazeh, Mirzə Fətəli Axundov və Qasım bəy Zakirdən ibarət 
XIX  əsr  ziyalılarımızın  Maarifçilik  Hərakatının  ilk  Maarif 
Qaranquşu  yurdumuza  Azadlıq  baharı  gəlməmiş  öz  doğma 
yuvasındaca boğulub məhv edildi...    
 

 
 
 

               Endir qədəhi, saqiya, ərvahi-Seyidçin, 
               Fərdayə tutaq üz yenə səbbahi-Seyidçin. 
 
               Zöhd əhli bu Yer üzündə hər cürmü* törətdi, 
                Şahid çağıraq göydəki Allahı Seyidçin. 
 
                Ey piri-muğan, meykədə, meyxanədə yasdı, 
                Əhli-xərabat ərşə çəkir ahı Seyidçin... 
 
                Dünya malı düyada qalar, ey dəni-tüccar. 
                Üqba da gülər vicdana, vallahi, Seyidçin. 
 
                Xaqani, Nişat, Ağaməsih, Bixudi-Sabir, 
                Eylər duavü-sənaları dahi Seyidçin. 
 
                 Sınmış qədəhin cürmü böyükdür bizə, ey şux, 
                 Bəstə çağıraq şövq ilə Dərgahı Seyidçin. 
 
                  Zəbani-Seyid** ilə, Ata, çak*** elə köksü, 
                  Gahi özünə ağlaya dil, gahi Seyidçin… 
 
    Poemanın  Baş  qəhrəmanı    Qədim  Şirvan  diyarının  Çiyni 
adlanan  ucqar  bir  dağ  kəndində  bütün  mənalı  ömrünü 
Müəllimliyə həsr etmiş İsmayıl İsmayılovdur. Onun məktəb 
odisseyası  hər  bir  gənc  müəllim  üçün  bu  gün  əsl  mənəvi 
nümunədir.  
 -------------------------- 
   *PS:  “cürm”  günah deməkdir.  
**PS: zəbani-Seyid, yəni Seyidin dili ilə.  
***PS: çak etmək, yəni yaxa cırmaq. 

 
 
 

    Əsərin  süjet  xətti  janrın  əzəli  epik  tələblərinə  uyğun 
olaraq,  İsmayıl  müəllimin  ömrünün  bütün  mərhələlərini 
bədii lövhələrlə əks etdirir. Uşaqlıq çağları, tələbəlik dövrü, 
Müəllimlik fəaliyyəti və   həyatının digər önəmli hadisələri 
gözlərimizin önündən gəlib keçir. Onun kənddə pedaqoji və 
ictimai nailiyyətləri Seyid Əzimlə  salnaməsi açılan ilk Milli 
Məktəbimizin  yandırdığı  Maarif  məşəlinin  bu  gün  də 
sədaqətli və əmin əllərdə olduğuna dərin inam yaradır. 
     İsmayıl  müəllimin  mükəmməl  pedaqoji  obrazı  onun 
süjetdəki Rupor rolunu daha parlaq və cazibadar edir. Çiyni 
kənd məktəbinin timsalında biz ilk Milli Müəllimimiz Seyid 
Əzim Şirvaninin pedaqoji məramının ölməzliyinə qəti əmin 
oluruq. 
     Poemada İsmayıl müəllimin vətənpərvərliyi, elinə, 
obasına ürəkdən bağlılığı parlaq bədii boyalarla təsvir edilib: 
 
     Uca dağ köksündə Çiyni kəndim var: 
     Torpağı mənimdir, daşı mənimdir! 
      Sellərə güc gələn möhkəm bəndim var, 
      Qurusu mənimdir, yaşı mənimdir. 
 
                İlahi, bir ömür səbir ver mənə, 
                Kəndimə xidməti əcr ver mənə. 
      Çiynimin üstündə qəbir ver mənə
       Bilim ki qəbrimin daşı mənimdir. 
 
 

 
 
 

         Onsuz nə sevincim vardır, nə qəmim. 
                   Çiynidir həyatım, dünya-aləmim. 
                   Gülüşü, sevinci könül məlhəmim, 
                   Gözündə hər damcı yaşı mənimdir... 
    Alman  romantiki  Şiller  qəhrəmanlarının  birinin  dili  ilə 
deyirdi: ”Bir nöqtəyə cəm olub, dünyanı qazan.”  Həqiqətən, 
boş  sünbülün,  quru  bir  küləşin  səmtsiz  küləklərə  qoşulub 
hara gəldi ”səyahəti” yalnız avara-veyil adamların əyləncəsi 
sayıla bilər. Arif insan üçün həyatın hər bir sahəsində hünər 
göstərmək üçün meydan vardır. Odur ki, İsmayıl müəllimin 
öz  doğma  kəndinə  bu  qədər  dərin  bağlılığı  (poemada  bu 
rəmzi  olaraq,  köklü  bir  palıd  ilə  poetik  müqayisə  edilib) 
nəzərlərdə daha çox onun mənəvi böyüklüyünü ifadə edir.   
    Pedaqoji poemanın ilk bəndlərindən etibarən, biz tez-   tez 
Müəllim simasının Günəş ilə poetik müqayisəsini görürük. Bu 
bənzətmə  Yeni  Məktəbin  (üsuli-cədidin)  yaradıcısı  XVII  əsr 
dahi  çex  pedaqoqu  Yan  Amos  Komenskiyə  (1592-1670) 
məxsusdur. Poemada Müəllimin Günəşdən daha parlaq obrazı 
diqqəti  çəkir.  Bildiyimiz  kimi,  Günəş  işıq,  energi  və  hər  bir 
canlı həyatın ilk mənbəyidir.  Lakin N.Atabəyli bizi inandırır 
ki,  Müəllim  durduğu    ictimai    pillədə    yerindən,    yaşadığı   
coğrafi  
 
 
 
 
 

 
 
 

məkandan  asılı  olmayaraq,  həmişə,  hər  yerdə,  hər  vaxt 
parlaqlığını, işığını, enerjisini qoruyub saxlayır, onu heç vaxt 
azaltmır,  əksinə  gündən  günə    daha  da  artırır.  Hətta  fani 
həyatdan  köçüb  əbədi  aləmə  qovuşanda  da...  Lakin  Günəşin 
enerjisi, işığı (bizə nəzərən) durduğu yerdən asılı olaraq, tülu, 
zenit və qürubunda azalıb artır.  
 
                Müəllim elə bir nurdur cahanda, 
                     Günəşdən parlaqdır könül dünyası. 
                     Müəllim olubdur hər bir zamanda 
                     Bəşərin mürşidi, piri, mövlası. 
 
    Bu mənada, İsmayıl müəllimin bədii obrazı müəllifin    
 ideya və bədii qayəsini mükəmməl əks etdirir. 
   Bu 
poema 
bədii 
yaradıcılıq 
metoduna 
görə, 
postmodernizmə  aiddir.  Poema  ədəbi  janr  olaraq,  Qədim 
Yunanıstan və Romadan öz ənənəvi başlanğıcını götürsə də, 
dini-ideoloji  hakimiyyətlər  dövründə,  ilk  orta  əsrlərdən 
ehtibarən  sıradan  çıxarılmışdı.  Onun  İslam  aləmində  ilk 
tətbiqi  tacik  şairi  Əbülqasim  Firdovsinin  adı  ilə  bağlıdır. 
Poemanın  sonradan  hər  hansı  milli  ədəbiyyatda  görünməsi 
Milli 
İntibahla 
əlaqələndirilir. 
Azərbaycan 
yazılı 
ədəbiyyatında  ilk  poema  Əfzələddin  Xaqani  Şirvaninin 
(1126-1199)  adı  ilə  bağlıdır.  Xaqaninin  ”Töhfətül-İraqeyn” 
(1156)  poeması  Qərb  İntibahına  qədərki  dövr  üçün 
Renessans  ədəbiyyatının  bütün  tələblərinə  cavab  verən  ilk 
poemadır. Firdovsi  ”Şahnamə”yə  ifrat şovinizm gətirmişdi: 
mövzu  və  qəhrəmanlarını  şovinistləşdirmişdi...    Odur  ki, 
onun  poemasını  əsla  Dünya  intibahının  bünövrəsi  hesab 
etmək olmaz. 

 
 
 

    Bu  poemanın  yeni  postmodernist  təmayülü,  əslində, 
dünya  ədəbi  prosesində  uzun  illər  davam  edən  indistrual 
siyasi-ideoloji  deqradasiyalardan  sonra,  İntibaha  doğru 
müəllifin təkrar addımlamaq cəhdidir. 
     Namiq  Atabəylinin  gənclik  illəri  modernizmin  nəzəri  və 
təcrübi  əsaslarının  tədqiqi  ilə  keçib.  O,  BDU-da  filoloji 
təhsil  aldığı  70-80-ci  illərdə  Tələbələrin  VIII  Respublika 
elmi  Konfransına  təqdim  etdiyi  Verlibr  (Sərbəst  şeir) 
poetikası  üzrə  tələbə  elmi  işinə  görə  Respublika  Təhsil 
Nazirliyi,  LKGİ  MK,  Tələbə  Elmi-tədqiqat  işləri  üzrə 
Respublika  Şurası  tərəfindən  ”Qızıl  medal”a  layiq 
görülmüşdür.  Eyni  zamanda,  Birinci,  İkinci  dərəcəli 
diplomlar  almış,  sərbəst  vəzndə  xeyli  bədii  əsərlər 
yaratmışdır. Daha sonralar heca vəznli poemalar və müxtəlif 
şeirlər də yazıb kitab formatında çap etdirmişdir.  
     Nəhayət, 2013-cü ildən klassik şeirə keçərək, ard-arda üç 
qəzəl  kitabını  nəşr  etdirmişdir  ki,  bunlardan  da  sonuncusu 
ötən  il  (2015)  ”Elm  və  Təhsil”  nəşriyyatında  işıq  üzü 
görmüş ilk Divanından ibarətdir. 
  “Müəllim”  pedaqoji  poemanın  postmodernist  bədii 
medodunda  yazılması  müəllifin  yeni  ictimai  eranın—
Postsənaye  dövrünün  tarixi  mahiyyətinin  Məktəbin  əzəli 
xarakteri  ilə  heç  də  antoqonist  olmadığını  xüsusi  nəzərə 
çarpdırmaq  istəyini  ifadə  edir.  Sənaye  erasının  tənqidi  və 
sosialist,  habelə  digər  bədii  ”izm”lərinin  ideoloji-siyasi 
məqsədləri  Pedaqogikanın  müasir  Məktəbin  üzərinə 
qoyduğu  vəzifələri  ilə  üst-üstə  düşmür.  Müəllim  sinfi 
düşmənçilik  aləti,  müxtəlif  ideoloji  proqramlardan  ötrü 
vasitə  ola  bilməz...  Kapitalizm  və  sosializmin  süqutu 
qaçılmaz tarixi zərurətə çevrilib. Yeni postindistrual
  
 

 
 
 
10 
cəmiyyətdə  Məktəb  bəşəriyyətin  ən  başlıca  İntellektual 
ehtiyatlarının  ötürücü  mərkəzidir.  Yeni  məktəbin  yaradıcısı 
dahi  çex  maarifçisi  Yan  Amos  Komenskinin  (1592-1670)  
”Böyük didaktika”sıının (1632) “hamıya hər şeyi öyrətmək” 
məramnaməsi bugünkü cəmiyyətin başlıca həyat fəlsəfəsinə 
çevrilib. 
   Poemada  şeirimizin  müxtəlif  şeir  vəznlərində  yazılmış 
hissələrlə qarşılaşırıq.  
Bunlar    ədəbiyyata  sintezləşdirilmiş  yeni  metrik  baxışların 
tətbiq edilməsi cəhdidir. Müəllif bu üslubu öz Universitet və 
Sənət  müəllimi  şair  Bəxtiyar  Vahabzadənin  ”Muğam” 
poemasında heca və əruzun qarşılıqlı tətbiqi praktikasından 
əxz etmişdir. 
    Dünya,  cəmiyyət  və  İnsan  haqqında  bəşəriyyətin 
qazandığı  sistemli  Məlumatların,  yəni  Biliyin  bütün 
Bəşəriyyət  tərəfindən  qeyd-şərtsiz  ümumi  istifadəyə 
verilməsi,  Biliyin  Bacarığa  çevrilməsi,  yəni  həyata  tətbiq 
edilməsi, 
cəmiyyətin 
bütün 
təbəqələrinin 
intellektuallaşdırılması,  idarəçiliyin  elektronlaşdırılması, 
nəhayət, 
bəşəriyyətin 
Planetar 
universal 
qüdrətinin 
hümanizmdə  birləşdirilməsi  çağdaş Müəllimin  və  Məktəbin 
izlədiyi  qayə  bu  gün  yalnız  belə  olmalıdır.  “Böyük 
didaktika”nın  ilk  milli  Azərbaycan  mücahidinin,  Seyid 
Əzimin bizə göstərdiyi yol da elə budur: 
 
           --Demə, bu kafər, ol müsəlmandır, 
              Hər kimin elmi var: o, İnsandır. 
 
Əsərdə  müstəqil  səslənən  paralel  isim  Seyid  Əzimdir.  O, 
İsmayıl  müəllimin  ”Estafet”  adlandırdığı  Gündəliyində 
ayrıca  fəsil kimi  diqqəti  çəkir.  Seyidi  bütün  milli
  

 
 
 
11 
maarifçiliyimizin Baş ideoloqu,  Bayraqdarı olaraq görürük. 
Odur  ki,  müəllif  bəzi  məqamlarda  hətta  Seyidin  özünə 
”canlı” müraciətlər edərək, onun poetik-pedaqoji irsindən də 
Oxucuya maraqlı misallar gətirir: 
 
--Səni Həqq qıldı faili-muxtar, 
Hər əməl qılsan, ixtiyarın var. 
                        ...Səni Həqq şərrə etməyib məcbur
Bu xəyalat əqlindəndir dur. 
İşlədən şərri nəfsi-insandır. 
Xaliqi-xeyrü şərr Yəzdandır. 
    Müasir  postmodernist  ədəbi  cərəyan  (o,  həmçinin  bədii 
metoddur)  üçün  başlıca  cəhətlərdən  biri  onun  ifaçılığında 
bədiilik  ilə  elmiliyin  qarışması,  demarkasyon  xətlərinin 
silinməsidir.  Ədəbiyyatımızda  bu  ilk  Pedaqoji  poemanı  da 
belə  bədii-elmi  sintezin  ilk  nümunəsi  saya  bilərik. 
Ümumdünya  Maarif  Estafetinin  milli  və  beynəlmiləl  tarixi 
nailiyyətlərininin  bədii  tərənnümündə  elmi  dürüstlük  o 
qədərdir  ki,  bu  poemanı  ədəbi  əsər  olduğu  qədər,  mənzum 
elmi  traktat  da  hesab  etmək  mümkündür.  Əlbəttə,  əsər  janr 
etibarilə  bədiidir.  Lakin  ona  postmodernizm  baxımından, 
bədii  mətn  etibarilə  tamamilə  ciddi  elmi  kriteriyalarla 
yanaşılmışdır.  Məsələn,  1869-cu  ilin  timsalında  o  illərin 
tarixi  tamamilə  açıq  hadisələrinə  verilən  qiymətləndirmədə 
Yaponiya,  Rusiya  və  Osmanlı  Türkiyəsi  imperatorluqları, 
İran-Türk  Qacarlar  şahlığı,  ABŞ  və  s.  ölkələrin  maarifçilik 
fəaliyyətləri nəzərdən keçirilib.  
    Müəllifin  poemada  ədəbi  mövqeyi  onun  hadisələrə  elmi 
münasibətindən qətiyyən fərqlənmir. Bu mənada, bədii əsər 
elmi müzakirələr üçün də tribunadır. Müəllif
  
 

 
 
 
12 
bu  tribunada  milli  pedaqoji  mənafeyin  ifadəçisi  kimi 
görünür.  Lakin  o,  əsərin  bədii  mahiyyətinə  baxmayaraq, 
elmi  yanaşmalarında  da    heç  bir  subyektivizmə  yol 
verməmişdir. 
Yaxud 
bilərəkdən 
bunlara 
cəhd 
gəstərməmişdir: 
      Baburlar, Qacarlar, tüm Osmanlılar 
                    Bilik cəbhəsində yendilər Qərbə. 
                    Müəllim, Məktəblə, Elm ilə onlar 
                    Vura bilmədilər düşmənə zərbə... 
 
 
                   1865-ci ildə 
                   İlk bina tikildi Darülfünuna 
                   Osmanlı adlanan Turani eldə... 
                    İndi qiymət verin özünüz buna?! 
 
                    Cəmi ikicə il türklərdən sonra, 
                    Beyrut Amerika Universiteti 
                   Açıldı:  qəpiksiz yığaraq ora 
                  Qeyri-müsəlmanı Tələbə etdi... 
 
                   1869-cu il. 
                   Darülfünuni-Osmaniyyədə 
                   Yatanlar  ayıldı xabdan elə bil: 
                   İlk tələbə qeydi başlandı hələ... 
 
                   O həmin ildir ki, Seyid Əzim də 
                   Bizə Şamaxıda bir Məktəb açdı: 
            
     Maarif günəşi Ana dilimdə 
                   Odlar Yurdumuza ilk işıq saçdı!!. 
 
 

 
 
 
13 
                    O həmin ildir ki, Yaponiyada 
                    Çökdü Tokuqava Sequnatı *da. 
                   ”Meydzi isin”lə**  bu kiçik ada 
                     Yerindən oynatdı kainatı da... 
 
                     İkicə il sonra o Yaşıl ada 
                     Ümumi məcburi təhsilə keçdi. 
                     İbtidai Məktəb tüm Yaponiyada 
                     Millətə maarif libası biçdi! 
 
                     Öz Bilk gücüylə Sakura yurdu 
                     Çini, Hindi-Çini qul edəcəkdi. 
                     Darmadağın edib Port-Arturu 
                     Çar Rusiyasını çökdürəcəkdi!       
 
                     Ağılsız güc-qüdrət bir heyvanlıqdır, 
                     Mənəvi ölümdür Biliksiz həyat. 
                     Göyün də Kamalı nurdur, işıqdır, 
                     Günəşdən Dərs alır bütün kainat! 
 
 
     --------------------- 
    *PS:Tokukava sequnatı son Samuray hökumətidir. 
1869-cu ilin mayında Emonoto flotununməğlubiyyəti ilə 250 illik 
bu  pejim tarixin zibilliyinə yuvarlandı.         **PS:1866-cı il 
dekabrında 16 yaşlı varis Meydzi (Mutsuxito) İmperator taxtına 
oturdu. O, Yaponiya mərkəzləşdirilmiş dövlətçiliyini bərpa edib, 
islahatlara başladı. “Meydzi isin” yaponca Meydzi islahatları 
deməkdir. 
 
 
 

 
 
 
14 
    
 Şirvan  poeziya  məktəbinin  Seyid  Əzimlə  başlayan  bu 
ictimai-publisistik şeir üslubu yeni Postmodernist poeziyaya 
təsadüfən  gətirilməyib.  Klassik  şeirimizin  son  mogikanı 
bütün  didaktik  əsərlərini,  mənzum  hekayələrini  məhz 
publisistik  şeir  üslubunda  qələmə  almışdır.  Düzdür  ki, 
Seyidin  publisistik  şeir  dili  ərəb-fars  sözləri,  izafətləri  ilə 
ağır  yüklənmişdir.  Bu,  klassik  Əruz  vəzninin  təfilə,  ritm 
konstruksiyalarının  məcburi  tələbindən  və  tarixi  ənənədən 
irəli  gəlirdi.  Lakin  N.Atabəyli  poemanın  heca  vəznində 
verilmiş  bütün  hissələrində  Milli  dilimizin  təmizliyini 
(məcburi  Avropa  terminləri  istisna  olunmaqla)  tamamilə 
qoruya  bilmişdir.  Əsərin  süjetinə  daxil  edilmiş  didaktik 
mənzumlu  hekayətlərin  də  dil  və  üslubu,  əsasən,    təmiz 
poetik təhkiyyədən ibarətdir. 
    Şair elm və təhsili bütün insanlığın tarixində ən aktual və 
möhtəşəm  Hadisə  kimi  qiymətləndirib. Bununla, Renassans 
və  Maarifçiliyin  İnsan  temasını  Məktəb  müstəvisinə 
gətirərək,  Müəllimliyin  yalnız  bir  rupor  deyil,  həmçinin  ən 
böyük Tarixi Meydanda əsl Qəhrəmanlıq hadisəsi olduğunu 
bədii dillə ifadə etmişdir.  
   Qədim Yunanıstanda “İliada” və  “Odisseya” eposlarının 
əsas  hadisəsi  olaraq,  Troya  müharibəsini  götürmüşdülər. 
Miladdan  əvvəl  V  əsrdə  yunan  Pindar  artıq  Olimpiya 
Oyunlarının  qaliblərinin  şərəfinə  odalar  (lirik-epik 
mədhiyyələr)  yazırdı.  Lessinq  “Müdrik  Natan”  (1779) 
dramatik  poemasını  xarakterlərin  deyil,  ideyaların 
mübarizəsi  üzərində  qurmuşdu.  Həmin  əsərdə  Maarifçilik 
ideyası müxtəlif əsrlərin tanınmış  
 
 

 
 
 
15 
insanlarının  dili  ilə  verilirdi.  Romantik  Bayronun 
“Manfred”, “Qabil”, “Səma və Yer”,  Şellinin “Azad  
olunmuş  Prometey”  və  s.  poemalarda  da  bu  tarixi  təcrübə 
müxtəlif şəkildə davam etdirilib. 
    Namiq  Atabəylinin  “Müəllim”ində  kompozisiya-struktur 
elementi  olaraq  tətbiq  edilmiş  “Estafet”  adlandırılan 
Gündəlik  dahi  ingilis  şairi  Bayronun  “Çayld-Haroldun 
səyahəti”  poemasının  səfər  təhkiyəsini  xatırladır.  Bu 
kompozisiyadan  rus  şairi  Tvardovski  də    “Üfüqlərdən 
üfüqlərə”  poemasında  yaradıcılıqla  istifadə  etmişdir. 
Azərbaycan sovet şairi Səməd Vurğunun yarımçıq qoyduğu 
iki  dahiyanə  poemasında:  “Bakının  dastanı”  və    “İslam” 
əsərlərində  də  bu  yaradıcılıq  ənənəsi  açıq  nəzərə 
çarpır.Tarixin ən böyük hadisəsi olaraq,  “Müəllim” əsərinin 
ideya-məzmununu  müəyyənləşdirən  Maarifçilik  hərəkatı, 
yeganə  leytmotiv xətt kimi bu poema ilə çağdaş qlobalizmə 
fəal müəllif müdaxiləsinə tarixi haqq qazandırır. 
   Şərq  klassik  ədəbiyyatının  ənənələrindən  (Firdovsi,  Əmir 
Keykavus,  Xaqani,  Nizami,  Rumi,  Sədi,  Bakıxanov,  Seyid 
Əzim,  Zakir  və  b.)  yararlanaraq,  əsərin  sujetinə  məntiqi 
asılılıqlı  muxtar  sügetli  əhvalatların  salınması  poemanın 
ideya-didaktik  mahiyyətindən  irəli  gəlir.  Puşkin    “Qafaz 
əsiri”ndə  lirik-epik  planda  rus  dekabrist  şairlərin  sürgün 
həyatının  mənəvi  yaşantılarını  qələmə  alıb.  Rıleyev  isə 
“Voynarovski”  poemasında  Ukraynanın  müstəqilliyi 
uğrunda  mübarizədə  Mazepanın  məğlubiyyətindən  sonra, 
Sibir sürgünündəki ukrayn ziyalısının Vətənin gələcək taleyi 
barədə 
milli  düşüncələrini  əks  etdirib.  “Müəllim” 
poemasında  əsərin  qəhrəmanının  başlıca  ideya  məfkurəsini 
də,  təbii  ki,  Müstəqil  Azərbaycançılıq  təşkil  edir.  İsmayıl 
müəllimin maarifçilik “Estafet”inin məğzi də  Tarixə böyük 

 
 
 
16 
ümumbəşəri    mədəniyyət  sərvəti  bəxş  etmiş  Azəri 
türklərinin  Milli  İstiqlal,  Azadlıq  və  Birləşmək  ruhundan 
ibarətdir.  İblis  ilə  İnsanlığın  arasındakı  İlahi  savaşın  da 
başlıca  məramı    İnsanın  məhz  fərdi  (və  milli)  azadlıq 
məsələsidir.  Poema  oxucuya  təlqin  edir  ki,  o  hər  cür 
azadlığa yalnız  mənəvi güc ilə nail ola bilər. Həmin gücün 
mənbəyi həmişə, hər yerdə  Məktəb və Müəllimdir: 
            Bu dünya Allahın bir Kitabıdır. 
            Açın vərəq-vərəq, oxumaq üçün! 
             Məktəb insanlığın ilk mehrabıdır, 
             Müəllim sonuncu imamı bu gün! 
 
             Elmdən kənarda dünya qaranlıq, 
             Müəllimsiz məclis--cəhalət xoru. 
             Açılan sabaha baxın bir anlıq: 
             Günəş də boylanır Kitaba* doğru. 
 
   “Müəllim” posmodernist pedoqoji poema Yeni Məktəbin, 
yəni “üsuli- cədidin” banisi çex maarifçi-hümanisti, dahi 
pedaqoq-yazıçı Yan Amos Komenskinin (Comenius. 
28.III.1592—15.XI.1670.) idrakın üç mənbəyi hasab etdiyi
 
Hiss, Ağıl və Etiqadın (İnam) üzərində yaratdığı  Beş 
mərhələli Ömürlük təhsil-tərbiyə sisteminin dövrləşməsinə 
uyğun olaraq, beş bədii hissəyə bölünmüşdür: İlk məktəb, 
Ali məktəb, Həyat məktəbi,
 
----------------- 
   
*PS: İslami görüşlərə görə,  Dünya, İlahi  vəhylər və İnsan 
Allah taalanın kitabları hesab olunur. 
    
 

 
 
 
17 
Azadlıq  məktəbi  və  Əbədiyyət  məktəbi.  Bu  beş  hissənin 
adları Y.A.Komenskinin təlim-tərbiyəni dövrləşdirməsindən 
az-çox  fərqlidir.  Dahi  çexin  “Böyük  didaktika”  əsasında 
təkmilləşdirərək  yazdığı  Yeddi  cildlik  “Bəşər  fəaliyyətinin 
təshihi  haqqında  Ümumi  məsləhət”  əsəri  Ümumdünya 
Pedaqoji  fikrinin  zirvəsidir.  Böyük  Müəllimin  bu  kitabı 
ümumilikdə  3000  səhifədir.  Y.A.Komenski  bu  son  əsəri 
1644-cü  ildən  ömrünün  sonunacan  yazmışdır.  Onun  ilk  iki 
cildi:  “Panqeriya”  (Ümumi  oyanış)  və  “Panovqiya” 
(Ümumbəsirət) 1667-ci ildə nəşr edilmişdir. Digər beş hissə: 
“Pansofiya”  (Ümumi  müdriklik),  “Panpediya”  (Ümumi 
tərbiyə),  “Panqlotiya”  (Ümumi  dil),  “Panortoziya”  (Ümumi 
islah) 
və 
“Pannuteziya” 
(Ümumi 
xəbərləşmə/məlumatlanma)  isə  XX  əsrin  20-ci  illərində 
tapılıb  üzə  çıxarılmışdır.  Böyük  Ustadın  bəşəriyyət  üçün 
nəzərdə  tutduğu  Ömürlük  təhsil-tərbiyə  Məktəbi  aşağıdakı 
təlim-tərbiyə  mərhələlərinə  bölünürdü:  6  yaşınacan  Ana 
məktəb  (uşağın  bilavasitə  Anadan,  Ailədən  aldığı  təlim-
tərbiyə), 6-12 yaş arasında Anadilli məktəb. Burada əsasən, 
Ana  dili,  hesab,  həndəsədən  müəyyən  hissələr,  coğrafiya, 
təbiətşünaslıq və Müqəddəs kitablar öyrədilir. Qeyd edim ki, 
belə bir məktəb Azərbaycan təhsil tarixində ilk dəfə 1869-cu 
ildə  dahi  pedaqoq-şairimiz  Seyid  Əzim  Şirvani  tərəfindən 
Şamaxıda yaradılmışdır.  
   Latın  məktəbi  (başqa  adla  Gimnaziya:  12-18  yaşlar 
arasında  ),  18-24  yaşlarında  Akademiya,  yəni  bizim  indiki 
dillə desək, Ali məktəb. Ömrün bundan sonrakı bütün qalan 
hissəsini Komenski “Həyat məktəbi”  
 
 
 

 
 
 
18 
(Panpediya) adlandırır. Bu dövrün təhsil-tərbiyə fəaliyyətləri  
hər  bir  kəsi  Həyata və  Əbədiyyətə
  
hazırlayır.  Panpedik-pansofik  məzmunlu  son  təhsil 
mərhələsi  ilə  İnsan  kamilliyin  ən  yüksək  səviyyəsinə  nail 
olur.  
    N.Atabəyli  milli  ədəbiyyatımızda  bu  ilk  pedaqoji 
poemanın  Baş  qəhrəmanı  İsmayıl  müəllimin  “Estafet”i  ilə 
Həyat  və  Əbədiyyət  məktəblərini  Ömürlük  təlim-tərbiyə 
sisteminin  başlıca  Ruporuna  çevirmişdir.  Bununla  müəllif 
Milli  Pedaqoqumuzun  şəxsində,  eyni  zamanda  tarixi 
Ümumdünya  pedaqoji  hərakatını    bədii  ümumiləşdirməyə 
nail  olmuşdur.  Poemanın  müxtəlif  yerlərində  nəzərə  dəyən 
şeir  bəndlərinin  tərənnüm  etdiyi  müxtəlif  pedaqoji  Simalar 
sanki  İsmayıl  müəllimin  davam  etdirdiyi  “ESTAFET”-n 
açdığı  qapılardan  keçərək  Tanrı  hüzuruna  (Əbədiyyətə) 
gəlib çıxırlar: 
 
                 Bir Sokrat qanmaza güdaza getdi, 
                 Min Sokrat doğuldu onun yerində. 
                 İmperator öldü, Sokratsa indi 
                 Yaşayır dünyanın Məktəblərində. 
 
 
                 Yan Amos Komenski: müasir məktəb. 
                 XVII əsrin parlaq Günəşi! 
               “Böyük didaktika”  və  ”Ana məktəb”: 
                 Budur Prometeyin əsl atəşi! 
 
 
 
 

 
 
 
19 
 
                
 
Cəlal Ünsizadə, Mir Möhsün Nəvvab...    
                 Məşədi İsmayıl*, Mirzə İsmayıl**... 
                 Mirzə Həsən Rüşti, Məhəmməd Tağı***...  
                 Məgər bu isimlər bir Günəş deyil?! 
 
                  Babil, Qədim Misir, Hindistanla Çin: 
                  İlk Müəllimləridir bəşərin bunlar. 
                 Odur ki, deyirəm bütün Qərb üçün: 
                  Tərbiyəsizlikdir  Şərqdə Oyunlar... 
 
                   Turan dağ deməkdir, A/İ/ran çöl, “ara!..” 
                   Az salın irqçilik söhbətin bura. 
                   Dara kitabəsi üstə “arika” 
                  “Azğın” söyləməkdir, “ari irq” hara?.. 
 
 
 
    ------------------------ 
  *PS:Məşədi İsmayıl Hacı Kazımzadə--Bəzmi. (Mirzə Kazım Qazi 
Əsgərzadə Axund Əhmədov.İ832:Təbriz mahalı,Sərabın Bərəquş 
qəsəbəsi—1892. ) İrəvan milli məktəbinin (28 mart 1882-ci il)  banisi. 
    **PS:  Mirzə İsmayıl (-Qasir) Molla Səlim oğlu Axundov. 
(1806:Şirvan Diyarının Ləki  kəndi.—1900) Lənkəran milli məktəbinin 
(1883--1900-ci illər) banisi. Qasirin adı 1884-cü ildən etibarən 1900-cü 
ilədək 18 il “Kavqazskiy kalendar”ın nəşrlərində ikisinifli ibtidai məktəb 
müəllimlərinin Siyahısında çəkilir. 
   ***PS: Məhəmməd Tağı (-Sidqi) Səfərov. (1854: Naxçıvan mahalı--
1904) Naxçıvanda  1892-ci ildə (Ordubadda: “Əxtər”) və 1894-cü ildə 
(Naxçıvan şəhərində: “Məktəbi-tərbiyə”) anadilli məktəblər açmışdır. 
 
 
 
 

 
 
 
20 
                      Xaqani məktəbi. Ulu Şirvanım! 
                      Dünyaya İntibah gətirdi gəldi. 
                      Fəxr edir Səninlə Azərbaycanım: 
                      Can Vətən Tarixin necə gözəldi! 
 
                      Nizami,  Nəsimi,  Füzuli—məktəb! 
                    Müdriklik, cəsarət, heyrət məktəbi. 
                      Sözdən başlanğıc götürür mətləb, 
                    Simurq qanadıdır Müəllim təbi... 
 
    Burada dolaşdırılmış bir  “məsələyə” münasibət bildirmək 
istərdim.Bəzi  elmi  araçdırmaçılar  süni  yerli  təəssübküşliyə 
uyaraq,  Azərbaycan  Milli  Məktəbinin  tarixini  bir  qədər 
uzatmağa  və  banisinin  ismini  dəyişdirməyə  cəhd 
göstərmişlər. Əlbəttə, bu elmi nöqteyi-nəzərdən yolverilməz 
haldır.  Belə  ki,  ilk  Anadilli  məktəbin  tarixini  Talış 
mahalının  Qaradonlu  sərhəd  zastavasında  (əslən  Qarabağlı 
olan)  Mirzə  Sadiq  bəy  Mehmandarovun  (Səməd  bəy 
Mehmandarovun atasıdır. Səməd bəyin özü də bu məktəbin 
50  şagirdindən  biri  olmuşdur.)  təşəbbüsü  və  maliyyə 
yardımı ilə (əslən Şirvanlı olan) İsmayıl Qasirin müəllimlik 
etdiyi məktəbdən başlamaq istəyirlər. 1848-ci ildən fəaliyyət 
göstərmiş  bu  məktəb  “Anadilli  məktəb”  statusunda  və 
təyinatında  olmamışdır.  Çarizmin  Qafqazı  işğalından  sonra 
yerlərdə  rejimin  inzibati  təlabatları  ilə  bağlı  xeyli  belə 
məktəblər  intişar  tapmışdır.  Onlar,  əsasən,  mütərcimlər  və 
digər  sahələr  üçün  kiçik  çar  məmurları  yetişdirirdilər.  Əski 
mollaxana, mədrəsə təhsili də ayrıca  
 
 
 

 
 
 
21 
fəaliyyətini davam etdirirdi. Belə ki, Şamaxının özündə XIX 
əsrin  30-cu  illərində  17  azərbaycanlı  molla  395  şagirdin 
təhsili ilə məşğul olurdu. 1858-ci ildə Şamaxı
  
quberniyasında  artıq  299  məktəb  və  mədrəsə  çalışırdı  ki, 
bunlarda  4700  nəfər  təhsil  alırdı.  Bu  məktəblərdə,  əsasən, 
Quranın  təfsiri,  ərəbcə  Oxu-yazı,  Fars  dili  və  İran  tarixi 
öyrədilirdi.  Sonralar  buraya  rus  dili  də  daxil  edildi.  Bu 
fəaliyyətlərin  nizamlanması  üçün  hətta    Qafqaz  Çar 
Canişinliyinin  rəhbərliyi  ilə  1829-cu  ildə  I  Nizamnamə, 
1835-ci ildə II Nizamnamə hazırlanıb təsdiq edilmişdi.   
   Zaqafqaziyada Qəza məktəblərinin yaradılması ideyası da 
məhz  ilk  olaraq,  canişin  general  Yermolovun  1825-ci  ilin 
aprelində  Rusiya  Maarif  naziri  Şişkova  rəsmi  Məktubunda 
açıqlanmışdır.  Qaradonlu  sərhəd  zonasında  açılmış  məktəb 
də  belə  məktəblərdən  biri  olmuşdur.  Həmin  məktəbin 
“banisi”  hesab  edilmiş  Mirzə  İsmayıl  Qasirin  özü  sonralar 
Mirzə  Sadıq  bəyə  ithaf  etdiyi  farsca  şeirlərindən  birində  
yazmışdı: 
                Ariflərin arifidir Mirzə Sadıq bəy-- 
                Duz-çörəkli, düz çərəkli, könül əhli bir insan. 
                Elmin bütün nöqtəsinə dəymiş onun qələmi. 
                Saf idrakı bir dəryadır, kamalısa asiman. 
                Onun ürfan ocağında oxuyurdu uşaqlar
                Yüz beytlik lüğət yazdım şeir ilə o zaman. 
                Fars dilindən, şəriətdən, bir də şeir-sənətdən 
                Dərs deyirdim... 
    Pedaqoq-şairimizin öz etirafı onu zorla “Azərbaycan Milli 
Məktəbi”nin  banisi  etmək  istəyənlərə  tutarlı  cavabdır. 
Qasirin  ədəbiyyat  və  pedaqogika  tariximizdə  yerini  əsla 
kiçiltmədən deyə bilərəm ki, məhz bizim bu  
 

 
 
 
22 
həmyerlimiz 
1860-cı 
ildə  ilk  dəfə  “Talış  dilinin 
qrammatikası”  adlı  dərs  vəsaitini  yazmışdır.  Onun  Seyid 
Əzimin  təsirilə  qələmə  aldığı  anadilli  məktəbimiz  üçün  ilk 
Dərs vəsaiti  isə 1894-cü ildə yazdığı “Qanuni-Mirzə  
İsmayıl  Qasir”  əsəridir.  Bu  da  onun  1883-1900-cü  illərdə 
Lənkaran  iki  sinifli  ibtidai  məktəbində  18  illik  Ana  dili  və 
şəriət  müəllimi  kimi  pedaqoji  fəaliyyətinin  nəzəri-təcrübi 
yekunu idi. 
   Tarixi  faktlar  sübut  edir  ki,  Azərbaycan  Milli Məktəbinin 
banisi  dahi  şair-pedaqoqumuz  Seyid  Əzim  Şirvani 
olmuşdur.  Onun  1869-cu  ildə  Şamaxıda  yaratdığı  Anadilli 
xüsusi  məktəb  xalqımızın  ilk  Milli  Məktəbidir.  Təsadüfi 
deyil ki, bundan bir il sonra, yəni 1870-ci ildə dahi pedaqoq-
şairimiz 
S.Əzim 
də 
Zaqafqaziya 
Müəllimlər 
Seminariyasının  Azərbaycan  şöbəsinin  açılışına  xüsusi 
dəvətlilər  arasında  olmuşdur.  Seyid  Əzimin  Anadilli 
məktəbi  əsası  Y.A.  Komenski  tərəfindən  qoyulmuş  Sinif-
dərs sistemli Yeni məktəbin (üsuli-cədidin) bütün tələblərinə 
və  prinsiplərinə  cavab  verirdi.  Belə  ki,  burada  keçilən  Dərs 
kitabları  da  müasirliyi  ilə  xüsusi  seçilirdi.  Bu  ilk  Anadilli 
milli  məktəbimizdə  rus  dili  K.D.Uşinskinin  “Vətən”,  hesab 
isə Yevtuşenkonun “Hesab məsələləri” dərsliklərindən tədris 
edilirdi. 
    Azərbaycan Peaqoji Universitetinin 2014-cü ildə  “Elm və 
Təhsil”  nəşriyyatında  çap  etdirdiyi  “Azərbaycan  məktəb  və 
pedaqoji fikir tarixi” adlı Dərsliyin “Seyid Əzim Şirvaninin 
anadilli  məktəbi”  bölməsində  oxuyuruq:  “Məktəbin  tədris 
planında Ana dili əsas yer tuturdu. Məhz bu xüsusiyyətlərinə 
görə  
 
 

 
 
 
23 
həmin  məktəb  Azərbaycan  Məktəb  Tarixində  ilk  nümunəvi 
anadilli  məktəb  hesab  edilir”  (Göst.  əsər.H.Əhmədov, 
səh.:185.).  Müəllim”  pedaqoji  poeması  Azərbaycan  Milli 
Məktəbinin  qarşıdan  gələn  150  İlliyinə  sanballı  töhfədir. 
Poemanın süget xətti nəsillərarası bir  
Estafet  yürüşünü  xatırladır.  Sokrat  –Komenski—Seyid 
Əzim—İsmayıl  müəllim  bu  Maarifçilik  hərəkatının  Məşəl 
daşıyıcıları  kimi  Dünəni,  Bu  günü  və  Sabahı  bədii-mənəvi 
təcəssüm etdirirlər. 
                 Elm İlahinin odudur! Sanma 
                 Biriylə başlayıb, biriylə bitdi. 
                 Bəşər yaranandan bəri daima 
                Məktəb sona çatmaz bir Estafetdir. 
     Poema barədə hər bir Oxucunun öz rəyi olacağına 
inanıram. Fikir plüarizminə sayğımı bildirməklə bərabər, 
düşünürəm ki, Azərbaycan Milli Məktəbinin qarşıdan gələn 
150 İlliyi (2019) münasibətilə qələmə alınmış bu Pedaqoji 
poemaya əsl diqqəti və qiyməti də Müəllim və Məktəb 
verəcəkdir.  
    Unudulmaz pedaqoq və gözəl  insan  İsmayıl İsmayılovun 
əziz  xatirəsinə  həsr  edilmiş  bu  əsər,  inanıram  ki,  hər  bir 
mərifət əhlinin stolüstü kitabı olacaqdır. 
    Bütün  müəllimlərimizə,  Müəllifin  və  şəxsən  özümün 
adımdan,  uzun  ömür,  can  sağlığı,  ailə  səadəti  və  pedaqoji 
fəaliyyətlərində uğurlar arzulayıram. 
 
 
                   
    
          

 
 
 
24 
                        
MÜƏLLİM   
 
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə