Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi Fənn: İnformasiya texnologiyaları Kurs: I qrup: 162a4



Yüklə 51,17 Kb.
səhifə2/7
tarix12.11.2022
ölçüsü51,17 Kb.
#68712
1   2   3   4   5   6   7
Əhmədzadə Nicat- İnformasiya texnologiyaları

Maskalanan virus (Rootkit) — Bu viruslar zərərli fəaliyyəti gizlətməkdən ötrü istifadə olunur. Onlar digər virusların fəaliyyətini antiviruslardan gizlədir, maskalayırlar. Rootkit-lər əməliyyat sistemini modifikasiya edib onun əsas funksiyalarını dəyişməklə öz mövcudluğunu və fəaliyyətini gizlədir, həmçinin virusu yaradan şəxsin yoluxmuş kompüterdə fəaliyyətini asanlaşdırır.
Casus (Spyware) — Adından göründüyü kimi bu tip viruslar istifadəçinin kompüterdən istifadəsi haqqında məlumatlar toplamaq və onu qarşı tərəfə (virusun yiyəsinə) göndərmək üçün hazırlamaqdan ibarət olur. Adətən, bu tip viruslar vasitəsilə hesablar parolları, bank kartı parolları və s. tipli şəxsi məlumatlar oğurlanır.
Zombi (Zombie) — Kompüter yoluxduqdan sonra bütün idarəetməsi qarşı tərəfin əlinə keçir. “Zombi” kompüterlər, adətən, şəbəkədə (belə şəbəkələr “bot-net” adlanır) birləşdirilir və onların resurslarından istifadəçinin xəbəri olmadan istifadə edilir. Bəzən kompüterin yoluxmasından istifadəçinin xəbəri belə olmur. Bəzən bu tip kompüterlər saytlara (Ddos attack) və digər şəbəkələrə hücum etmək üçün, eləcə də kripto — valyuta yaratmaq məqsədilə resurslarından istifadə oluna bilər.
Reklam yayanlar (Adware) — Bu tip proqramlar istifadəçinin icazəsi olmadan müxtəlif tətbiqlərin (məsələn “Browser”-lərin ) daxilinə özünü yerləşdirir və reklam xarakterli elanlar əlavə edirlər. Bir çox hallarda, pulsuz yayılan tətbiqlərin daxilində gəlirlər. (Nümunə üçün bir çoxlarınız “Yandex browser”-in digər tətbiqlərlə birgə yükləndiyi görmüsünüz) Bəzən bu tip tətbiqlər istifadəçi haqqında məlumatları toplamaq üçündə istifadə olunur.
Bloklayan & Şifrələyən (Winlock & crypto virus)Çox güman ki, bir çoxlarınız 2017-сi ilin may ayında xəbərlərdə dünyada bir neçə milyon kompüterin WannaCry tipli virusa yoluxduğunu və şirkətlərə çox böyük iqtisadi zərərin dəydiyini eşitmişdiniz. Bu tip viruslar kompüterə düşdükdən sonra özünü servis şəklində işə salır və faylları şifrələyir (bəzən isə bir dəfəlik silib yerində onun yerində yalançı fayllar yaradır) sonra isə kompüterin sönüb yanmasını, (əksər hallarda isə elə özü söndürüb yandırır) restart getməsini gözləyir. Növbəti addımda istifadəçi qarşısında kompüterinin bloklandığı və fayllarının şifrələnməsi barədə məlumat pəncərəsi açılır. Müəyyən məbləğ qarşılığında faylların bərpa edilə biləcəyi barədə təklif qoyulur.

Yüklə 51,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin