LogiSTİkanin әsaslari” fәnnindәn kurs iŞİ Fakültә: Mühәndislik Kafedra: Logistika vә nәqliyyat texnologiyaları Qrup: 1211a



Yüklə 0,54 Mb.
səhifə3/4
tarix28.05.2022
ölçüsü0,54 Mb.
#59840
1   2   3   4
MƏNZƏR

DAŞINACAQ YÜKLƏRIN MIQDARI

  1. Ələt-Şirvan istiqaməti q11=560 ton; q25=300ton;q30=110ton

  2. Şirvan-Ələt istiqaməti q42=890 ton;q53=670 ton;q65=710 ton

ANM-in yerləşmə ərazisini Ələt rayonunun Qaradonlu kәndi qəbul edirəm. ANM-dən şəhərin mərkəzinə məsafə 19 km-dir.


Beləliklə l0 = 19 km -dir. ANM-in iş günlərini həftənin iş günləri (bazar ertəsi – cümə), iş vaxtını isə saat 8:00-dən 18:00-a qədər qəbul edirəm.
Şirvan rayonunda ANM-in şəhərdən 5km məsafədə qəbul edirəm. yerinə yetirilən daşımalar üçün l0 =5km dir.
Şəhərlər arasında daşıma məsafəsi Google Maps-ə görə
Ldaş=140km dir


Seçilmiş yükləri nəzərə alaraq yüklərin daşınmasına qoyulan tələbləri nəzərdən keçirək. Ələt-Şirvan istiqamətində UN;Şəkər tozu;Toyuq-Cücə yemi (kisədə) nəzərdə tutulur. Şirvan-Ələt istiqamətində isə Kartof (kisədə) Tərəvəz ( karton qutuda) VƏ Spirtli içkilər (yeşikdə) nəzərdə tutulur.


DAŞINAN YÜKLӘRIN XARAKTERISTIKASI
Un (kisədə) daşınması
Ərzaq məhsullarının daşınmasının ən mühüm və məsuliyyətli məsələlərindən biridir. Hər biri öz daşıma şərtlərini tələb edir. Bütün qaydalara riayət edilməsi yükün təhlükəsizliyini təmin edir.
Un və yarmaların daşınması zamanı daşıyıcı yükü atmosfer yağıntılarından qorumalıdır. Un və yarmaların dayanıqlı iyi olan və qablaşdırmanın səthini çirkləndirən yüklərlə bir yerdə daşınması qadağandır.Un taralaşdırılmış və tarasız, yarmalar isə yalnız taralaşdırılmış şəkildə daşınmalıdır. Müqavilə ilə başqa hal nəzərdə tutulmadıqda, unun tarasız daşınması zamanı yükgöndərən yükün kütləsini müəyyən etməli, çənin qapaqlarını açıb-bağlamalı, unu çənə doldurmalı, yükləmə şlanqlarını açıb-bağlamalı, yükləmə qapaqlarını və boşaltma boru kəmərlərini plomblamalıdır. Unun tara ilə daşınması zamanı daşıyıcı yükü adına, yük yerlərinin sayına və yenidən çəkilmədən standart kütləyə uyğun qəbul etməli və təhvil verməlidir. Yükgöndərən un kisələrinin və ya yarmalar yığılmış yük altlıqlarının avtonəqliyyat vasitəsinin banının bortundan hündürə qalxdığı hallarda ortadan kəndirlə bağlamalıdır.



Unun daşınması üçün xüsusiləşdirilmiş avtomobil
Tərəvəzin daşınması
Tərəvəz ümumi təyinatlı, həmçinin furqon, izotermik furqon və ya refrijerator banı olan yük avtonəqliyyat vasitələri ilə daşına bilər. Şəkər çuğunduru özüboşaldan banı olan avtonəqliyyat vasitəsində daşına bilər. Tərəvəz daşınmasında istifadə olunan avtonəqliyyat vasitəsi hava şəraiti və daşınma məsafəsindən asılı olaraq, daşıyıcı ilə razılaşma yolu ilə yükgöndərən tərəfindən seçilir. Daşıyıcı avtonəqliyyat vasitəsinin yükgötürmə qabiliyyətindən tam istifadə etmək məqsədi ilə onun banının bortlarını calayıb artıra (banın döşəməsindən tərəvəzlərin daşınması zamanı 1,0 m hündürlüyə qədər, kələmin daşınması zamanı isə 1,5 m hündürlüyə qədər), həmçinin müqavilə ilə nəzərdə tutulduqda daşıma zamanı yükün atmosfer yağıntılarından, aşağı temperaturun təsirindən qorunması, habelə itkilərin qarşısının alınması üçün avtonəqliyyat vasitəsini xüsusi brezent və iplərlə təchiz edə bilər. Tərəvəz daşınmaya təqdim edildikdə, tara saz və quru vəziyyətdə, qoxusuz olmalı, həmçinin dövlət standartlarının, texniki və gigiyenik şərtlərin tələblərinə cavab verməlidir. Taralanmış tərəvəz avtonəqliyyat vasitəsinin banına sıx və arasında boş məsafə olmayan sıralarla yüklənməlidir. Tərəvəzin daşınması yükün faktiki kütləsi nəzərə alınmaqla, əmtəə-nəqliyyat qaiməsi əsasında yerinə yetirilməlidir.

Tərəvəzin daşınması üçün xüsusiləşdirilmiş avtomobil
Alkoqollu və alkoqolsuz içkilərin daşınması
Alkoqollu və alkoqolsuz içkilər tarasız üsulla xüsusi konstruksiyalı yük avtonəqliyyat vasitələrində (çənlərdə) və ya taralaşdırılmış üsulla ümumi təyinatlı yük avtonəqliyyat vasitələrində, furqonlarda, izotermik və ya refrijerator furqonlarda (atmosfer havasının temperaturundan asılı olaraq) daşına bilər. Alkoqollu və alkoqolsuz içkiləri taralaşdırılmış üsulla göndərərkən, yükgöndərən içkiləri daşınmaya daşınan yükün qorunub saxlanmasını təmin edən nəqliyyat tarasında təqdim etməlidir. Yükgöndərən yeşikləri avtonəqliyyat vasitəsinin banında bir-birinə sıx şəkildə, aralıq məsafə olmadan yerləşdirməlidir. Tam dolmamış banda yeşiklər sürüşüb yerini dəyişməməsi üçün müvafiq qaydada bərkidilməlidir. Yükgöndərən yükün bortdan yuxarı qalxdığı hallarda yeşikləri bağlamalıdır.

Alkoqollu və alkoqolsuz içkilərin daşınması üçün xüsusiləşdirilmiş avtomobil



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin