LÜĞƏTİ Müəllif qrupu



Yüklə 3.01 Kb.
PDF просмотр
səhifə1/17
tarix22.07.2017
ölçüsü3.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

İCTİMAİ VƏSAİTİN MONİTORİNQİ MƏRKƏZİ
ABŞ GERMAN MARŞAL FONDU
“Black Sea Trust for Regional Cooperation” 
Təşəbbüsünün 
dəstəyi ilə
DÖVLƏT MALİYYƏSİ 
TERMİNLƏRİ
LÜĞƏTİ
Müəllif qrupu:
 
 
 
Dr.İnqilab Əhmədov
Kənan Aslanlı
Şəhriyar Əhmədov
Bakı – 2008


Redaktor: Günel Kərimova
Korrektor: Kəmalə Cəfərli
Dizayner: Ramil Əhmədov
Dövlət  maliyyə  terminlərinin  mühüm  qisminin  müasir  izahını  əhatə 
edən  bu  kitab,  müvafiq  sahədə  çalışan  dövlət  məmurları,  universitet 
kollektivləri,  aktiv  vətəndaş  cəmiyyəti  nümayəndələri  və  bütövlükdə 
dövlət  maliyyəsi  ilə  maraqlanan  geniş  oxucu  kütləsi  üçün  nəzərdə 
tutulur.
Tiraj 1000
Kitab pulsuz paylanılır
ISBN 978-9952-8051-2-3
İVMM. Bakı–2008


Ön söz
Dövlət  maliyyəsi  Azərbaycan  iqtisadiyyatının  hazırkı  inkişaf 
mərhələsində bizim üçün müstəsna əhəmiyyətə malik sahəsidir. Təkcə 
ona görə yox ki, Azərbaycan neft ölkəsi olaraq iqtisadi inkişafını əsasən 
karbohidrogen  resurslarının  istismarından  və  onun  dünya  bazarında 
satışından əldə etdiyi dövlət valyuta vəsaiti hesabına təmin edir. Önəmlisi 
odur ki, cəmi 17 illik müstəqillik tarixinə malik olan ölkəmiz hələ də dünya 
iqtisadi terminologiyası ilə tam uyuşmayıb. 
Mövcud ədəbiyyatlarda dövlət maliyyəsi ilə bağlı termin və anlayışlar 
ya daha çox sovetin planlı iqtisadiyyatından miras qalmış “ənənəvi” xalq 
təsərrüfatı kontekstində işıqlandırılır (əsasən dövlət nəşrlərində), ya da 
dünya  maliyyə  praktikasında  artıq  bərqərar  olmuş,  ancaq  ölkəmizdə 
maliyyə bazarının zəif inkişafı ucbatından reallıqdan uzaq olan əcnəbi 
terminlərlə digər kənarlaşmaya yol verilir. Əlbəttə, dünya dövlət maliyyəsi 
terminologiyası artıq formalaşmış bir sahə olduğundan qlobal iqtisadiyyata 
inteqrasiya edən gənc ölkələr üçün yeni ixtiraya “ehtiyac” yoxdur. Əksinə, 
inkişaf etmiş dünyanın əksər digər nailiyyətləri kimi, bu anlayışların da 
istifadəsi  sırf  texniki  xarakter  daşıyır.  Problem  daha  çox  artıq  dünya 
iqtisadiyyatında formalaşmış dövlət maliyyəsi terminoloji bazasını oxucu 
üçün mümkün qədər əlçatan etməkdən ibarətdir. Bu terminlərin anlaşıqlı 
dildə  oxuculara  çatdırılması  bir  tərəfdən  praktiki  əhəmiyyət  daşıyıb  iş 
adamlarının biznes fəaliyyətində bu və ya digər anlayışın dəqiq mənasını 
bilmək zərurətindən irəli gəlirsə, digər tərəfdən iqtisadiyyatı bir sahə kimi 
seçib gələcəkdə nəzəri biliyini artırmaq qərarına gələn oxucu üçün çox 
vacub əyani vasitə kimi ona böyük tələbatdan doğur.   
Sirr deyil ki, qloballaşan dünyada universallıq meyli hər sahədə olduğu 
kimi,  terminologiya  və  anlayışlar  sahəsində  də  xüsusilə  özünü  büruzə 
verir. Təbii ki, milliyyətindən və dilindən asılı olmayaraq, dünyanın hər 
bir  vətəndaşı  üçün  internet,  kompüter,  e-mail  və  s.  terminlər  o  qədər 
doğmadır  ki,  onları  ana  dilinə  tərcümə  etmək  haqqında  çox  az  sayda 
adam  düşünür.  O  qəbildən  də  dövlət  maliyyəsi  sahəsində  bir  sıra 
populyar anlayışları, məsələn, büdcə, bank, birja və s. bu kimi terminləri 
göstərmək  olar.  Amma  bununla  yanaşı,  dövlət  maliyyəsi  sahəsi  o 
qədər zəngin və mürəkkəbdir ki, burada çoxsaylı mürəkkəb anlayışlar 
da  mövcuddur.  Onların  mənasını  bilmədən  bu  sahəni  fəth  etmək  isə 
mümkünsüz görünür.
Bütün bunları nəzərə alaraq müəllif qrupu qarşısında çox mürəkkəb bir 
vəzifə dururdu: mürəkkəb detallarına varmadan bu sahədə istifadə edilən 
ən populyar və faydalı terminləri seçib onların mənasını açıqlamaq. Nə 
dərəcədə  bu  məqsədə  nail  olunub,  bunu  siz  müəyyənləşdirəcəksiniz. 
Ümumiyyətlə,  lüğət  hazırlanarkən  əsasən ABŞ  və  Böyük  Britaniyanın 
müvafiq  sahədəki  nüfuzlu  nəşrlərindən,  tanınan  iqtisadi-maliyyə 
elektron  resurslarından,  eyni  zamanda  Azərbaycanın  bank-maliyyə 


qanunvericiliyindən  və  rəsmi  statistika  terminologiyasından  istifadə 
edilmişdir.
Beləliklə,  biz  kitaba  daxil  etdiyimiz  650  terminin  seçimini  etdik  və 
ümidvarıq ki, sizin üçün həm praktiki işinizdə, həm də nəzəri fəaliyyətinizdə 
məhz onlar daha gərəkli olacaqdır.
 


A
A
Adambaşına  düşən  pul  gəlirləri  (per  capita  income)  –  hesabat 
dövründə əhalinin pul gəlirlərinin onun orta illik daimi sayına bölünməsi 
yolu ilə müəyyən edilir. Ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına 
nisbəti isə ailədə adambaşına düşən orta gəlirdir.
Adambaşına düşən sosial transferlər (per capita social transfers) – 
dəyər transferlərinin (natura şəklində sosial transferlər istisna olmaqla) 
və  natura  şəklində  sosial  transferlərin  cəminin,  yaxud  müxtəlif  sosial 
transferlərin  hər  birinin  kəmiyyətinin  əhalinin  orta  illik  daimi  sayına 
bölünməsi yolu ilə müəyyənləşdirilir.
Akrhesabı  ödənişlər  (acreage  fees)  –  karbohidrogen  ehtiyatlarının 
işlənməsi  ilə  əlaqədar  xarici  sərmayəçilər  tərəfindən  müqavilə 
sahəsindən istifadə üçün hökumətə ödənilən vəsaitlər.
Aksiz  (excise)    bəzi  kütləvi  istehlak  mallarının  (tütün  məmulatları, 
spirtli  içkilər,  bəzi  yanacaq  növləri)  qiymətinə  və  ya  tarifinə  əlavə 
edilən dolayı vergi növü. Azərbaycan Respublikasında aksizli mallara 
aşağıdakılar aid edilir: spirt, pivə və spirtli içkilərin bütün növləri; tütün 
məmulatları;  neft  məhsulları;  minik  avtomobilləri  (xüsusi  nişan  və 
avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri 
istisna olmaqla); istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər 
üçün nəzərdə tutulan digər üzən vasitələr.
Aktivlər (assets) – mühasibat termini olub geniş mənada müəssisənin 
sahib  olduğu  bütün  maddi  varlıqları  əhatə  edir.  Müəssisənin 
aktivlərinin cəmi “balance sheet” sənədində onun öhdəliklərinin cəminə 
bərabər  olmalıdır.  Beynəlxalq  mühasibatlıqda  aktivlərin  aşağıdakı 
təsnifatı  mövcuddur:  (a)  cari  aktivlər  –  nağd  pullar,  qiymətli  kağızlar, 
bank  depozitləri  və  nağd  pula  mümkün  qədər  tez  çevrilə  bilən  digər 
predmetlər; (b) ticarət investisiyaları – “qız” və ya birgə kompaniyalara 
investisiyalar; (c) “fixed” aktivlər – torpaq, binalar, fabriklər, maşın və 
avadanlıqlar, mebellər; (d) qeyri-maddi aktivlər – qudvill (xoşməramlı, 
müsbət reputasiya), patentlər və s.
Aktivlər  və  passivlər  (assets  and  liabilities)    aktivlər  keçmiş 
hadisələr  nəticəsində  obyekt  tərəfindən  idarə  olunan  elə  resurslardır 
ki,  bunlardan  gələcək  iqtisadi  effekt  və  xidmət  potensialının  obyektə 
axması gözlənilir. Passivlər keçmiş hadisələrin nəticəsi olan obyektin 
mövcud olan öhdəçilikləridir.


A
Aktiv  və  passiv  rüşvətxorluq  (active  and  passive  bribery)  –  aktiv 
rüşvətxorluq  rüşvət  verən  və  ya  verməyə  söz  verən  şəxs  tərəfindən 
törədilən  cinayətdir.  Passiv  rüşvətxorluq  rüşvət  alan  tərəfindən 
törədilən cinayətdir. Aktiv rüşvətxorluq təklif tərəfində, passiv isə tələb 
tərəfində  baş  verir.  Hüquqi  jarqonda  (misal  üçün,  Korrupsiya  üzrə 
Avropa Şurası Cinayət Hüququ) ictimai məmurların aktiv rüşvətxorluğu 
rüşvət sözvermə, təklifetmə və ya rüşvətvermə kimi təyin edilir. Passiv 
rüşvətxorluq isə rüşvət qəbul etmə kimi təyin edilir. Bu vacibdir ki, aktiv 
rüşvətxorluq  heç  də  həmişə  rüşvət  verənin  təşəbbüsünü  bildirmir. 
Rüşvət  alan  adam  tez-tez  birinci  tələb  edir.  O,  sövdələşmənin  fəal 
tərəfi olur.
Alınmış istiqrazlar üzrə müəssisələrin borcları (company debts for 
borrowed bonds) – başqa müəssisə və təşkilatlardan (banklar istisna 
olmaqla) alınmış istiqrazlar üzrə borcların məbləğini əks etdirir. 
Alınmış rəsmi transferlər (received official transfers)  digər dövlət 
idarəetmə  orqanlarından  və  beynəlxalq  təşkilatlardan  alınmış  bütün 
qaytarılmayan,  əvəzsiz  ödəmələrdir.  Buraya  xüsusi  layihələrin  və  ya 
proqramların  tətbiqi,  əsas  büdcəyə  və  ya  istənilən  digər  məqsədə 
kömək göstərilməsi üçün nəzərdə tutulmuş təzminatlar və hədiyyələr 
də daxildir.
Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı (International Organi-
zation Of Supreme Audit Institutions  INTOSAI)  INTOSAI BMT-
yə və ya onun ixtisaslaşmış agentliklərinə üzv olan ölkələrin ali audit 
institutlarının peşəkar beynəlxalq təşkilatıdır. INTOSAI 1953-cü ildə o 
dövrdə Kubanın Ali Audit Təşkilatının rəhbəri olan Emiliyo Fernandez 
Kamusun  təşəbbüsü  ilə  formalaşıb.  Həmin  vaxt  34  ölkənin  ali  audit 
institutunun iştirakı ilə Kubada INTOSAI-nin I konqresi keçirilmişdir. Bu 
gün isə təşkilatın 186 üzvü vardır. INTOSAI muxtar, müstəqil və qeyri-
siyasi təşkilatdır. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi 
konsultativ  statusa  malik  qeyri-hökumət  təşkilatıdır.  Bir  çox  onilliklər 
ərzində  təşkilatın  Baş  Katibliyinə Avstriya Audit  Təşkilatı  ev  sahibliyi 
etmişdir. Hal-hazırda da təşkilatın mənzil-qərargahı Vyanadadır. 1977-
ci ildə INTOSAI Lima Deklarasiyasını qəbul etmişdir. Bu sənəd təşkilatın 
əsas  konseptual  və  fəlsəfi  yanaşmasını,  xüsusi  vurğulanan  müstəqil 
və demokratik dəyərlərini aydınlaşdırır. Dövlət sektorunun auditi üzrə 
beynəlxalq  miqyasda  tanınmış  lider  təşkilat  olaraq  INTOSAI  maliyyə 
idarəetməsi  və  digər  əlaqəli  sahələrdə  beynəlxalq  rəhbər  sənədlər 
hazırlayır,  müvafiq  metodologiyaları  inkişaf  etdirir,  təlimlər  hazırlayır 
və üzvlər arasında informasiya mübadiləsini təmin edir. INTOSAI-nin 5 
rəsmi dili mövcuddur: ərəb, ingilis, fransız, alman və ispan. INTOSAI-nin 
ən gənc regional İşçi Qrupu 1990-cı ildə Berlin Deklarasiyası əsasında 


A
I Madrid konqresində formalaşan Avropa Ali Audit İnstitutlarının Təşkilatı 
olan EUROSAI-dir. EUROSAI-nin hazırda 47 üzvü vardır ki, bunlar 46 
Avropa  ölkəsinin  ali  audit  institutları  və Avropa Auditorlar  Palatasıdır. 
EUROSAI-nin  məqsədləri:  üzvlər  arasında  peşəkar  əməkdaşlığın 
inkişafı;  informasiya  və  sənədləşmə  mübadiləsinin  təşviqi;  maliyyə 
nəzarətində  istifadə  olunan  anlayışların  harmonizasiyası;  peşəkar 
maliyyə nəzarətçilərinin və auditorların hazırlanması.
Amortizasiya (amortization)  vaxt keçdikcə meydana gələn aşınma 
nəticəsində aktivlərin real dəyərinin getdikcə azalması.
Anderraytinq  (underwriting)  –  yeni  buraxılmış  qiymətli  kağızların 
investisiya  şirkətləri,  broker  firmaları,  yaxud  banklar  tərəfindən  ilkin 
bazarda yerləşdirilməsi.
Annuitet (annuity) – investora müəyyən müddətdən sonra (məsələn, 
pensiyaya  çıxdıqdan  sonra)  müntəzəm  gəlir  gətirmək  imkanı  verən 
investisiyalar. Əsasən bu vəsait pensiya və sığorta fondlarına qoyulan 
vəsaitlərdir.
Antidempinq rüsumları (anti-dumping duties) – antidempinq rüsum-
ları  idxal  olunan  malların  qiyməti  Azərbaycan  Respublikası  gömrük 
ərazisinə  gətirildiyi  anda  ixrac  olunduğu  ölkədəki  real  dəyərindən 
xeyli  aşağı  olduqda  və  belə  bir  idxal  bu  qəbildən  olan  malların  yerli 
istehsalçılarına  ziyan  vurduqda  və  ya  bu  hal  istisna  edilmədikdə, 
Azərbaycan  Respublikasında  onların  istehsalının  təşkilinə  və  ya 
genişləndirilməsinə maneçilik törədildikdə tətbiq edilir.
Antiinhisar siyasəti (antimonopoly policy) – inhisarçılıq fəaliyyətinin 
qarşısının  alınması,  məhdudlaşdırılması,  aradan  qaldırılması  üzrə 
dövlət siyasətidir. Antiinhisar siyasətinin tərkib hissəsi olan tənzimləmə 
tədbirlərindən aşağıdakıları qeyd etmək olar:
1)  İnhisarçı  təsərrüfat  subyektlərinin  məhsullarının  (xidmətlərinin) 
qiymətləri üzərində dövlət nəzarətinin müəyyən olunması, bəzi hallarda 
isə maksimal qiymətin müəyyən edilməsi.
2)  Təsərrüfat  subyektlərinin  birləşdirilməsinə  və  qovuşmasına  dövlət 
nəzarəti.
3)  Təsərrüfat  subyektlərinin  gəlirlərindən  tutulan  vergilərə  onların 
bazardakı  payına  uyğun  olaraq  mütərəqqi  vergi  dərəcələrinin  tətbiq 
edilməsi.
4)  Barter  əməliyyatlarının  qadağan  edilməsi  və  kredit  verilməsi 
şərtlərinin sərtləşdirilməsi.
5) İnhisarçı təsərrüfat subyektlərinə dövlət köməyinin bütün növlərinin 
dayandırılması,  xüsusi  hallarda  həmin  müəssisələrin  məcburi 
bölünməsinin təşkili.


A
Arаlıq  istehlак  (intermediate  consumption)  –  müəyyən  bir  dövr 
ərzində  məhsul  və  yа  хidmətlər  istehsаl  etməк  məqsədilə  istifаdə 
оlunmuş məhsul (əsаs fоndlаr istisnа оlmаqlа) və bаzаr хidmətlərinin 
dəyəridir.  Mаddi  хərclər,  qeyri-mаddi  хidmətlərə  görə  ödənilən  pul, 
əsаsən  gediş  hаqqını  və  mehmаnхаnа  хidmətlərini  ödəməyə  sərf 
edilən  ezаmiyyət  хərcləri  də  burаyа  dахildir.  Аrаlıq  istehlакı  məhsul 
və хidmətlərin istehsаl prоsesinə dахil оlduğu vахt mövcud оlmuş və 
ticаrət-nəqliyyаt  əlаvəsini  və  məhsulа  görə  subsidiyаlаr  çıхılmаqlа, 
məhsulа  görə  vergiləri  (əlаvə  dəyər  vergisindən  bаşqа)  özündə 
birləşdirən istehsаlçının qiymətləri ilə qiymətləndirməк tövsiyə оlunur.
Ardıcıl  mühasibat  metodları  prinsipi  (consistent  accounting 
methods  principle)  –  maliyyə  bəyanatlarının  komponentlərinin 
strukturu,  mühasibat  metodları  və  qiymətqoyma  qaydaları  bir  ildən 
növbəti ilə keçiddə oxşardır.
Arrounun mümkünsüzlük teoremi (Arrow’s impossibility theorem) – 
Amerika  iqtisadçısı  Kennet Arrou  1952-ci  ildə  “İctimai  seçim  və  fərdi 
dəyərlər” (Social choice and individual values) adlı əsərində öz məşhur 
“mümkünsüzlük  nəzəriyyəsi”ni  belə  ifadə  etmişdir:  əgər  mümkün 
alternativlərin sayı ikini keçirsə, rasional kollektiv seçim etmək mümkün 
deyil.
 
Artan  yekun  mühasibatı  (Accrual  accounting)  –  artan  yekun 
mühasibatı gəlirlərin qazanıldığı, xərclərin isə baş verdiyi vaxt uçotunu 
nəzərdə  tutur.  Bu,  nağd  hesablaşma  və  əsas  mühasibatla  müəyyən 
fərqliliklər təşkil edir ki, razılaşmaları və başqa prosesləri yalnız nağd 
ödəniləndə və qəbul ediləndə tanıyır.
Artırılmış balans (augmented balance) – tam balans üstəgəl mərkəzi 
bankın səbəb olduğu istənilən itkilər.
Asimmetrik  informasiya  (asymmetric  information)  –  hər  hansı  bir 
razılaşmanın tərəfləri arasında bərabər bölünməyən informasiya. Bu, 
tərəflərin optimal qərarqəbuletmə şansını differensiasiya edir.
Audit  (audit)  –  əmtəə  istehsalı  və  satışı,  xidmət  göstərilməsi  və 
iş  görülməsi  ilə  məşğul  olan  təsərrüfat  subyektlərində  mühasibat 
uçotunun  dəqiq  və  dürüst  aparılmasının,  mühasibat  və  maliyyə 
hesabatlarinin müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya 
könüllü  ola  bilər  (təsərrüfat  subyektinin  öz  təşəbbüsü  ilə). Təsərrüfat 
subyektlərində  müqavilə  əsasında  maliyyə-təsərrüfat  fəaliyyəti 
sahəsində  yoxlama,  ekspertiza,  təhlil  aparmaq  və  yazılı  rəy  vermək, 
mühasibat  uçotu  qurmaq,  hesabat  göstəricilərinin  dürüstlüyünü 


A
təsdiq etmək və auditorun (audit fəaliyyəti ilə məşğul olan subyektin) 
peşə  fəaliyyətinə  –  nizamnamə  məqsədlərinə  uyğun  olaraq  maliyyə-
təsərrüfat  münasibətləri  sahəsində  digər  xidmətləri  göstərmək  isə 
auditor  xidməti  hesab  edilir.  Auditor  xidmətini  sərbəst  auditorlar 
və  auditor  təşkilatları  göstərir.  Sərbəst  auditor  dedikdə,  müvafiq 
strukturdan (AR-da Auditorlar Palatasından) aldığı lisenziyaya əsasən 
respublika ərazisində auditor xidməti göstərən fiziki şəxs başa düşülür. 
Auditor təşkilatı isə lisenziya əsasında müvafiq xidmət göstərən hüquqi 
şəxsdir.  Audit  həm  də  maliyyə-büdcə  ekspertizası  ilə  əlaqədar  milli 
audit standartlarına uyğun olaraq dövlət büdcə vəsaitləri və digər dövlət 
vəsaitləri ilə maliyyə əməliyyatlarının aparılmasının, dövlət büdcəsinin 
və  büdcədənkənar  dövlət  fondlarının  (təxsisatlarının)  büdcələrinin 
icrasının, dövlət əmlakının idarə edilməsi və onun barəsində sərəncam 
verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydalara və müddətlərə 
uyğun  həyata  keçirilməsini  müəyyən  etmək  üçün  aparılan  nəzarət 
metodudur.
Audit Komitəsi (Audit Committee) – təsərrüfat subyektində yaradılan, 
daxili  audit  siyasətinin  və  strategiyasının  hazırlanması,  həyata 
keçirilməsi   və  auditor  nəzarətinin  təşkilinə  məsul  olan  struktur 
bölmədir.
Audit  standartları  (auditing  standarts)  –  hər  bir  institut  öz 
xüsusiyyətlərinə  və  tələblərinə  uyğun  təyin  edir,  daxili  auditorların 
missiyasının  imkanları  və  daxili  audit  funksiyasının  məqsəd 
və  prosedurları  beynəlxalq  daxili  audit  standartlarına  hörmətlə 
aparılmalıdır.
Avropa  Birliyi  agentlikləri  (EU  agencies)    Avropa  Birliyi  (AB) 
daxilində fərqli hüquqi səlahiyyətə malik və büdcə fəaliyyəti ilə məşğul 
olan, ciddi şərtlər altında nümayəndəlik prinsipi ilə fəaliyyət göstərən 
qurumlar. Onların növləri: 
 İcraedici agentliklər (Executive agencies) – AB Komissiyasının qərarı 
ilə yaradılmış, birbaşa AB büdcəsi ilə bağlı Birlik proqramının bütün və 
ya müəyyən hissəsini həyata keçirən agentliklərdir.
  Ənənəvi  agentliklər  (Traditional  agencies)  – AB  Şurası  və Avropa 
Parlamenti  tərəfindən  yaradılmışdır.  Onlar AB  büdcəsindən  aldıqları 
qrantlarla  büdcənin  həyata  keçirilməsinin  müəyyən  məsələlərini  həll 
edirlər.
  Milli  agentliklər  (National  agencies)  –  AB  büdcəsindən  aldıqları 
qrantla müəyyən məsələləri həll edirlər.
Avropa Kənd Təsərrüfatı Zəmanəti və Rəhbərlik Fondu (European 
Agricultural Guarantee and Guidance Fund) – Avropa ümumi kənd 
təsərrüfatı siyasətini maliyyələşdirən alətdir.

10
A
Avropa Mərkəzi Bankı (European Central Bank) – avrozonada milli 
çərçivələrdən  daha  yuxarı  səviyyədə  monetar  siyasət  aparmaq  üçün 
yaradılmış  təşkilatdır.  1998-ci  ildə  Frankfurtda  təməli  qoyulmuşdur, 
avrozonada  monetar  siyasət  məsuliyyətini  öz  üzərinə  götürəndən, 
1999-cu  il  yanvarın  1-dən  isə  tamamilə  istismara  verilmişdir.  AMB 
avronu  qəbul  edən  üzv  ölkələrin  milli  bankları  ilə  işləyir.  AMB-nin 
idarəedici şurasının tərkibi altı üzvdən, idarəedici şura və Avropa Pul-
Kredit İttifaqının üzvləri olan milli bankların idarəedicilərindən ibarətdir. 
AMB  avro  banknotlarının  buraxılmasında  yeganə  hüquq  sahibidir. 
AMB-nin məqsədləri Maastrixt müqaviləsinə və aşağıdakılara söykənir: 
qiymət  sabitliyini  qorumaq;  qiymət  sabitliyinə  tabe  olmaq;  ittifaqın 
ümumi iqtisadi siyasətinə dəstək vermək. 
Avropa  Pul-Kredit  İttifaqı  (European  Monetary  Union)  –  Maastrixt 
müqaviləsinin  şərtlərinə  uyğun  olaraq  avrozonanın  pul-kredit 
ittifaqının  yaradılmasını  və  vahid  valyuta  –  avroya  keçidi  nəzərdə 
tutan  proqramdır.  AB-nin  üzvlərinə  müəyyən  şərtlərə  münasibətdə 
kifayət  qədər  bir  nöqtədə  birləşmək  hüququ  verilir.  Bu  təşkilat  da 
milli  valyutaları  əvəz  edən  avro  –  vahid  valyuta  ilə  bağlı  imkanları 
birləşdirmək üçün yaradılmışdır. Üç ölkə – İngiltərə, Danimarka, İsveç 
bu ittifaqa qoşulmamışdır.
Avrovalyuta (eurocurrency) – xarici valyutalarla əhəmiyyətli miqyasda 
əməliyyatlar aparan ölkədən kənarda hərəkət edən ayrı-ayrı ölkələrin 
milli  valyutasıdır.  Misal  üçün,  dollar  ABŞ-dan  kənarda  avrodollar 
adlanır.
Avtonom investisiya (autonomous investment) – məhsul buraxılışının 
doğurmadığı  investisiya  hesab  olunur.  Belə  investisiya  misal  olaraq 
dövlətin  infrastruktura  qoyduğu  investisiya  və  firmaların  innovasiya 
fəaliyyəti ilə bağlı investisiyasını göstərmək olar.
Ayrılan  xərclər  (allocated  expenditure)  –  üzv  dövlətlərə  ayrıla  bilən 
AB  xərcləridir.  Ayrılmayan  xərclər  isə  xüsusən  üçüncü  ökələrdə 
benefisiarlara  ödənmiş  xərclərlə  əlaqəlidir.  Ölkə  tərəfindən  ayrılan 
xərclərin büdcə balansı qaydasında hesablanması zəruridir.
Azərbaycan Respublikasında büdcə sistemi (budget system of the 
Azerbaijan Republic) – Azərbaycan Respublikasında büdcə sistemini 
Azərbaycan  Respublikasının  dövlət  büdcəsi,  Naxçıvan  Muxtar 
Respublikasının büdcəsi və yerli büdcələr təşkil edir. Büdcə sistemi bu 
sistemə daxil olan büdcələrin vahid prinsiplər əsasında fəaliyyətinə və 
onların müstəqilliyinə əsaslanır. Büdcə sisteminin vahidliyi tənzimləyici 
mədaxil  mənbələrindən  istifadə  etmək,  məqsədli  büdcə  fondları 

11
A
yaratmaq,  maliyyə  ehtiyatlarını  müxtəlif  səviyyəli  büdcələr  arasında 
bölüşdürmək  vasitəsilə  büdcələrin  qarşılıqlı  əlaqəsinə  əsaslanır. 
Büdcə  sisteminin  vahidliyi  eyni  büdcə  təsnifatı,  büdcə  sənədləri  və 
formalarından  istifadə  olunması,  büdcələrin  icrasına  dair  müntəzəm 
hesabatın və icmal büdcə hesabatının hazırlanması və qanunvericiliklə 
müəyyən olunmuş qaydada təqdim edilməsi yolu ilə təmin edilir.
İllər
2002
2003
2004
2005
2006
2007
2008
ÜDM-in 
dinamikası (%) 10.6
11.2
10.2
26.4
34.5
25.4
18.2
İnflyasiya 
səviyyəsi (%)
3.3
2.2
6.7
9.7
8.3
16.7
21.2
Dövlət 
büdcəsinin 
gəlirləri (mln.
AZN)
910.2 1225.5 1481.2 2055.2 3881.2 6006.6 10484
Dövlət 
büdcəsinin 
xərcləri (mln.
AZN)
931.7 1234.0 1501.0 2140.7 3789.7 6086.2 11060.6
Dövlət Neft 
Fondunun 
gəlirləri (mln.
AZN)
176
244
185.8
215.6
986
1886.2 10144.7
Dövlət Neft 
Fondunun 
xərcləri (mln.
AZN)
30.8
243.6
168.7
214.6
981.4 1061.2 4380.9
Dövlət Neft 
Fondundan 
dövlət 
büdcəsinə 
transferlər 
(mln.AZN)
-
100
130
150
585
585
3800
Neft gəlirləri 
(mlrd.dol.)
-
-
-
-
2.97
5.36
15.55
Yoxsulluq 
səviyyəsi (%)
46.7
44.7
40.2
29.3
20.8
18 – 20
15
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə