M a g I s t r a t u r a m ə r k ə z I Əlyazma hüququnda Şükürov Mübariz Yaqub oğlu «Bİznes infrastrukturunun iNKİŞafinin təŞKİlati İQTİsadi mexaniZMİ»


Sxem 1.1.   Bazar infrastrukturunun mahiyyətinə müxtəlif yanaşmalar



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə7/32
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#45394
1   2   3   4   5   6   7   8   9   10   ...   32
k-rov-M-bariz

Sxem 1.1.  

Bazar infrastrukturunun mahiyyətinə müxtəlif yanaşmalar 

Mənbə: İqtisadi nəzəriyyə: mikroiqtisadiyyat. Bakı, 2008. s.78 

 

Hər  bir  müəssisədə  texnoloji  prosesə  uyğun  olaraq  onun  istehsal 



infrastrukturunu  formalaşdıran  məhsul  buraxılışının  istehsal  bölmələri  təşkil 

olunur. 


Müəssisənin  istehsal  infrastrukturu  dedikdə,  onun  istehsal  bölmələrinin 

tərkibi  (iştirakçıları,  şöbələri,  sexləri,  istehsalı)  onların  qurulması,  yerləşdirilməsi, 

istehsal əlaqələri başa düşülür. 

Bazar infrastrukturunun mahiyyətinə müxtəlif yanaşmalar 

Bazar iqtisadi sisteminin normal fəaliyyətini təmin etmək üçün firmalara 

(müəssisələrə) və əhaliyə xidmətlər göstərən təsərrüfat

 

təşkilatlarının və qeyri- 



kommersiya müəssisələrinin sistemidir.

 

Bazarda həyata keçirilən alqı-satqı əməliyyatlarına xidmət edən,



 

onları həyata 

keçirən sahələrin, sistemlərin, firmaların vəhdəti

 

İqtisadiyyatın ümumi quruluşunun bazara xidmət edən və bununlada iqtisadi 



sistemin fəaliyyətinə şərait yaradan köməkçi tərkib

 

hissələrin (müəssisələrin) 



məcmusu

 

Bazarın çeşidli formalarının fəaliyyət göstərməsi üçün lazım olan iqtisadi 



sferanın alınmasına xidmət etməklə bazarlar sisteminin normal qarşılıqlı və 

səmərəli fəaliyyətini təmin edən sahə, forma, iqtisadi blokların

 

mürəkkəb 



sistemidir

 

 




10 

 Müəssisənin  istehsal  strukturuna  müxtəlif  amillər  təsir  göstərir:  buraxılan 

məhsulun xarakteri, onun hazırlanma texnologiyalarının xüsusiyyətləri, istehsalının 

miqyası, istehsal əlaqələrinin digər müəssisələrlə əlaqə formaları [11, 21]. 

İstehsal infrastrukturu aşağıdakı spesifik cəhətləri ilə fərqlənir: 

  İstehsal sahəsinin gəlirləri milli gəlir hesabına daxildir; 

  İstehsal infrastrukturu məhsulu onun üçün yeni olan keyfiyyətli formaya çevirir; 

  Bu  gün  istehsal  infrastrukturunun  iqtisadiyyatın  bütün  başqa  sahələri  ilə  bərabər 

əhəmiyyəti var. 

 İstehsal infrastrukturunun mahiyyəti ikitərəflidir. Birincisi, o, maddi istehsal 

prosesinin  normal  fəaliyyəti  ödənilməsinə  yönəlib.  İkincisi,  milli  iqtisadiyyatda 

əmək ehtiyatlarının təkrar istehsalı, insanın özünün normal həyat fəaliyyətini təmin 

edir. 

Sosial infrastrukturun formalaşmasının spesifik xüsusiyyətləri aşağıdakılar- 



dır: 

 

sosial  infrastruktur  sahələri  üçün  xidmətlərin  istehlakının  ərazi  lokallaşdırılması 



səciyyəvidir, yəni sosial infrastruktur müəyyən əraziyə bağlıdır. O, regiona işləyir. 

Regionun  sosial-iqtisadi  mühitinin  həyat  qabiliyyəti  və  etibarlılığı  sosial 

infrastrukturun  inkişaf  səviyyəsindən  çox  asılıdır.  O  regional  təsərrüfat 

kompleksinin  tərkib  elementi,  onun  alt  sistemi  kimi  formalaşır  və  fəaliyyət 

göstərir.  Öz  növbəsində  regional  təsərrüfat  kompleksi  özü  təkrar  istehsal  edən 

sistem  kimi  ictimai  təkrar  istehsal  prosesində  daxili  və  xarici  sistemlər  və  alt 

sistemlər arasında şaquli və üfüqi qarşılıqlı fəaliyyət göstərən iqtisadiyyatın bir çox 

sahələrindən  və  alt  sahələrindən  ibarətdir. 



 

Hər  regionun  konkret  şəraitdə  sosial 

infrastrukturunmüxtəlif  obyektlərinin  həlqələri  funksional  bloklar  yaradırlar:  a) 

məktəbəqədər  müəssisələr,  təhsil,  elm;  b)  səhiyyə,  idman,  turizm,  ətraf  mühitin 

qorunması;  c)  mənzil  təsərrüfatı,  kommunal  və  məişət  xidməti;  c)  pərakəndə 

ticarət,  ictimai  iaşə;  d)  məişət  kommunikasiyaları,  ictimai  nəqliyyat,  rabitə 

vasitələri və məlumatlandırma və s.. 

 

  bir  sıra  araşdırmalardan  məlum  olmuşdur  ki,  infrastrukturun  inkişafının  struktur 



elementlərinin  formalaşması  tsiklindən  fərqli  olan  öz  spesifik  tsikliyi  var.  Bu 


11 

infrastruktur  tsiklik  (infratsiklik)  özlərinin  faza  xarakteristikası,  tezlik  və 

amplitudasına 

görə 


struktur 

əmələ 


gətirən 

elementlərin 

tsiklərinin 

xaraktersitikalarının  dinamikası  ilə  fərqlənirlər.  Bəzən  onlar  fazalar  üzrə  üst-üstə 

düşə  bilərlər  və  bir-birlərinə  arxalana  bilərlər,  lakin  bu  yalnız  tədqiq  olunan 

sistemlərin inkişaf edə bilən "qısa" dalğalarında özünün göstərən xüsusi hallardada 

mümkündür,  Bundan  başqa,  infratsikllər  özü-özlüyündə  infrastrukturun  növ  və 

yarımnövlərindən (istehsal, sosial, institusional, fərdi, informasiya, ekoloji və s.)və 

tədqiq  olunan  hər  bir  sistemin  fərdi  xarakteristikasından  asılı  olaraq    çox  əsaslı 

şəkildə fərqlənir.  

  son  illərdə  sosial  infrastrukturun  inkişafının  üçüncü  xüsusiyyəti  əhalinin 

informasiya  təminatında  artan  tələbatıdır.  Həmin  tələbatın  ödənilməsində  xüsusi 

dinamiklik  qlobal  kompyuter  şəbəkəsinə  çıxış  imkanı  təmin  edən  maddi-real 

elementlərin  təşəkkülünü  və  fəaliyyət  göstərməsini  özündə  daşıyır.  Müxtəlif 

sahələrdə  böyük  imkanlara  malik  olmaqla  müasir  informasiya  texnologiyalarına 

əsaslanan yeni kommunikasiya sistemlərinin insan cəmiyyətinin bilmədiyi bərabər 

perspektivləri var. Bundan başqa, yeni texnologiyalar televiziya və radio verilişləri, 

mobil telefon rabitəsi sistemlərinin infrastrukturunun inkişafına ciddi təsir göstərir. 

Bazar  (biznes)  infrastrukturunun  inkişafı  etdirilməsi  və  formalaşdırılması 

günümüzün  ən  önəmli  və  aktual  olan  problemlərindəndir.  Ancaq  qeyd  olunan 

problemin nəzəri - metodoloji cəhətdən yetərincə öyrənilməməsi praktikada bir çox 

çətinliklər yaradır. 

K. Marks “infrastruktur” termininə açıqlama verərək bildirirdi ki, bu, əslində 

“ümumi  əmək  vasitələri”-dir  hansı  ki,  istehsal  prosesinin  maddi  şəraitini  göstərir 

və  o olmadan əmək prosesi “ya tamamən mümkün deyildir, ya da o, qeyri-təkmil 

şəkildə  baş  verir:  K.  Marks  əmək  vasitələrindən  danışarkən,  kanalları,  istehsal 

binalarını, torpağı və yolları nəzərdə tuturdu”. 

Professor V.T. Novruzov qeyd edir ki, infrastruktur (“infra”-alt, “struktura”-

tikili)  termini  hərfi  anlamda  tikintinin  kənardan  görünməz  olan  hissəsi,  yəni, 

bünövrəsi  anlamını  daşıyır.  İqtisadi  mahiyyəti  baxımından  isə  xüsusi  mənbədə 

infrastruktur  -  iqtisadiyyatın  təməlini  təşkil  edən  və  iqtisadi  sferaların  fəaliyyət 



12 

göstərməsinin mümkün olmasını təmin edən sahələrin məsmusu kimi qəbul olunur. 

Dolayı  desək,  infrastruktur  sferalarının  işçi  qüvvələrinin  yenidən  istehsalını, 

istehsalın fəaliyyət göstərməsini və insanların gündəlik həyatının təminatçısı olan 

bir kompleks kimi önəmli əhəmiyyəti vardır [18, 169]. 

Artıq  keçən  əsrin  40-cı  illərindən  başlayaraq  “infrastruktur”  anlayışına 

maddi  

istehsalın  fəaliyyəti  üçün  normal  xidmət  göstərən  sahələrin  toplusu  kimi 

yanaşılmağa başlandı. Keçmiş SSRl-də müvafiq problemin tədqiqinə XX əsrin 70-

ci  illərində  cəhd  edildi.  Lakin  həmin  illərdə  mərkəzləşdirilmiş  planlaşdırma 

sisteminin  hakim  mövqe  tutması  bu  problemin  araşdırmasını  lüzumsuz  etmiş, 

bazar  infrastrukturlarının  formalaşması  bir  növ  dondurulmuşdur.  Etiraf  etmək 

lazımdır ki, həmin dövrdə “real sosializm” pərdəsi altında bir sıra bu tipli struktur 

və institutlar yaradılsa da, bunlar real bazar şəraitində baş verən proseslərdən uzaq 

idilər  və  onlara  uyğun  ola  bilməzdilər.  Yalnız  keçən  əsrin  90-cı  illərində  keçmiş 

sovet imperiyası dağıldıqdan, buraya daxil olan respublikalar suverenlik əldə etdik-

dən,  onların  bazar  iqtisadiyyatına  keçidi  təmin  olunduqdan  sonra  sözügedən 

problemə aid məqalələr və monoqrafiyalar işıq üzü görməyə başladı. 

Digər  bir  alimlər  bu  problemə  makroiqtisadi  təhlil  baxımından 

yanaşdıqlarına  görə,  bazar  infrastrukturunun  elmi  izahında  sahələrə  bölmə 

prinsiplərindən  yararlanmağı  üstün  tuturlar.  Onlar  təsərrüfat  sahələrini,  “əsas”  və 

“ikinci” dərəcəli sahələrə bölməklə, bazar infrastrukturunu “ikinci dərəcəli”, daha 

doğrusu, asılı sahələr kompleksinə aid edirlər. Bəzən bazar infrastrukturu material 

resurslarının və işgüzar münasibətlərin hərəkətinə vasitəçilik edən, subyektlivliyinə 

və  müxtəlifliyinə  baxmadan  bu  münasibətləri  vahid  tam  kimi  əlaqələndirən 

təşkilati-hüquqi formaların məcmusu kimi təqdim olunur. Göründüyü kimi, burada 

da bazar infrastrukturu müstəqil bazar kimi yox, vasitəçilik xarakterinə malik olan 

təşkilati- hüquqi formaların üzvi sintezi kimi səciyyələnir. Məsələ burasındadır ki, 

bazar  infrastrukturu  bazarın  müxtəlif  formaların  fəaliyyətində  təkcə  vasitəçi 

subyekt kimi deyil, həm də bu fəaliyyət üçün, zəruri iqtisadi mühitin yaranmasına 




13 

xidmət  edir,  nəticədə  isə  bütoviükdə  bazar  iqtisadi  sisteminin  normal  fəaliyyəti 

təmin edilir. 

Bazar infrastrukturunun formalaşması və inkişafı problemlərinin tədqiqatçısı 

kimi  tanınan  professor  R.M.  Cəbiyevin  yanaşmasına  əsaslanaraq  desək,  bazar 

infrastrukturu,  öz  mənşəyi  və  təbiətinə  görə,  canlı  bir  orqanizm  kimi  iqtisadi 

sistemə təsir göstərməklə, onun normal fəaliyyətinin təmin edilməsində böyük rol 

oynayan  institutların  tam  bir  kompleksi  halında  çıxış  edir.  Onun  fikrincə,  bazar 

infrastrukturu,  çoxsaylı  əlamətləri  əsasında  bir  -  biri  ilə  qarşılıqlı  fəaliyyət  təşkil 

edən müstəqil  

bazarlardan ibarətdir [18, 172]. 

Lakin araşdırmalar göstərir ki, bir çox alimlər və praktiklər bəzi bazarları ya  

sərbəst  bazarlar  sırasına  aid  etmirlər,  ya  da  onları  ümumiyyətlə  bazar 

infrastrukturunun tərkibindən çıxarırlar. 

Müasir bazar infrastrukturu inkişaf etmiş ölkələrdə sahələr kompleksi şəklini 

almışdır və son  zamanlar bütövlükdə  sənaуe  sahələri ilə  müqayisədə  daha böyük 

sürətlə inkişaf edir. Bu bir çox amillərlə izah olunur və hər şeydən əvvəl, istehsal 

sektorunun  qabaqlayıcı  inkişafında  baş  verən  irəliləyişlərlə  əlaqələndirilir.  Ona 

görə  də  infrastruktur  bəzən  geridə  qalmış  bütövlükdə  iqtisadiyyatın  inkişafına 

əsaslı  təsir  göstərir.  İnkişaf  etmiş  ölkələr,  ilk  növbədə  ABŞ  bu  səbəbdən  fəal 

şəkildə  sahələrin  infrastrukturuna  əsaslı  kapital  qoyurlar.  Qərb  iqtisadi 

ədəbiyyatında  bu  proses  “iqtisadiyyatın  servisləşdirilməsi”  adını  almışdır.  Qeyd 

edək  ki.  bu  prosesə  digər  amillər  də  təsir  göstərmişdir:  ictimai  əmək  bölgüsü 

dərinləşmiş,  kredit  ehtiyatlarına  tələbat  artmış,  elmi-texniki  tərəqqi  daha  sürətlə 

inkişaf etmişdir. İstehsalın fərdiləşdirilməsi və diversifikasiyası daha böyük templə 

baş  verir,  iqtisadiyyatın  inkişafının  təbii  sərvətləri,  əmək  ehtiyatlarını  və  s.  kimi 

amillərin qorunmasına keçidi geniş vüsət alır. 

Müəyyən  inkişaf  mərhələsində  xalq  təsərrüfatındaki  yerinə  və  ona  ayrılan 

roluna  görə  infrastruktur  özlüyündə  milli  inkişafın  mühüm  ehtiyatlarından  birinə 

çevrilmişdir. Ondan istifadə etdikcə müəyyən olunmuşdur ki, infrastruktur sahələri 

istehsal  sahələri  ilə  müqayisədə  çoxlu  sayda  üstünlüklərə  malikdir.  İnfrastruktur 



14 

sahələri kiçik material tutumluluğu və ehtiyat tutunduğu ilə fərqlənirlər və bununla 

da  özünün  iqtisadi  tərəqqidə  ehtiyat  qoruyucu  növündəki  payını,  əlavəsini  təmin 

edirlər. İqtisadiyyatın digər sahələri ilə müqayisədə infrastruktur sahələrinin daha 

sürətlə inkişafı onları ümumi milli məhsul yığımına kifayət qədər yüksək və daima 

artan əlavələr verməsi ilə xarakterdə edirlər. İnfrastruktur sahələrinin məhsullarına 

tələbatın artmasının yüksək çoxşaxəli effekti onun olduqca gözəl xüsusiyyətidir və 

bu  infrastrukturun  özünün,  ilk  növbədə,  genişlənməsi  eləcə  də  bunun  vasitəsilə 

bütövlükdə  iqtisadiyyatın  inkişafına  impuls  verir.  Belə  ki,  yeni  avadanlıqların  və 

texnologiyanın  istifadəsinin  yüksək  səviyyəsi  və  sürətli  inkişafı  ilə  əlaqədar 

maşınqayırma  kompleksi  öz  üzərində  infrastruktur  sahələrini:  çox  böyük 

stimullaşdırıcı təsirini hiss edir [37, 21].  

Bazara  keçid  dövrünü,  məlumdur  ki,  bir  çox  dünya  ölkələri  yaşamışlar. 

Azərbaycan  da  bazar  iqtisadiyyatına  keçid  vəziyyətində  yerləşir.  Keçid  dövrü  – 

statistika  deyil,  dinamika,  prosesdir.  Bazar  iqtisadiyyatına  keçid  bir  proses  kimi 

uzun  illər  davam  edir.  O  bir  neçə  mərhələlərdə  həyata  keçirilir.  Keçid  dövrünün 

daha  məsuliyyətli,  əməktutumlu  və  kapitaltutumlu  mərhələsi  müasir  bazar 

infrastrukturunun  formalaşması  və  inkişafıdır.  Müəssisələrin  və  sahibkarlığın 

inkişafı  Azərbaycanın  iqtisadi  artımı  üçün,  dərin  iqtisadi  böhran  vəziyyətindən 

çıxış  üçün  həlledici  rol  oynayır.  Təəsüf  ki,  halhazırda  sahibkarlar  öz 

fəaliyyətlərində müxtəlif problemlərlə və çətinliklərlə qarşılaşırlar.  

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin