İşin gedişi
Əvvəlcə cihazın fırlanma periodunu təyin etməli. Bunun üçün cihazı şaquli ox üzrə mərkəzləşdirməli və onu kiçik - bucağı qədər burmalı. Sonra isə saniyəölçən vasitəsilə onun n0 =20-30 tam rəqsinə sərf olunan t0 zamanı ölçməklə (T0= t0 /n0) rəqsin periodunu tapmalı. Ölçməni 3-4 dəfə təkrar aparmalı.
Etalon silindirin radiusu r-i və onun kütləsi m-i təyin etməklə, onu cihazın üzərinə elə qoymalı ki, onların simmetriya və fırlanma oxları bir-birinə paralel olsun. Sonra isə oxlar arasındakı d- məsafəsini ölçməli.
1-ci bənddə olduğu kimi cihazın etalonla birlikdəki fırlanma periodu T1 -i təyin etməli.
Cihaz üzərindən etalonu götürməklə, onun üzərinə ətalət momenti təyin olunacaq yük qoyularaq, yenidən həmin qayda ilə onun T=t/n fırlanma periodunu təyin etməli.
T0, T1, T, m, r və d -in məlum qiymətlərinə görə (10) ifadəsinə əsasən cisimin ətalət momenti I -nin qiymətini hesablayın.
Təcrübəni 3-5 dəfə təkrar edin və təcrübənin nisbi xətasını hesablayın.
Hesablama cədvəli
№
|
T0,san
|
T1, san
|
T,san
|
m, kq
|
r, m
|
d,m
|
I, kq∙m2
|
1.
|
|
|
|
|
|
|
|
2.
|
|
|
|
|
|
|
|
3.
|
|
|
|
|
|
|
|
Laboratoriya işinə aid suallar.
Fırlanma hərəkətinin kinematikası. Fırlanma hərəkəti dinamikasının əsas tənliyi. Şteyner teoremi. Düzgün həndəsi formaya malik bəzi cisimlərin ətalət momenti.
LABORATORİYA İŞİ № 2
DÜŞMƏ ÜSULU İLƏ ƏTALƏT MOMENTİNİN TƏYİNİ
İşin məqsədi: Düşmə üsulu vasitəsi ilə cisimlərin ətalət momentinin təyininin öyrənilməsi.
Ləvazimat: Ətalət momentini təyin etmək üçün cihaz, müxtəlif forma və ölçüyə malik cisimlər, saniyəölçən, ştangenpərgar.
Qısa nəzəri məlumat
Bərk cisimlərin ətalət momentini təyin etmək üçün istifadə olunan üsullardan biri də düşmə üsuludur. Onun mahiyyəti aşağıdakılardan ibarətdir.
Ətalət momentini təyin etmək üçün istifadə olunan cihaz əsas etibarı ilə O-oxu ətrafında fırlana bilən üfüqi D-diskindən ibarətdir (Şəkilv1). D-diskini fırlatmaq üçün O-oxuna geydirilmiş B-barabanı üzərində nazik ip sarınmışdır. Bu ip P blokundan aşırılaraq, ucuna m yükü asılmışdır. Düşən yük barabandakı ipi açaraq D diskini agırlıq mərkəzindən keçən ox ətrafında fırladır. m yükünü müəyyən vəziyyətdə tərpənməz saxlamaq üçün E mexanizmi vardır. Yük düşərkən onun potensial enerjisi sürtünməni dəf etmk üçün görülən Şəkil 1
işlə sistemin və yükün kinetik
enerjisinin artmasına sərf olunur. Ona görə də
(1)
yazmaq olar. Burada, Ep – hərəkətin başlanğıc anında yükün potensial enerjisi, Ek – hərəkətin son anında onun kinetik enerjisi, E'k – həmin anda diskin, oxun və barabanın fırlanma hərəkətinin kinetik enerjisidir. Disk üzərində tədqiq edilən cisim olanda isə E'k - cihazla həmin cismin fırlanma hərəkətinin kinetik enerjisi olur. A - sürtünməni dəf etmək üçün görülən işdir. Əgər cihazın ətalət momenti I0, tədqiq edilən cismin ətalət momenti I olarsa, o zaman
(2)
Dostları ilə paylaş: |