Laboratoriya işinə aid suallar.Fırlanma hərəkətinin kinematikası və dinamikası. Fırlanan cisimin kinetik enerjisi. Düzgün həndəsi formaya malik bəzi cisimlərin ətalət momenti.
İşin məqsədi: Çevrilmiş fiziki rəqqas vasitəsi ilə sərbəstdüşmə təcilinin təyini.
Ləvazimat:Çevrilmiş rəqqas, saniyəölçən, ölçü lenti.
Ağırlıq mərkəzidən keçməyən oxa nəzərən ağırlıq qüvvəsinin təsiri altında tarazlıq vəziyyəti ətrafında rəqs edə bilən istənilən bərk cismə fiziki rəqqas deyilir (şəkil 1). Əgər fiziki rəqqası tarazlıq vəziyyətindən kiçik bucağı qədər kənara çıxarmış olsaq, bu zaman o ağırlıq qüvvəsinin Pt - toplananının fırlanma oxuna nəzərən malik olduğu qaytarıcı qüvvə momentinin M təsiri altında bucaq təcili əldə etmiş olacaqdır.