Digər tərəfdən Faradeyin elektromaqnit induksiya qanununa görə yaranan e.h.q-si maqnit selinin (ϕ) zamana görə dəyişmə sürəti ilə təyin olunur:
Bio-Savar-Laplas qanununa görə maqnit induksiyasınm qiyməti onu yaradan I cərəyanı ilə düz mütənasibdir. Maqnit seli ilə konturdan keçən cərəyan arasında isə
(1)
asılılığı vardır. Burada, L - mütənasiblik əmsalı olub induktivlik adlanır. Maqnit seli ilə cərəyan arasındakı bu asılılıq mühitin maqnit nüfuzluğunun (μ) maqnit sahəsinin intensivliyindən asılı olmadığı hal üçün doğrudur. Qeyd edək ki, ϕ maqnit seli həm də konturun forma və ölçülərindən asılı olaraq dəyişir. Bu dəyişmə induktivliyin həndəsi ölçüləri və mühitin maqnit nüfuzluğundan asılı olması ilə əlaqədardır. Kifayət qədər uzun solenoiddən cərəyan keçdikdə yaranan maqnit sahəsini bircinsli hesab etmək olar və solenoidin daxilində maqnit induksiyası:
Dostları ilə paylaş: |