M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


İnsan, fərd, fərdiyyət və şəxsiyyət



Yüklə 276,46 Kb.
səhifə54/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   ...   51   52   53   54   55   56   57   58   59
C fakepathmuhazir' felsefe'2021

14.4. İnsan, fərd, fərdiyyət və şəxsiyyət
İnsan problemi ilə əlaqədar olaraq "insan", "fərd ", "fərdiyyət" və "şəxsiyyət" anlayışları-nın təhlili, bu anlayışların ümumi cəhətləri-nin və fərqinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

İnsan – bütün "homo sariens"-lərə məxsus ümumi cəhətləri əks etdirən, yə'ni onları bütün heyvanlardan fərqləndirən növ anlayışıdır. İnsan öz təbiəti etibarilə bioloci olduğu halda, öz ma-hiyyəti etibarilə sosialdır. O, ictimai - tarixi fəaliyyətin və mədəniyyətin subyekti, dəqiq desək, mövjud ictimai münasibətlərin, ümumdünya tari-xi-mədəni prosesin məhsuludur. Fərd – insan nəsli-nin, özünəməxsus ümumi və spesifik cəhətlərini özündə birləşdirən ayrıja nümayəndəsidir. Fərd həm bioloci, həm sosial, həm də psixi tərəflərə malikdir. Fərddə bu tərəflər bir-birinə julğalaş-mış şəkildə mövjud olur. Beləliklə, fərd özünün antropoloci (bioloci ) və ictimai ( sosial ) tərəf-lərinə nəzərən etinasızdır. Fərd bizim qarşımıza janlı orqanizmin malik olduğu fiziki və ruhi qa-biliyyətlərin məjmusu kimi çıxır. Fərd dedikdə ayrıja, bir insan nəzərdə tutulur. Onun ümumi cəhətləri ilə yanaşı, fərdi cəhətləri də var-dır.

"Şəxsiyyət" anlayışı biososial varlıq olan insanın anjaq sosial tərəfini ifadə edir və on-dakı bu sosial tərəfin inkişaf dərəjəsini göstərir. Şəxsiyyət - yüksək zəkalılığı, öz hərəkət və davranışları üçün məsuliyyət hissi-ni, şəxsi ləyaqəti və başqa yüksək mənəvi key-fiyyətləri özündə təjəssüm etdirən şəxsdir. Şəxsiyyət müstəqil, sosial cəhətdən çox fəal olan insandır. Şəxsiyyətin başlıja cəhəti onun ictimai fəaliyyətidir.

İnsan anadan fərd kimi doğulur, şəxsiyyət ki-mi isə sonralar formalaşır. Əgər fərd anlayışı insanın ictimai münasibətlərin məhsulu olduğunu göstərirsə, şəxsiyyət anlayışı onu daha çox bu münasibətlərin subyekti kimi səjiyyələndirir.

Şəxsiyyət öz mahiyyətinə görə sosialdır, mövjudluq üsuluna görə fərddir. Fərd şəxsiyyətə çevrildikdə, həm də fərdiyyət xüsusiyyətini kəsb edir. Fərdiyyət hər bir fərdi başqalarından fərqləndirən spesifik, özünəməxsus konkret biolo-ci və sosial cəhətlərin məjmusudur. Hər bir ada-mın fərdiliyi bir tərəfdən bioloci amillərlə, digər tərəfdən isə sosial mühitlə, ictimai müna-sibətlər sistemi ilə şərtlənir. Beləliklə, " fərdiyyət " və " şəxsiyyət " anlayışları məzmun-ja qismən yaxındır. Bu yaxınlıq onda təzahür edir ki, bir tərəfdən bütün şəxsiyyətlər özünəməxsus keyfiyyətlərə malikdir, fərddir, təkrarolunmaz-dır, digər tərəfdən, məhz fərdilik şəxsiyyətin spesifikliyini ifadə edir. Lakin həmin anla-yışları tam eyniləşdirmək olmaz. Belə ki, əgər fərdiyyət anlayışı insanın təkrar olunmaz xüsu-siyyətlərini, oricinallığını ifadə edirsə, şəx-siyyət anlayışı daha çox insanın müstəqilliyi-ni, əqidə möhkəmliyini, şəxsi simasını, prinsi-piallığını, çətin vəziyyətlərdə müstəqil qərar qəbul etmək qabiliyyətini göstərir.

Fərdiyyət öz ifadəsini insanın təbii əlamətlərində, psixi xassələrində–hafizə, təxəyyül, temperament və xarakterində, onun sima-sının və həyat fəaliyyətinin xüsusiyyətlərində tapır. İnsanın şüurunun bütün məzmunu: fikirləri də, mühakimələri də fərdi rəng alır. Hətta bunlar müxtəlif adamlarda da ümumi olduqda belə, hardasa müəyyən "özünəməxsusluqla" fərqlənir. Şəxsiyyət isə yalnız öz ümumi xüsusiyyətləri cəhətindən deyil, həmçinin öz sosial - mənəvi keyfiyyətləri cəhətindən nəzərdən keçirilən bir insandır. Bu keyfiyyətlər həm müsbət, həm də mənfi ola bilər. Lakin çox zaman onlar müxtəlif nisbətlərdə insa-nın həm ləyaqətini, həm də çatışmazlıqlarını özündə birləşdirmiş olur.

Əməyin sayəsində heyvanlar aləmindən ayrı-laraq jəmiyyətdə inkişaf edən, dilin köməyi ilə başqa adamlarla ünsiyyətə girən insan öz əməlləri sayəsində həyatın fəal dəyişdiriji-sinə çevrilir. Şəxsiyyəti sosial mühitin passiv məhsulu kimi şərh etmək və şəxsiyyətdə fəal ictimai xadimi görməmək düzgün olmazdı. Şəxsiyyətin sosial təjrübəni mənimsəməsi prosesi onun daxili aləmi, istedadı vasitəsilə həyata keçirilir.

Şəxsiyyət, fərdin sosial keyfiyyətlərinin ifadəsi, onların obyektiv və subyektiv xarakteris-tikalarının vəhdətidir.

Şəxsiyyətin sosial strukturunda aşağıdakı ünsürləri qeyd etmək olar:

a) fəaliyyətin müxtəlif növlərində sosial keyfiyyətlərin reallaşması üsulu;

b) şəxsiyyətin obyektiv tələbatı və mənafeyi;

v) jəmiyyətin mənəvi sərvətlərə yiyələnmə dərəjəsi, yəni şəxsiyyətin mənəvi aləmi;

q) şəxsiyyətin rəhbər tutduğu əxlaqi normalar və prinsiplər;

d) əqidə və əqidəyə sədaqət.

Hər bir şəxsiyyətdə bu struktur ünsürlərini müşahidə etmək olar. İnkişaf prosesində şəxsiyyətin sosial strukturu daim dəyişilir, təkmilləşir. Şəxsiyyət sosial mühitlə qarşılıq-lı təsir prosesində formalaşır.

Şəxsiyyətin fəallığının mənbəyini onun tələbatı təşkil edir. Məhz tələbat insanı müəyyən surətdə və müəyyən istiqamətdə iş görməyə təhrik edir. Tələbat şəxsiyyətin fəallığının mənbəyi kimi meydana çıxır.

Şəxsiyyətin fəallığı isə tələbatların tə"min olunması prosesində təzahür edir.

Hər bir şəxsiyyət təkrarolunmaz ünsiyyətlərə malikdir. Çünki o, tipik olanla fərdi olanın dialektik vəhdətidir. Ayrı-ayrı adamla-rın fəaliyyətində, davranışında uyğun cəhətlər də vardır. Ona görə də insanları uyğun, oxşar so-sial əlamətlərinə görə müxtəlif qruplara ayırmaq olar ki, bunları da, adətən, şəxsiyyətin sosial tipləri adlandırırlar. Şəxsiyyətin sosial tipi insanın öz fəaliyyət növlərini həyata keçirmək üsulları ilə bağlıdır.



Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin