Üçüncü mərhələ, Ellinizm mərhələsi adlanır. Makedoniyalı İskəndərin (e.ə. 356-323) dövründə Asiya və Qara dəniz sahillərindəki mədəniyyət şərti olaraq "Ellinizm" mədəniyyəti adlanırdı. Bu mərhələ eramızdan əvvəl VI əsrin axırından II əsrə qədər olan dövrü əhatə edir. Bu dövrdə klassik mərhələdən fərqli olaraq xeyli fəlsəfi sistemlər və məktəblər meydana gəlir. Özü də bunlar Platon və Aristotel fəlsəfəsinin tə"siri altında yaranırdı.
Dördüncü mərhələ, fəlsəfə tarixinə Roma mərhələsi kimi daxil olmuşdur. Bu, Antik fəlsəfənin inkişafında sonuncu mərhələdir. O, eramızdan əvvəl I əsrdən başlayaraq eramızm V-VI əsrlərina qədər davam etmişdir.