Dini şüur qədim dövrdə yaranmış, ictimai münasibətlərin inkişafı ilə bağlı müxtəlif dəyişikliklərə məruz qalmış, bizim günlərdə də adamların davranış və əməllərinə təsir etməkdə davam edir. Tələbələrin nəzərinə çatdırmaq lazımdır ki, din insan və cəmiyyətin mənəvi həyatının mühüm və zəruri fenomenidir. Şopenhauerin sözləri ilə desək, “xalqın metafizikası”, yəni fəlsəfəsi onun dünyagörüşünün ayrılmaz komponentidir. Dinin öyrənilməsi ilə ilk növbədə ilahiyyat, eyni zamanda tarix və fəlsəfə məşğul olmuşlar. İlahiyyat vəhy yolu ilə verilən dini şüurun faktlarının adekvat şərhinə cəhd edir. Tarix dini şüurun yaranması və inkişafı prosesini tədqiq edir, müxtəlif dinlərin yaranmasının ümumi prinsiplərinə müqayisə edir və onların təsnifatını verir. Fəlsəfə ilk növbədə dinin mahiyyətini təhlil verir, dünyagörüşü sistemində onun yerini müəyyənləşdirir, onun psixoloji və ictimai aspektlərini, onun ontoloji və idrakı mənasını aydınlaşdırır, inam və biliyin qarşılıqlı münasibətini işıqlandırır, insan və Allahın münasibəti problemini, dinin mənəvi mənasını və onun cəmiyyət həyatındakı rolunu, həm insanın, həm də bəşəriyyətin mənəvi inkişafını təhlil edir.
Din terminin özünü müxtəlif cür şərh edirlər: bəzilərinə görə bu latın sözü olub (religare) – bağlamaq, başqaları, məsələn, Siseron relegere – yığmaq mənasını bildirdiyini qeyd edirlər. Lakin onun ən adekvat kökü religio - sözündən olub – möminlik, müqəddəslikdir. Mahiyyətcə din mütləq başlanğıcın, yəni Allahın tanınmasının ifadəsidir, ondan sonlu olan hər şey, - o cümlədən insan-həyatımızı Mütləq olanla razılaşdırmağa cəhdimizdən asılıdır. Ona görə də hər bir dində iki tərəf: nəzəri - Mütləqi anlamaq ifadə olunur və praktiki – Mütləqin insanın həyatı ilə real əlaqəsinin yaradılması- tapmaq olar. Bununla belə Allahın dərk olunması son dərəcə müxtəlif ola bilər və daşa (litolatriya), bitkiyə (fitolatriya), heyvana (zoolatriya), oda (pirolatriya), insana (antropomorfiznin müxtəlif formaları) ehtiramla ifadə olunur. Nəhayət, Mütləq mücərrəd ideya formasında təsəvvür oluna bilər, məsələn, Allahın müxtəlif: deist, teist, panteist - formada qəbul olunması.
Dostları ilə paylaş: |