Kəmiyyət və keyfiyyət dəyişikliklərinin dialektikası-Hələ qədim dövrlərdə yunan filosofları diqqəti belə bir məsələyə cəmləşdirmişdirlər ki, lap az, müəyyən vaxt hiss edilməyən bu və ya digər predmetin dəyişikliyi toplanaraq daha çox hiss olunan dəyişikliyə çevrilə bilər. Deyək ki, qum təpəsindən qumun və ya adamın başından saçın azalması tez – gec qum təpəsinin yox olmasına, adamın keçəl olmasına gətirib çıxarır. Həm də burda bir vəziyyətdən digərinə keçidin sərhəddi dağınıqdır, tutulan deyil, digər hallarda bu sərhəd qəti hiss olunur. Bu cür həyati, praktiki, sonra həm də elmi misallar çox gətirmək olar. İdman və peşə ustalığı, savadlılıq, ağıllılıq zərrədən toplanır, sonra isə hiss olunur. Qocalıq insana gizlincə yaxınlaşır. Alkoqol və ya narkotik maddələrin təsadüfən, bir dəfə istifadə edilməsindən alkoqolizmə, narkomaniyaya gətirib çıxarır. Keçid sərhəddi hiyləgərdir (qəddardır). İstehsalın ətraf mühitə ziyanlı təsiri tədricən toplanır. Hegel bu cür dəyişiklikdə sadəcə olaraq maraqlı hadisəni deyil, kəmiyyət dəyişikliyinin keyfiyyətə keçməsi qanunun adını alan ən ümumi qanunauyğunluğu gördü.