«Noosfera» (hərfi mənası-əql sahəsi) terminini ilk dəfə 1927-ci ildə E. Lerua, sonra isə P. Teyyar de Şarden istifadə etmişdir. Vernadskinin özü noosfera haqqında təlimin əsas ideyalarını artıq XX əsrin əvvəllərində işləmiş və bu haqda öz fikirlərini söyləmişdir. Artıq o vaxt dünyanın qlobal yenidən qurulmasında insan əqlinin imkanları götür-qoy edilmiş, insann təbiətə təsirinin prespektivləri, onların qarşılıqlı münasibətlərinin tezliklə harmonikləşməsinin zəruriliyi təhlil olunmuşdur. Bu anlayışın müəyyən edilməsində mövcud olan müxtəlif yanaşmalar haqqında demək olar ki, noosfera biosferanın və bütün planetin mövcud olmasının yeni mərhələsidir, bu vaxt insanın şüurlu fəaliyyəti, Əqli biosferanın təkamülündə yalnız həlledici amil olmayıb, həm də eyni zamanda onun qorunmasıdır. Bu vaxt cəmiyyət kortəbiiliyi əvvəllər zəif nəzarət olunan məhsuldar qüvvələrin inkişafına, təbiətə müdaxiləyə şüurlu nəzarət edir, onu nizama salır. Noosfera mərhələsində cəmiyyətin təlabatı geo və biosferanın imkanları ilə ölçülür. Biosfera və sivilizasiya müxtəlif, bir-birinə zidd hissələr kimi qəbul edilməməli, vahid bütövün tamı kimi, bir-birini tamamlayan, bir-birinə kömək edən bir orqanizm kimi qəbul olunmalıdır.