M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə42/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   38   39   40   41   42   43   44   45   ...   184
muhazire FELSEFEyeni (1)

Varlıq probleminin birinci aspekti - varlıq haqqında fikirlər zənciridir, bir sıra suallara verilən cavablardır. Hər bir cavab yeni sual yaradır. Nə mövcuddur? Dünya. Harada mövcuddur? Burada və hər yerdə. O çoxdan mövcuddur? İndi və həmişə: dünya olmuş, var və olacaqdır, o keçici deyildir. Ayrı-ayrı şeylər, orqanizmlər adamlar onların həyat fəaliyyəti uzun müd­dət mövcud olur? Onlar sonludur, keçicidir, problemin kökü, bütöv mənası gərginliyi- kimi təbiətin keçici olmayan varlığı və şeylərin, təbiətin vəziyyətinin, insanın keçici varlığının ziddiyətli vəhdətindədir.

Varlığın ən ümumi məsələlərinin tədqiqi fəlsəfi biliyin xüsusi bölməsinin-ontologiyanın məzmununu təşkil edir. Artıq qədim dövrlərdə onun problemi dəqiq müəyyənləşmişdir- fəlsə­fənin bu sahəsinin əsas kateqoriyası “varlıq” kateqo­ri­yasıdır. Fəlsəfədə “varlıq” sözü adi danışıqda işlədilən, həm də az-az işlədilən varlıq sözünə nisbətən başqa məna kəsb edir. Deyilən sözün xüsusi əhəmiyyətini və ya “yüksək tərzini” ifadə etmək üçün bu sözdən istifadə olunur. Əksər hallarda neytral termin olan “mövcudluq” sözü işlədirlər

“Varlıq” anlayışının fəlsəfi mənası adi işlənən varlığa nə əlavə etmişdir? Bu suala cavab vermək üçün başlanğıc, ilkin problemi qısa və dürüst ifadə etmək lazımdır - məhz bunu ifadə etmək üçün fəlsəfədə bu anlayış yaranmışdır. Həm də bu bir yox, çoxlu problemlərdi - məhz onun qoyuluşu ilə hər cür dürüst etmək başlamalıdır. İlk addım öz-özünə məlum olanların etiraf olunmasıdır: bizim yaşadığımız dünya mövcuddur. O sadəcə olaraq “var”, mövcuddur, adamlara yaşamaq üçün veril­mişdir. Dəyişikliklərə baxmayaraq həmişə hansısa sabitliyi, əlaqəliliyi, nizamlılığı saxlayır.

Dünyanın bütövlükdə mövcudluğunu qeydə alan fikrimiz labüd olaraq ataraq irəliyə doğru hərəkət edir: o necə möv­cuddur? Bu sual varlığın bir sıra xarakterini aydınlaşdırmağı nəzərdə tutur:

- Dünya əbədi mövcuddur? O həmişə olmuşdur, var və olacaqdır? Yoxsa o nə vaxtsa yaranıb, deməli gec-tez məhv olacaqdır?

- Bizim dünya məkanca sonlu və ya sonsuzdur? Dünyanın təşkilinin məkanca həddi, sərhəddi varmı?

- Bizim dünya nəyin hesabına mövcuddur? Onu “saxlayan” nədir, onu “dağılmağa” qoymayan, görünən nizamlılığı, mütə­şəkkilliyi qoruyan nədir? Əgər müşahidə etdiyimiz dünya nə vaxtsa yaranıbsa, onda onun yaranmasının səbəbi nədir və ya kimin iradəsilə yaranmışdır? Nədən yaranmışdır?

- Bizim dünya təkdir və ya çoxdur? Bu cür dünya çox­durmu və ya o təkdir?

- Dünya bütövlükdə inkişaf edir, dəyişir və ya o sabitdir, daimidir, dəyişən isə yalnız onun elementləridir? Əgər o dəyişirsə, onda dünyanı hərəkətə gətirən nədir? Onun hərəkə­tinin və ya inkişafının mənbəyi hardadır?

- Bizim dünyanın mövcudluğunun hər hansı mənası varmı? Nə üçün o mövcuddur? Hansı məqsəd üçün? Yoxsa bu məqsəd və məna yoxdur, görünən məqsədəuyğunluq bizim təsəvvürü­müzün məhsuludur?

- Dünyanın bir hissəsi kimi insanın ağıllı olması bütöv­lükdə dünya üçün lokal, “təsadüfidir”, yoxsa universal, onun bütün varlığına hakim kəsiləndir? Və s. və i.a

Razılaşın ki maraqlı suallardır- ən azı maraq üçün bu suallara cavab axtarmağa dəyər. Lakin bu vaxt yalnız təbii maraq insana hakim kəsilmir. Bu suallara düzgün cavab tapmaq üçün həm də məlum “niyyətlər” olur...

Varlıq probleminin daxili məntiqi (bir çox cəhətdən onun fəlsəfi təhlilinin tarixinə uyğun gəlir) fəlsəfəni dünyanın “burada və indi” mövcudluğu haqqında sualdan sonsuz (və ya məhdud) bütöv kim dünyanın keçici olmayan (və ya keçici) mövcudluğu haqqında suala aparır. Daha sonra filosoflar aşkar etdilər ki, dünya bir tərəfdən, öz mövcudluğunda, varlığına yekcins deyil, müxtəlif tərkib edir bütövlükdə o keçici deyil, lakin onun ayrı-ayrı predmentləri keçicidir. Bütün kimi dün­yanın varlığı mövcud olan bütün dünyanın varlığından ayrıl­mazdır. Ancaq dünyanın varlığı və ayrı-ayrı şeylərin, vəziy­yətlərin, mövcudluğun dünyasının varlığı arasında fərq vardır. Digər tərəfdən dünya öz mövcudluğuna universal bütövlüyün ayrılmaz vəhdətini yaradır. Varlığın fəlsəfi probleminin ikiqat aspekti belə yaranır, o dünyanın vəhdəti haqqında məsələ ilə bağlıdır.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin