M8-Müasir dövrdə Azərbaycan-Rusiya münasibətləri



Yüklə 20,56 Kb.
tarix31.12.2021
ölçüsü20,56 Kb.
#49947
Muhazire8

M8-Müasir dövrdə Azərbaycan-Rusiya münasibətləri

Mənbə: “Azərbaycan Respublikası xarici siyasətinin əsas istiqamətləri (1991-2016)”, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Bakı 2017

http://www.ebooks.az/book_9jMJYiu2.html

Mövzu səhifəsi: 174, 177-178, 187-193

Rusiya Cənubi Qafqaz regionun əsas güc dövlətlərindən biridir. Regionunun hər üç dövləti öz xarici siyasət istiqamətlərini müəyyənləşdirən zaman daim Rusiya faktorunu nəzərə alırlar. Rusiya çarlıq dövründən bəri Cənubi Qafqaz bölgəsinə xüsusi əhəmiyyət verir. Çar Böyük Pyotr zamanından bəri Cənubi Qafqazın Rusiya üçün əhəmiyyəti dəyişməmişdir.

Böyük Pyotrın ən böyük arzusu Rusiyanı güclü iqtisadi və sosial dəyərləri olan dövlətlər səviyyəsinə qaldırmaq idi. Soyuq dənizlərlə əhatəli olan Rusiya coğrafiyası ticarət üçün əlverişli deyildi. Buna görə Pyotr Rusiyanın isti dənizlərə enə biləcəyi üç istiqamətli siyasət hazırladı: Osmanlının əlində olan Qaradəniz, İsveçin əlində olan Baltik dənizi və Səfəvi-İran hakimiyyətinin əlində olan Xəzər dənizinə çıxış əldə etmək. Pyotr xarici siyasət istiqamətlərindən biri də Hindistanla ticarət əlaqələri yaradaraq Hind okeanına çıxış qazanmaq idi. Lakin bunu Orta Asiya üzərindən həyata keçirmək gücündə deyildi. Moskvadan Hindistana gedən ən qısa yol isə Qafqazdan keçirdi. Qafqazın strateji mövqeyi Pyotrın diqqətini çoxdan çəkmişdi.

Müasir dövrdə də Cənubi Qafqaz Rusiya üçün aşağıdakı faktorlara görə əhəmiyyətlidir:


  • Öz geostareteji mövqeyi ilə - yuxarıda da qeyd etdiyimiz kimi, Cənubi Qafqaz Hind okeanı və Rusiya üçün Yaxın Şərqə enməyin ən qısa yoludur;

  • Təbii sərvətlər- Cənubi Qafqazın təbii sərvətləri, əlvan metalurgiyası, çeşidli flora və faunası Rusiya üçün əvəzolunmazdır. Bakı və Xəzər dənizinin zəngin karbohidrogen ehtiyatları sadəcə Rusiya üçün yox, bütün dünya dövlətləri üçün əhəmiyyətli rola malikdir.

  • Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyi-Belə ki, Rusiya bütün böyük dövlətlər kimi öz sərhəddinə yaxın olan bölgələrdə öz əleyhinə fəaliyyətdə olan rejimlər istəmir. Doloyısı ilə Cənubi Qafqaz dövlətlərinin hər hansı birinin onun rəqibi olan dövlətlərlə əlaqədə olmağını özünə birbaşa təhlükə olaraq görür. Buna misal olaraq 2008-ci ildə Gürcüstanın qərbmeyilli siyasətinə cavab olaraq Rusiyanın Tiflisə hərəkətini və 6 günlük müharibəni göstərə bilərik.

  • Cənubi Qafqaz regionunda digər dövlətlərin və ya təşkilatların güclənməsindən çəkinmək- Türkiyə, İran və ya Qərb bu bölgədə nüfuzunun artmağı Rusiya üçün doloyı təhlükədir. Türkiyənin NATO dövləti olması onun üçün daha böyük təklükədir. Ona görə Rusiya regionda əsasən özünün nüfüz dairəsində olan Avrasiya İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi təşkilatları yayılmasında maraqlıdır. O, NATO-nun Şərqə doğru genişlənməsinin qarşısının alınması məqsədilə Cənubi Qafqazda hegomoniyasını itirmək istəmir.

  • Bufer zona-Cənubi Qafqaz tarixən baş verən türk-rus, türk-iran, iran-rus müharibələrinin gerçəkləşdiyi məkanlardan biridir. Müasir dövrdə həmin dövlətlərin kəsişməsində yerləşən C.Qafqaz Rusiya, İran və Türkiyə aarasında tampon bölgə rolunu oymamaqdadır;

  • Ticarət əlaqələri-C.Qafqaz Rusiya üçün öz istehsal məhsullarını sata biləcəyi bazardır. Eyni ilə Cnubi Qafqaz dövlətlərinin məhsulları üçün də Rusiya xaricə çıxış bazarıdır.

  • Tranzit zona-Rusiya öz iqtisadi qazancını əldə etmək üçün Türkiyə və İranla apardığı qarşılıqlı ticarət əlaqələri bu zona üzərindən aparılır.

  • Turizm potensialı

  • Mədəniyyət bağı və ya keçmişdə xalqıarın iç-içə yaşamasının gətirdiyi yaxınlıq.


Azərbaycan-Rusiya münasibətləri-Dövlət müstəqilliyinin ötən 25 ili ərzində Azərbaycan və Rusiya arasında münasibətlərin “mürəkkəbdən sadəyə” yönəlik dialektikasını və məzmununu aşağıdakı mərhələlər üzrə bölmək olar:

1. Ziddiyyətlər dövrü – dövlət müstəqilliyinin bərpasından – 1991-ci ilin aprel ayından 1993-cü ilin oktyabr ayınadək.

2. Konstruktiv dialoqun başlanması – 1993-cü ilin oktyabrından 2001- ci ilin yanvarınadək.

3. Qarşılıqlı faydalı əməkdaşlıq və ortaq maraqların müəyyən olunması mərhələsi – 2001-ci ilin yanvarından 2008-ci ilin iyul ayınadək.

4. Strateji tərəfdaşlıq mərhələsi – 2008-ci ilin iyul ayından bu günədək.

Heydər Əliyev deyirdi: “Xalq Cəbhəsi antirusiya siyasəti yürüdür, Rusiya və Azərbaycan arasında yaxınlaşmanın baş verməməsi üçün bütün yollara əl atırdı. Görünür, bu, Moskvanı da qane edirdi. Siz mənim Rusiyaya münasibətimi bilirsiniz. Azərbaycan həm iqtisadi, həm mədəni, həm də geosiyasi baxımdan Rusiyaya bağlıdır. Biz təkcə qonşu deyilik, bizim ümumi tariximiz var”.



Dövlətlərimiz arasında strateji tərəfdaşlığın və ikitərəfli münasibətlərin xarakterini, imkan və perspektivlərini müəyyən edən mühüm sənədlərdən biri 2004-cü ildə Rusiya paytaxtında imzalanmış “Azərbaycan Respublikası və Rusiya Federasiyasının Moskva Bəyannaməsi” olmuşdur. Sənəddə vurğulanır: “Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda təhlükəsizliyin təmini və münaqişələrin həll edilməsi, regionun davamlı inkişafı üçün şəraitin yaradılması məqsədilə bütün zəruri tədbirləri görəcəklər...”. Moskva Bəyannaməsinə əsasən, Azərbaycan və Rusiya siyasi, iqtisadi-ticari, humanitar, təhlükəsizlik və müdafiə, Xəzər dənizində əməkdaşlıq, qlobal və regional məsələlərin həllində birbirinin suveren hüquqlarına və milli maraqlarına hörmət çərçivəsində qarşılıqlı fəaliyyət göstərməyi öhdələrinə götürmüşlər.
Yüklə 20,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin